15 iy 15:29aktual

“Keşlə” və “Qəbələ”: iflasa baxış

“Keşlə” və “Qəbələ”: iflasa baxış
Tahir Süleymanov: “Maksim” pulemyotu ölkə daxilində keçərli ola bilər...”
Vidadi Rzayev: “Qəbələ” heç özünə bənzəmədi, çox sönük təsir bağışladı”
Yunis Hüseynov: “Onlar bizə “futbol dərsi” keçdi”

Bu həftə Azərbaycan klubları 2018/19 avrokubok mövsümündə ilk oyunlarını keçirdilər. Ötən ay baş tutan püşkatmadan sonra, demək olar ki, hamı “Qarabağ”la “Neftçi”yə çətin rəqibin düşdüyünü, “Keşlə” ilə “Qəbələ”nin uyğun olaraq Malta və Lüksemburq təmsilçilərini çətinlik çəkmədən mübarizədən kənarlaşdıracağını söyləyirdi. Ancaq gözlənilənlərin əksinə “köhlən atlar” səfərdə, “ağ-qaralar” isə doğma meydanda azarkeşlərini sevindirməyi bacardı. Paytaxtın digər təmsilçisi ilə şimallılar uduzmaqla futbol ictimaiyyətini həm təəccübləndirdilər, həm də məyus etdilər. Xüsusilə “Qəbələ”nin “doğma divarlar” arasında uduzması az qala faciə kimi qəbul olundu.
Bəs görəsən, mütəxəssislər klublarımızın avrokuboklardakı ilk oyunları barədə nə düşünürlər? Bu sualla öncə “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanova müraciət etdik: “Qəbələ" və "Keşlə"nin “cırtdan” qarşısında gözlənilən-gözlənilməz fiaskosu fonunda “Neftçi”nin "Uypeşt" üzərində qələbəsi Azərbaycan klub futbolunun Avropada tam biabır olmamasını təmin etdi. Digər klublar "ayılmalı", "Qarabağ", "Neftçi" isə yoluna davam etməlidi. Ümumi klub reytinqinin aşağı düşməsinə imkan vermək olmaz. Necə ki, son illərin uğursuz dönəmindən sonra min əziyyətlə yığılmış və havaya sovrulmuş reytinq xallarının olmamasının acısını "Neftçi" çəkməkdədi. Hər qələbə, heç-heçə, mərhələ adlamaq önəmlidi. Azərbaycan futbolu yaxşı günlərini yaşamır. Bunun obyektiv və subyektiv səbəbləri var. Son 6-7 ildə Avropada qazanılan klub nüfuzumuzu qorumaq məcburiyyətindəyik. Əks halda, tam bataqlığa düşə bilərik. Ölkə futbolundakı problemlər, 8 komandalı çempionatın fəsadları, klub idarəçiliyi, məşqçi, futbolçu səriştəsizliyi artıq özünü əyani olaraq nəticələrdə göstərir. Yenə ictimaiyyətdə "təbliğat" mexanizmi işə düşüb, "pulsuzluq" bəhanələri başlayıb. Qarşıda "Lill", "Borussiya", heç Polşa, Macarıstan klubları da deyil. Bezotosnı, Stankoviçin illik müqavilələri ilə "Proqres"in adı kimi 2-3 illik tərəqqisini təmin etmək olar. Son illərin "Neftçi"ylə bağlı "oyunlar”ı indi də "Qəbələ"yə yoluxmaqdadı. Flaqman 3-4 ildən sonra qismən xilas olunduğu kimi, "Qəbələ"yə də dəstək olmalıyıq. Bir şərtlə ki, uğursuzluq "pulsuzluqda” yox, işə yanaşmada axtarılsın. Yanlış düşüncə olsa, "Qəbələ" də "Xəzər Lənkəran", "Bakı", "Karvan", “MKT Araz” və başqa klubların taleyini yaşaya bilər. Buna imkan verilməməlidi.
"Keşlə"nin fiaskosu isə gözlənilən idi. Mövcud durumda "maksim" pulemyotu ölkə daxilində keçərli ola bilər, Avropada isə hətta "Baltsan"ın da balından dadmaq müşkülə çevrilir. Klub artıq həvəskar komandanı xatırladır. "Qəbələ", "Keşlə" toparlanmalı, cavab qarşılaşmalarına inamla yanaşmalıdılar. Nəticələr nə qədər acınacaqlı olsa da, rəqiblərin səviyyəsini nəzərə alsaq, mümkünsüz deyil. Qəbələlilər rəqib meydanda öz tərəqqisini təmin etməli, "Keşlə" isə evdə maltalıların adından balını qoparıb yola salmalıdı. Hələ heç nə itirilməyib.
"Neftçi" azarkeşi sevinir, komanda özünəinamı qaytarmaqdadı. Uzun illərdən sonra "Neftçi" fanatlarının qələbə ruhu yaşamağa, dadını çıxarmağa haqqları var. Qarşıdan cavab oyunu gəlir. Rəqib meydanında da qələbəni təmin etmək olar. Heç kim eyforiyaya qapılmamalıdı. Artıq bu hisslər görünür. Anlaşılandı, yeni rəhbərlik ilk dəfədi Avroliqa həyəcanı yaşayır. "Neftçi" böyük klubdu. Sıradan bir qələbə bu qədər eyforiyaya yol açmamalı, daha təmkinli davranılmalıdı. Avroliqa görüşləri çempionat oyunları deyil, mükafat bir matça görə verilməz. "Neftçi" kimi klubda nəinki oyuna, heç bir mərhələyə də mükafat verilməməli, uğur sayılmamalıdı. Ancaq bonus ola bilər”.
Ötən mövsüm “Kəpəz”in məşqçilər korpusunda yer alan Vidadi Rzayev isə bunları söylədi: “Keşlə”nin oyununu izləmədiymdən Malta klubunun nəyə qadir olduğunu deməkdə çətinlik çəkirəm. Ancaq kağız üzərində heç şübhəsiz, təmsilçimiz daha güclü komanda kimi qəbul olunurdu. İlk oyunda böyük hesabla uduzması “Keşlə”nin işini çətinləşdirib. Məncə, bu nəticədən sonra cütün taleyini həll olunmuş saymaq olar. “Qəbələ” isə heç özünə bənzəmədi, çox sönük təsir bağışladı. Lüksemburqluların da güclü olduğunu, “Qəbələ”dən birbaş üstün oynadığını demək olmaz. Sadəcə, ikinci hissədə bir qədər sürəti artırmaqla Sənan Qurbanovun “ağır” müdafiəçilərini səhv etməyə məcbur etdilər. Kənardan baxanda qonaqların qələbə qazanmaq istəyinin bizimkilərdən daha artıq olduğunu görmək olardı. Rəqibin “14” nömrəsi (Emmaunel Fransua) təkbaşına müdafiəni gərginlikdə saxlayırdı. “31” və “10“ nömrə (Sebastyan Till və Oliveye Till) isə meydanın mərkəzində istədiyini edirdi. Mərkəzi əldən verdinsə, hücuma çıxmaqda çətinlik çəkəcəksən. “Qəbələ”nin yeni transferlərinin komandaya tam uyğunlaşmadığını da qeyd etməliyəm. Ceyms Adeniyi texnikalı futbolçu təsiri bağışlasa da, fərdi oyuna üstünlük verməklə komandanın kəskin hücumlar qurmasına mane olurdu. “Neftçi” ilə “Qarabağ” isə ilk görüşdə sərfəli nəticə qazanmaqla işin 70 faizini görmüş oldular”.
“Kəpəz”in sabiq baş məşqçisi Yunis Hüseynov “Qəbələ” və “Keşlə”nin fiaskoya uğramasını premyer-liqanın səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirdi: “Artıq neçə vaxtdı həyəcan təbili çalınır ki, 8 komandalı çempionatımızın səviyyəsi aşağı düşüb. Ancaq ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupunda çıxış etməsini nümunə göstərməklə bu fikirlə razılaşmayanların sayı yetərincə çox idi. Səviyyənin aşağı düşməsi o dəqiqə hiss olunmur ki. Bunun fəsadlarını müəyyən vaxtdan sonra görmək mümkündü. “Qəbələ” və “Keşlə”nin ilk oyunda məğlubiyyətə uğraması söylənilən fikirlərin düz olduğunu ortaya qoydu. Düzdü, ola bilsin, hər iki komanda cavab qarşılaşmasında istədiyi nəticəni qazana biləcək. Ancaq gəlin etiraf edək ki, əvvəlki “Qəbələ”ni görə bilmədik. “Keşlə”nin adını isə ona görə çəkmədim ki, “Baltsan”la oyuna baxmamışam. Ancaq hesab hər şeyi deyir. Vaxt var idi, Malta, Lüksemburq klubları ilə qarşılaşmalarda ilk oyundaca cütün taleyini həll edirdik. Ancaq indi onlar bizə “futbol dərsi” keçdi. Bu da onu göstərir ki, Avropanın hər yerində futbol dayanmadan inkişaf edir, biz isə yerimizdə sayırıq. Bəlkə də hələ geri addımlayırıq. Vaxtında tədbir görülməsə, növbəti illərdə daha ağır məğlubiyyətlərə üzüləcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar