“Sabah” Cavid İmamverdiyevə görə “Sumqayıt”a 150000 manat ödəyib » Football-plus.az
15 iy 15:12aktual

“Sabah” Cavid İmamverdiyevə görə “Sumqayıt”a 150000 manat ödəyib

“Sabah” Cavid İmamverdiyevə görə “Sumqayıt”a 150000  manat ödəyib
AMADA-nın nümayəndələri 6 futbolçunu “qaraladı”
Həftəiçi Cavid İmamverdiyevi “Sabah”a satan “Sumqayıt” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir. “Kimyaçılar” dünən daha bir oyunçu ilə münasibətləri rəsmiləşdirib. Qvanzav Maqomedov qarşıdakı bir ili “ağ-göylər”in düşərgəsində keçirəcək. Son mövsümdə “Sabah”ın şərəfini qoruyan Maqomedov yeni komandasında “44” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Qvanzav karyerası ərzində “Sabah”la (14 oyun, 1 qol) yanaşı, “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), "Səbail" və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.
Yuxarıda qeyd etdiyimiz kimi, srağagün “kimyaçılar” aparıcı futbolçularından Cavid İmamverdiyevi elitanın debütantına satıb. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, “Sabah” Cavidin transferinə 150 min manata yaxın vəsait xərcləyib. Bu isə müstəqillik illərində premyer-liqada azərbaycanlı futbolçunun bir klubdan digərinə keçidinə görə ödənilən ən böyük transfer parasıdı.
Məsələ ilə bağlı “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Rəşad bəy konkret məbləği açıqlamasa da, deyilənləri təkzib etmədi: “Cavid İmamverdiyevin keçidinə görə “Sabah” klubun hesabına transfer haqqı ödədikdən sonra yarımmüdafiəçini sərbəst buraxdıq. Kommersiya sirri olduğuna görə məbləği açıqlaya bilməyəcəm. Söylənilənlərə də münasibət bildirməyim düzgün çıxmaz”.
Artıq 12 gündü ki, “kimyaçılar” Nazim Süleymanovun rəhbərliyi altında yeni mövsümə hazırlığı davam etdirir. “Ağ-göylər” Bakıda keçirdiyi toplanış dönəmində dünən ikinci yoxlama görüşünə çıxıb. İyulun 11-də “Sabah”la qarşılaşan və 2:0 hesabıyla qalib gələn “Sumqayıt”ın budəfəki rəqibi əvəzedici heyəti olub. ADBTİA-nın məşq meydanında baş tutan qarşılaşma 18.30-da başlayıb. Matça keçməmiş onu bildirək ki, “kimyaçılar”ın bu yay heyətinə qatdığı Dmitri Nağıyev artıq düşərgəni tərk edib. İkiillik müqavilə bağlayan sağ cinah müdafiəçisinin Portuqaliyaya yollandığını öyrəndik. Oyuna gəlincə, ilk dəqiqələrdən üstünlüyü ələ alan əsas komanda tezliklə hesabı açmağa müvəffəq oldu. Yusif Nəbiyev “ikincilər”i meydanın mərkəzinə dəvət etdi. Hissənin ortasında artıq hesab arasındakı fərq 3 topa çatdı. Nəbiyev və Ülvi İsgəndərov fərqləndi. İkinci yarıda heyəti demək olar ki, tam dəyişən Nazim Süleymanov ehtiyatda olan bütün futbolçulara meydana çıxmaq şansı yaratdı. Fasilədən sonra oyunda tempin aşağı düşməsinə baxmayaraq, Nicat Qurbanov 4-cü qolu Elbrus Məmmədovun yetirmələrinin qapısından keçirdi. “İkincilər” buraxılan qollardan yalnız birinin əvəzini çıxmağı bacardı.
Oyun başa çatandan sonra Nazim Süleymanova yaxınlaşıb, toplanışın birinci mərhələsini dəyərləndirməsini istədik: “Bu oyunla hazırlığın ilk mərhələsini başa vurduq. Əsasən fiziki hazırlıq üzərində çalışdıq. Əvəzedici heyət üzərində qazanılan böyükhesablı qələbəyə baxmayaraq, açığı, oyundan narazı qaldım. Futbolçular sanki matça barmaqarası yanaşırdılar. Bu da hardasa anlaşılandı. Həmişə əsas komandanın oyunçuları əvəzedicilərlə görüşə arxayın çıxırlar. Ola bilsin, uzunmüddətli hazırlıq da psixoloji cəhətdən oyunçulara təsir göstərib. Yeni gələnlərdən narazılığım yoxdu. Ancaq bir qədər də “artırıb”, komandaya uyğunlaşmalıdılar. Hələ ki yetərincə çatışmazlıqlar var. Çalışacağıq Türkiyə toplanışında onları aradan qaldıraq və çempionata hazır vəziyyətdə başlayaq. Türkiyədə keçirəcəyimiz yoldaşlıq görüşlərindən sonra komandanın çempionata hazır olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq. Cavid İmamverdiyevin “Sabah”a transferinə gəlincə, bu haqda rəhbərliklə söhbətimiz oldu. Əvəzolunmaz oyunçu yoxdu. Çalışacağıq onun itkisini tezliklə “sığortalayaq”. Tezliklə düşərgəyə iki yeni futbolçu qoşulmalıdı. Axsayan mövqeləri gücləndirməsək, bizə çətin olacaq”.
“Kimyaçılar”ın yeni transferi Elvin Məmmədov da Türkiyə səfəri ərəfəsində komandanın durumu barədə fikirlərini bölüşdü: “Hələ ki məşqlərimiz plan üzrə davam edir. Gələn həftə Türkiyə toplanışı başlayacaq. Toplanışın ilk mərhələsi həmişə çətin olur. Toplu çalışmalarla yanaşı, fiziki hazırlıq üzərində də işlədik. Baş məşqçimiz sürətli oyun sərgiləməyimizi istəyir. Bəlkə də onun istəyini hələ ki tam yerinə yetirə bilmirik. Bu da başadüşüləndi. Fiziki hazırlıq dönəmində futbolçular çox yükləndiklərindən meydanda sürətli görünmürlər. Vaxt ötdükcə hər şey qaydasına düşəcək”.
Yeri gəlmişkən, məşqin sonunda “Sumqayıt”ın düşərgəsinə gözlənilməz qonaqlar baş çəkdi. Belə ki, AMADA-dan olan qonaqlar “kimyaçılar”ın 6 futbolçusunu dopinq-testdən keçirəcəklərini bildirərək, onları həkim otağına dəvət etdilər. Yoxlamanın nəticələrinin nə vaxt açıqlanacağı isə sonradan kluba bildiriləcək. Həkimdən söz düşmüşkən, onu da nəzərinizə çatdıraq ki, Ehtiram Şahverdiyev diz bağlarının qırılmasına görə ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq. Gənc yarımmüdafiəçi əməliyyat olunmaq üçün gələn həftə Almaniyaya yollanacaq.
Sonda onu da bildirək ki, bununla da “ağ-göylər”in təlim-məşq toplanışının birinci mərhələsi başa çatıb. Birgünlük istirahətin ardından komanda bazar ertəsinə keçən gecə Türkiyəyə yollanacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar