15 iy 13:07aktual

“Sabah” Cavid İmamverdiyevi transfer etdi

“Sabah” Cavid İmamverdiyevi transfer etdi
“Komandanın elitada uğurlu çıxışına oyunumla töhfə vermək istəyirəm”
Ötən mövsüm parlaq oyunuyla seçilən futbolçulardan biri Cavid İmamverdiyev idi. “Neftçi”dən “Sumqayıt”a keçən mərkəz yarımmüdafiəçisi Samir Abasovun rəhbərliyi altında yenidən dirçəldi. Təsadüfi deyil ki, yığmanın qapısı üzünə açıldı və hətta “Qarabağ”ın da transfer siyahısına adı düşdü. Ancaq “köhlən atlar”a keçid baş tutmadı. Bəlkə də çempion “Sumqayıt”ın tələb etdiyi məbləği vermək istəmədiyindən bu keçid alınmadı. İmamverdiyevə ölkə xaricindən də maraq var idi. Ancaq yəqin ki, onlar da Cavidi azad agent kimi rənglərinə bağlamaq eşqinə düşmüşdülər. Təbii, buna “kimyaçılar” razı ola bilməzdi. Artıq yarımmüdafiəçinin yeni mövsümə də “Sumqayıt”da başlayacağını düşünürdük ki, İmamverdiyevin komandanın məşqlərini boykot etdiyini eşitdik. Sən demə, Cavid aylıq 5 min manat maaşdan narazıdı və əməkhaqqının artırılmasını tələb edir. Pul söhbətində rəhbərliklə ortaq məxrəcə gəlmədiyindən bir neçə gün əvvəl transferə çıxarıldı.
“Sabah” isə onu dərhal “ovladı”. Deyilənə görə, elitanın debütantı ona görə 3 ilə 500 min manat verəcək. Futbolçu isə özünə çatacaq puldan “Sumqayıt”ın haqqını verib. Hər halda, bunu iki klub və yarımmüdafiəçi daha dəqiq bilər. Fakt odu ki, dünən paytaxt klubu İmamverdiyevlə 3 illik müqavilə bağladığını rəsmi “feysbuk” səhifəsindən açıqladı. Cavid “Sabah”a keçidi haqda klubun mətbuat xidmətinə bunları deyib: “Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə premyer-liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın elitada uğurlu çıxışına oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdı”.
Komandanın baş məşqçisi Elşad Əhmədov da İmamverdiyevin keçidi ilə bağlı fikirlərini bildirib: “Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda sözünü demiş oyunçulardandı. İnanıram ki, o, komandamızın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də yığmamızın üzvüdü. Ümid edirəm ki, klubumuzdakı yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.
Xatırladaq ki, 28 yaşlı futbolçu karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın uğurları üçün çalışıb. Cavid milli formada çıxdığı 7 oyunda 1 qol vurub. O, yığmanın bu il keçirdiyi 6 qarşılaşmanın hamısında meydana çıxıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar