15 iy 13:03aktual

Sloveniya mətbuatı Stolitsanı “qamçılayır”

Sloveniya mətbuatı Stolitsanı “qamçılayır”
“Hər iki komanda özünü qonaq kimi aparırdı”
“Qarabağ”ın səfərdə “Olimpiya” üzərində qələbə qazanması çoxları üçün gözlənilməz oldu. Əvvəlki vaxtlar olsaydı - Dino Ndlovu, İbrahim Şehiç, Riçard Almeydanın meydana çıxdığı günlər – ağdamlıların səfərdən uğurlu nəticə ilə qayıdacağına şübhə etməzdik. Lakin adı çəkilən futbolçuların kollektivi tərk etməsi və onların əvəzinə yenilərin gətirilməsi insanlarda ciddi şübhə yaratmışdı.
Hər nə isə, avrokuboklardakı əsas ümid yerimiz olan “köhlən atlar” Lyublyanada qalib gəlməyi bacardı. Rəqibin oyunundan da hiss olunurdu ki, Azərbaycan çempionundan çəkinirlər. Ehtiyatlı oyuna üstünlük vermələri və ciddi mənada riskə getməmələri bizimkilərin işini rahatlaşdırdı. Dünən göz gəzdirdiyimiz bir neçə Sloveniya saytlarında həmkarlarımız əsasən bu məqamı vurğulayıb.
dnevnik.si: “Qonaqlar Sloveniyada qələbə qazanmaqla cavab görüşü ərəfəsində böyük üstünlük qazandılar. Başqa cür desək, böyük ölçüdə növbəti mərhələyə yüksəlmək tapşırığının öhdəsindən gəldilər. “Olimpiya”lı futbolçuların mübarizə əzmi haqda xoş fikirlər səsləndirmək olar. İş burasındadı ki, baş məşqçinin və əsas heyətdə 6 yeni oyunçunun olması özünü göstərirdi. Bir komanda Çempionlar Liqasında xeyli irəli getməyi planlaşdırırsa, mütləq və mütləq hazırlıq zamanı bütün problemləri aradan qaldırmalıdı. Lakin 90 dəqiqə göstərdi ki, “yaşıllar”ın görməli olduğu iş çoxdu. Xətlərarası əlaqənin zəif olması, hücumların sona qədər davam etdirilməməsi, əks-hücumlar zamanı çoxalmamaq – bu və başqa səbəblər məğlubiyyətdə əsas rol oynadı. Bir də baş məşqçi sanki cinah yarımmüdafiəçilərinə cərimə meydançasına daxil olmağı qadağan etmişdi. Bir neçə epizodda hücuma çıxsalar da, vingerlər sanki risk etmək istəmirdilər. Düzdü, rəqib də qeyri-adi heç nə ilə yadda qalmadı. Amma onları başa düşmək olardı. Qeydə alınacaq 0:0 hesabı da onları artıqlaması ilə qane edəcəkdi. Fikir verdizsə, 90 dəqiqə ərzində İvaçiçi ciddi mənada qorxuda bilmədilər. Yalnız oyunun sonlarına yaxın bir neçə imkanları oldu ki, “Olimpiya”nın futbolçuları təzyiqin altından çıxa bilmədilər. Qapıya vurulan 2-3 zərbə və yekunda heç kimin başa düşmədiyi qol. Təxminən 5000 azarkeş qələbə gözlədiyi halda, yekunda tablodakı rəqəmlərin yerlərini dəyişik görməli oldular. Qarşıda bir həftə vaxt var. Mümkünsüz heç nə yoxdu. Amma səfərdə qalib gəlmək çətin görünür”.
svet24.si: “Videotəkrara baxmayana qədər sizə dəqiq fikir bildirə bilməyəcəm. İndi elədi ki, hakimlər rəqibi vurmağa cəhdə və ya hansısa əl hərəkətinə görə futbolçunu meydandan qovur. Təəssüf ki, bir qədər diqqətsizlik bizi son 10 dəqiqədə azlıqda oynamağa məcbur etdi. Deməli, cavab görüşündə aparıcı oyunçumuzun xidmətindən məhrum olacağıq. İssahın nə etdiyini tam görə bilməsəm də, özü öz əməlinin fərqindədi. Eybi yox, komanda bir futbolçudan asılı olmamalıdı” – bu sözləri dilə gətirən İliya Stolitsa yaxşı olardı ki, baş məşqçi kimi səhvlərindən danışsın. Məsələn, komandasının hansı səbəbdən rəqibdən çəkindiyini dilə gətirə bilərdi. Yaxud yetirmələrinin qol vurmaq üçün alışıb-yanmadığının səbəbini göstərərdi. “Qarabağ” hər nə qədər təcrübəli komanda olsa da, bu oyun rəqibin tam hazır olmadığını göstərdi. Azərbaycan çempionunun kifayət qədər çatışmazlıqları vardı. Üstəlik, meydana heç-heçə etmək üçün çıxmışdılar. Fikir verirdizsə, qol vurmaq üçün ciddi səy göstərmirdilər. Odu ki, “Olimpiya” oyununu buna uyğun qurub, rəqibi təzyiq altında saxlamalıydı. Yaşıl geyimli azarkeşlər olmasaydı, meydan sahibinin hansı komanda olduğunu ayırd etmək mümkün olmayacaqdı. Çünki hər iki komanda özünü qonaq kimi aparırdı. “Qarabağ”ın səfərdə vurduğu 1 qol 2 topa bərabərdi. Deməli, böyük üstünlük qazanıblar. Həmin üstünlüyü “əritmək” isə heç də asan olmayacaq. Nəzərə alaq ki, “Qarabağ” evdə daha inamlı və uğurlu təsir bağışlayır. Bax, Stolitsanın məşqçi bacarığı ayın 18-də bilinəcək. Uzaq Azərbaycana səfər, İssahın yoxluğu və dolu tribunalar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar