15 iy 12:54aktual

Qurban Qurbanov Qəbələyə Rauf Əliyevi izləmək üçün gedib

Qurban Qurbanov Qəbələyə Rauf Əliyevi izləmək üçün gedib
“Hücumçu transferini hər zaman açıqlaya bilərik”
“Qəbələ”nin “Proqres”lə matçını izləyənlər arasında millinin baş məşqçisi Qurban Qurbanov da var idi. Qurban bəy fasilədə jurnalistlərin suallarını cavabladı.
- Öncə dünənki qələbəyə görə sizi təbrik edirik. "Olimpiya” ilə oyun haqda danışmağınızı istərdik. Rəqib necə təsir bağışladı?
- "Olimpiya” yaxşı komandadı. Demək olar ki, bu günə kimi ilk mərhələdə qarşılaşdığımız ən güclü rəqibdi. Ümumiyyətlə, klub olaraq çox inkişaf ediblər. Oyun çox çətin idi. Minimalhesablı qələbə o demək deyil ki, cavab oyunu bizim üçün asan olacaq. Fərdi ustalıq səviyyəsi yüksək olan yaxşı oyunçuları var. Komandanın özünəməxsus oyun üslubu var. Həmçinin məşqçiləri yenidi və çox istəklidilər. Biz daha çox öz çatışmazlıqlarımız üzərində çalışmalıyıq. Bəzi problemlərimiz var. Buna baxmayaraq, futbolçularımız yaxşı mübarizə apardılar.
- Mövsümlərarası fasilədə rənglərinizə bağladığınız yeni transferlər necə təsir bağışladılar?
- Onların işgüzarlığından razıyam. Çox istəklidilər, işlərinə peşəkar yanaşırlar. Amma oyun baxımından təkcə onlarda yox, bütün futbolçularda çatışmazlıqlar var. Onların kollektivə uyğunlaşması üçün bir neçə oyuna ehtiyac var. Elə oyunçu var ki, fiziki hazırlığı tam qaydasında deyil. Buna baxmayaraq, mənim üçün ən önəmli olan futbolçuların peşəkarlığıdı ki, bu da onlarda var.
- "Qarabağ” Çempionlar Liqasına bir hücumçu ilə yollanıb. Mərhələni keçsəz, düşərgədə yeni hücumçu görə biləcəyik?
- Demək olar ki, ən çox axtardığımız oyunçu hücum mövqeyinədi. Buna çox vaxt sərf edirik. 3-4 variantımız oldu, demək olar ki, alınmışdı. Amma son anda razılıq əldə olunmadı. Bu gün yenə axtarışdayıq, variantlar var, danışıqlar aparırıq. Hücumçu transferini hər zaman açıqlaya bilərik. Bu sabah da ola bilər, 3 aydan sonra da. Axtarışlar davam edir.
- Variantlardan birinin də Yaponiyanın "Şaqan Tosu” klubundan ayrılan İborranın olduğu deyilir.
- Ola bilər. Bu variant da var.
- Klubların oyunu milliyə hazırlıq baxımından vacibdi. "Qəbələ”nin ilk hissədəki oyununu nəzərə alsaq, nə görə bildiz?
- Hər iki komanda ehtiyatlı futbol sərgiləyir. Bu mənə tanışdı: dünən biz də ehtiyatlı oynayırdıq. Çünki ilk oyunda rəqibi daha yaxından tanımağa çalışırsan. Hiss olunur ki, oyun intizamı qaydasındadı. Hava da çox istidi. Belə havada futbolçulardan maksimumu tələb etmək düzgün olmaz. Ümumilikdə oyundan razıyam və düşünürəm ki, ikinci hissə daha maraqlı olacaq. Bugünkü oyun hələ heç nə demir. Hazırlıq prosesindən, 3-4 qarşılaşmadan sonra futbolçu tam idman formasını bərpa edir.
- Sizi Qəbələyə gətirən səbəbi bilmək istərdik. Düzü, biz sizi uzun yoldan sonra Bakıda, "Neftçi”nin oyununda gözləyirdik.
- Bir neçə səbəb var. Rauf Əliyevi canlı izləmək istəyirdim. Bundan başqa, digər oyunçular da var. Mənim üçün də hansı futbolçunun meydanda olacağı maraqlı idi. Həm də "Qəbələ”yə azarkeşlik etməyə gəlmişəm.
- Siz nizam-intizama önəm verən məşqçisiz. Qara Qarayevin qırmızı vərəqə almasına münasibətiniz necədi?
- Hər iki sarı vərəqə adi oyun vəziyyəti idi. İkinci sarı vərəqədən sonra xəbərdarlıq etdim. Hakim rəqibə qırmızı vərəqə verməsəydi, Qaranı da cəzalandırmayacaqdı. O bu qərarla bir növ meydanda balans yaratmağı lazım bildi.
- Sonuncu sualımız dünya çempionatı ilə bağlıdı. Fransa, yoxsa Xorvatiya?
- İmkan olsa, hər iki komandaya kubok verərdim. Ancaq bizə oyunu izləmək qalır. Hər iki komanda kuboku qazanmağa layiqdi. Amma düşünürəm ki, Xorvatiya çox istəklidi. Final çox maraqlı olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu Dünən, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı Dünən, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu Dünən, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək Dünən, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi Dünən, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı Dünən, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu Dünən, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı Dünən, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər Dünən, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı Dünən, 14:49 Futzal mövsümü qalmaqalla bitdi Dünən, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək Dünən, 14:43 Naxçıvanda ölüm-qalım savaşı Dünən, 14:41 Bütün medalçılar müəyyənləşdi Dünən, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq Dünən, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır Dünən, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı Dünən, 14:31 Mövsümü qələbəsiz başa vurdular… Dünən, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək Dünən, 14:28 “Səbail” futbolçulara borcunu ödədi Dünən, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Dünən, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi Dünən, 13:56 Kaprara Azərbaycan yığmasında? Dünən, 13:54 Ay sizin başınız haqqı... Dünən, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” Dünən, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” Dünən, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı Dünən, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar