15 iy 12:43aktual

“Keşlə” Maltada rüsvay oldu

“Keşlə” Maltada rüsvay oldu
Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
Baltsan (Malta) – Keşlə 4:1 (3:1)

83. Stiv Sultana
11. Stiv Bezzina (k)
20. İvan Bozoviç
23. Elkin Serrano
15. Mixael Conson
9. Lekao
99. Miloş Lepoviç
8. Nenad Sliviç
(42. Rikardo Kaliksto Korea Duarte, 85)
30. Kadu
17. Alfred Effyonq
(18. Uroş Lyubomirats, 62)
86. Boyan Kalyeviç
(50. Andriya Maydevats, 77)
Ehtiyat oyunçular
1. Sean Montoff
4. Castin Qrioli
10. Siray Arab
88. Sean Kipriott
Baş məşqçi: Marko Miçoviç

1. Kamran Ağayev (k)
4. Slavik Alxasov
33. Tərlan Quliyev
3. Denis Silva
19. Azər Salahlı
2. Sərtan Taşkın
(21. Herve Tçami, 84)
24. Fuad Bayramov
(8. Miloş Bosançiç, 60)
90. Ebrima Sohna
7. Vaqif Cavadov
(88. Məmməd Quliyev, 62)
10. Sezar Meza Kolli
14. Andre Klennon
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
9. Amil Yunanov
39. Əlibəy Məmmədli
65. Cabir Əmirli
Baş məşqçi: Yuri Maksimov
Qollar: A.Effyonq, 12 (1:0). Lekao, 21 (2:0). S.Meza Kolli, 29-p. (2:1). Kalyeviç, 34 (3:1). Kadu, 55 (4:1).
Vərəqələr: F.Bayramov, 38. M.Lepoviç, 58. Kadu, 71. E.Sohna, 88 – sarı.
Hakimlər: VOLEN ÇİNKOV, Georgi Doynov, Denis Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Petr Siqurdsson (İslandiya).
UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq).
12 iyul. Ta’Qali. “Sentenari” stadionu. 504 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
10 (5) qapıya (“çərçivə”yə) zərbə 9 (4)
2 korner 7
1 ofsayd 1
11 cərimə zərbəsi 19
2 vərəqə (qırmızı) 2
Bir neçə il əvvəl “Xəzər Lənkəran” bu ölkədə “Slima” ilə heç-heçə edəndə Con Toşakın komandasını ağ yuyub, qara sərmişdik. Ki, niyə maltalılara qalib gələ bilmədiz. Sən demə, betərin betəri varmış. “Keşlə” yeni adla ilk avrokubok oyununu keçirdi. Kaş keçirməz olaydı. Əksəriyyət təmsilçimizin “Baltsan”ın işini səfərdəcə bitirib, Bakıdakı cavab oyununu formallığa çevirəcəyini düşünürdü. Ancaq maltalılar Yuri Maksimovun komandasına elə toy tutdu ki...
Ukraynalı mütəxəssis 5-2-2-1 taktiki düzülüşünə üstünlük vermişdi. Maraqlıdı ki, son anda transfer edilən Bahodir Nasimovun adı heç iştirak ərizəsinə də salınmamışdı. Maksimovun həmkarı isə klassik 4-4-2 taktikasına güvənmişdi.
İlk kəsərli hücum meydan sahiblərindən gəldi. 7-ci dəqiqədə Lekao əlverişli fürsəti qaçırdı. Maltalılar əbəs yerə üzülürdü. Çünki cəmi 5 dəqiqə sonra hesabı açdılar. Kadunun ötürməsi zamanı Kalyeviç topu daha əlverişli mövqedə olan Effyonq üçün buraxdı. Alfred də bir toxunuşla toru silkələdi. Az qala “cırtdanlar” vurduqları qolu özləri burunlarından gətirəcəkdilər. Meza Kollinin cərimə zərbəsindən ötürməsini dəf etmək istəyən rəqib futbolçulardan birinin başla tərs vuruşu az fərqlə qapıdan yan keçdi. Heç bir dəqiqə keçməmiş ara ötürməsini qəbul edən Klennon qapıçıyla dueldən məğlub ayrıldı. Bəlkə də bu epizod qolla nəticələnsəydi, oyun başqa cür davam edərdi.
Əvəzində meydan sahibləri fərqi artırdı. Meydanda “sərbəst rəssam” rolunu oynayan Kadunun möhtəşəm ötürməsini Lekao dəqiq tamamladı – 2:0. Bu epizodda qonaqların mərkəz müdafiəçilərinin səhvə yol verdiyini də qeyd etməliyik. 28-ci dəqiqədə Conson Alxasovun qapı qarşısına asmasının qarşısını əllə aldığından hakim tərəddüd etmədən “nöqtə”ni göstərdi. Sezar penaltini qaçırmadı. Sultana zərbənin istiqamətini tapsa da, topa əli çatmadı. “Keşlə”nin özünə gəldiyini düşünürdük ki, “Baltsan” yenidən fərqi 2 topa çatdırdı. Kadunun korner asmasını Kalyeviç maneəsiz qapıdan keçirdi. Bu epizodu da Maksimovun müdafiəçilərinin passivinə yazmalıyıq.
Ümumiyyətlə, “Baltsan” çox ağıllı futbol sərgiləyirdi. Yeri gələndə meydanda yıxılaraq vaxt “öldürür” və tempi aşağı salırdılarsa, topu ələ keçirən kimi təhlükəli əks-hücumlar qururdular. “Keşlə”nin topla daha çox oynamasının isə heç bir mənası qalmırdı. Hücumlar rabitəsiz və kəsərsiz idi. Xətlərarası əlaqədən və futbolçuların anlaşmasından danışmağa belə dəyməz.
Hissənin sonlarında meydan sahibləri ən azı iki dəfə fərqlənməyə yaxın oldu. Lepoviçin hər iki zərbəsi güclü olsa da, “çərçivə”yə düşmədi.
İkinci yarıya “Keşlə” daha fəal başladı. Alxasov 47-ci dəqiqədə əlverişli imkanı boşa verdi. Hücumları davam etdirən qonaqların heyətində Bayramov da diqqət mərkəzinə düşdü. Fuadın qol şansını qaçırdığı 55-ci dəqiqədə rəqib topu qapıdan keçirməyin yolunu növbəti dəfə əyani surətdə başa saldı. “Keşlə”nin futbolçularının önündə aciz qaldığı Kadu 3 məhsuldar ötürmədən sonra qol müəllifi oldu.
Bundan sonra “Baltsan”ın müdafiəsini yarmaq daha çətin idi. Çünki meydan sahibləri tam qapanmışdı. Amma yenə də əks-hücumları təhlükəli alınırdı. 66-cı dəqiqədə Lyubomiraç fərqi 4 topa çatdıra bilərdi. Bir dəqiqə sonra Salahlı komandasını ümidləndirən qola imza atmağa yaxın oldu. Hissənin ortalarında Maksimovun dəyişiklikləri “Keşlə”ni gücləndirmədi desək, yanılmarıq. Rəqibi qapısına doğru sıxışdırmaq qol vurmaq üçün kifayət deyildi.
71-ci dəqiqədə Quliyevin zərbəsi yaddaqalan oldu. 5 dəqiqə sonra Denis başla rəqib torunu silkələsə də, hakim braziliyalının oyundankənar vəziyyətdə olduğuna işarə verdi. 85-ci dəqiqədə Kadu yenidən diqqət mərkəzinə düşdü. Son dəqiqələrdə isə “Keşlə”nin qaradərili legionerləri - Tçami və Klennon fərqi azaltmaq imkanından yararlana bilmədilər.
Beləliklə, “Keşlə” daha bir tarixi məğlubiyyət aldı. 1:4 hesabı bu komanda üçün yad deyil. Ötən il bir başqa “cırtdan” ölkənin - Lüksemburqun təmsilçisi “Fola”ya eyni hesabla uduzan sabiq “bankirlər” eyni fiaskonu təkrarladı. Cavab görüşü üçün nəyəsə ümid etməyə əsas yoxdu. Nə hesab, nə də sərgilənən futbol “Keşlə” üçün şans tanıyır. Bu yerdə klub prezidenti Zaur Axundovun paltardəyişmə otağında komandayla hansı tərzdə söhbət etdiyini görmək maraqlı olardı...
SƏRXAN

Gözdən qaçmadı
* Yuri Maksimov ağ köynək geydiyindən komandasının formasıyla həmrəng olmuşdu. Bu üzdən hakimin göstərişiylə əyninə məşq tərliyi keçirmişdi.
* “Baltsan”ın ilk qolundan sonra “Keşlə”nin meneceri Eldəniz Yusifovun narazılığı aşkar görünürdü. Başını yelləyən klub rəsmisi nə biləydi ki, bu faciənin başlanğıcıdı.
* 30-cu dəqiqədə hakim su fasiləsi verdi.
* Oyunun sonlarında Sezar Meza Kolli topu vaxtında vermədiyi üçün topdaşıyan uşaqlardan birinə əsəbləşdi. Bu isə rəqib futbolçuların narazılığına səbəb oldu. Aranı baş hakim sakitləşdirdi.
* Kamran Ağayev ikinci hissədə Günəş şüası gözünə düşməsin deyə başına papaq qoymuşdu.
* “Keşlə”ni tribunadan 12 azərbaycanlı dəstəkləyirdi.

Azarkeşlər “Keşlə”ni yıxıb-sürüdü

Dünən “Keşlə”nin Maltada acı məğlubiyyəti azarkeşlərin hiddətinə səbəb oldu. Onlar qəzəblərini klubun “feysbuk” səhifəsində qusdu. Bir neçə maraqlı şərhi diqqətinizə çatdırırıq:
Vusale İBa: “Heç utanır o meydandakılar? Özünü bambılılığa qoyub, gülüş atanlara isə eynisini yaşamağı arzulayıram. Bəlkə də hələ bundan betərini yaşayanlardı”.
Ramin Mirzeyev: “Baltsan”ı uda bilmədizsə, 2-ci mərhələdə nə edəcəkdiz? Avroliqa bitdi”.
Abdul Kerimxanov: “Gərək “Keşlə” kubokun finalında uduzardı. Həm Qriqorçuk vəzifədə qalardı, həm də Qəbələ bu biabırçılığı görməzdi. Həm də “Zirə” “Baltsan”a bu cür uduzmazdı”.
Elnur Cabbar-li: “İlk oyunun nəticəsini bu cür gözləməzdim. Təəssüf”.


Maraqlıdı…
“Keşlə” (əvvəlki “İnter” və “Xəzər Universiteti”) avrokuboklardakı 35-ci oyunda 10-cu məğlubiyyətini aldı. Ölkəmizin ən uğurlu təmsilçilərindən olan komandanın hesabında daha 15 qələbə və 10 heç-heçə var. Top fərqində isə mütləq bərabərlik hökm sürür – 41:41.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar