13 iy 18:31aktual

“Sumqayıt” Cavid İmamverdiyevi transferə çıxardı

“Sumqayıt” Cavid İmamverdiyevi transferə çıxardı
“Sabah” milli üzvünə 500 min manat təklif edir
Ötən mövsüm sərgilədiyi oyunla “Sumqayıt”ın liderinə çevrilən Cavid İmamverdiyev klub tərəfindən transferə çıxarılıb. Bu haqda bilgini “kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədovdan aldıq. Rəşad bəyin sözlərinə görə, yarımüdafiəçiyə həm yerli, həm də xarici klublardan təkliflər var.
Ötən mövsüm başa çatar-çatmız Cavidin “kimyaçılar”dan ayrılacağı gündəmə gəlmişdi. Lakin həmin ərəfədə “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi futbolçunun klubla daha birillik müqaviləsinin olduğunu əsas gətirərək, onun düşərgədə qalacağını bildirmişdi. Ancaq görünür, tərəflər sonda ortaq məxrəcə gələ bilməyiblər.
Dünən məsələ ilə bağlı ilginc məlumatlar əldə etdik. Sən demə, İmamverdiyev artıq dörd gündü “Sumqayıt”ın məşqlərinə qatılmır. Səbəb isə “Sumqayıt”ın yarımmüdafiəçinin maaşının artırılması istəyini yerinə yetirməməsidi. Cavid hələ ötən il, sabiq rəhbərliyin dönəmində imzaladığı anlaşmada göstərilən əməkhaqqı ilə razılaşmayaraq, Riad Rəfiyevdən daha çox maaş tələb edib. Klub prezidenti futbolçu ilə görüşdə müəyyən qədər güzəşt edib, əməkhaqqını qaldıracağını bildirib. Ancaq futbolçu iki ayağını bir başmağa dirəyərək istədiyi puldan bir qəpik də aşağı düşməyəcəyini, tələbi yerinə yetirilməyəcəyi halda məşqləri boykot edəcəyini söyləyib. İnadından dönməyən futbolçu dediklərinin üstündə duraraq komandanın hazırlığına qoşulmayıb ki, bu da rəhbərliyin səbir kasasını daşırıb. Və belədə rəsmilər Cavidi transferə çıxarmağı lazım biliblər.
Mənbəmizin sözlərinə görə, ötən mövsüm yenidən adından söz etdirən və buna görə də milliyə dəvət alan yarımmüdafiəçiyə Rusiya, Türkiyə, eləcə də premyer-liqa klublarından təklif gəlib. Ölkə xaricindən aldığı təkliflərə o qədər də isti baxmayan İmamverdiyevin tezliklə elitanın debütantı “Sabah”la anlaşacağı bildirilir. Mənbəmizin sözlərinə inansaq, debütant 3 illik anlaşmaya görə yarımmüdafiəçiyə 500 min manat təklif edir. Ancaq bir şərtlə ki, İmamverdiyev özü “Sumqayıt”dan transfer vərəqəsini alsın və “Sabah”a azad agent statusu ilə qoşulsun. Cavid də bununla razılaşıb. O yeni klubundan alacağı vəsaitin müəyyən hissəsini transfer parası kimi “kimyaçılar”a ödəməklə düşərgədən ayrılmağa razılaşıb.
Məsələ ilə bağlı İmamverdiyevin mövqeyini öyrənmək istəsək də, futbolçunun telefonuna zəng çatmadı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar