11 iy 10:59aktual

Uğurun təməli Lyublyanada qoyulsun!

Uğurun təməli Lyublyanada qoyulsun!
Sabah “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək. Rəqib ötən mövsüm Sloveniya çempionu olmuş “Olimpiya”dı. Bu oyunla ölkəmizdə avrokubok həyəcanı start götürür. Təəssüf ki, “Olimpiya” – “Qarabağ” matçı yayınlanmayacaq. Hər halda, dünənə olan bilgi belə idi. Son anda azarkeşlərin xoş xəbər eşidəcəyinə ümid edək.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Olimpiya (Sloveniya) - Qarabağ
Hakimlər: LOURENS VİSSER, Karel de Roker, Co de Veyrdt, Bram van Drieşe (hamısı Belçika).
11 iyul. Lyublyana. “Stoyitse”stadionu. Saat 22.00
Ötən il Çempionlar Liqasının qrupuna düşməklə tarix yazan "Qarabağ"dan bu dəfə də gözləntilər böyükdü. Düzdü, format dəyişikliyindən sonra bu mövsüm həmin hədəfə çatmaq daha çətindi. Ən azı ona görə ki, təmsilçimiz bir mərhələ daha artıq oynayacaq. Bundan başqa, güclü rəqiblər də pley-offa qalmayacaq, daha tez "köhlən atlar"ın yoluna çıxacaq. Bütün bunlar "Qarabağ"ın ötən illərlə müqayisədə daha çətin mübarizəyə start verəcəyini təsdiq edir.
Məlum olduğu kimi, Qurban Qurbanovun komandasında bir sıra dəyişikliklər oldu. Heyətə düşməyənlərin gedişini problem saymaq doğru olmaz. Lakin ÇL-in qrupuna vəsiqə qazanan futbolçulardan Riçard Alemyda, İbrahim Şehiç və Dino Ndlovu kimi önəmli fiqurlar heyətdə yoxdu. Xüsusən sonuncu futbolçunun qrup yolunda hansı rol oynadığını yaxşı xatırlayırıq. Halbuki bu dəfə "Qarabağ"ın UEFA-ya göndərdiyi sifariş ərizəsində yalnız bir hücumçunun - Mahir Mədətovun adı var. Ancaq matça 24 saat qalmış ağdamlılar siyahıya daha bir futbolçu əlavə edə bilər. Bundan başqa, Filip Ozobiç, Abdulla Zubir, Hannes Halldorsson, Simeon Slavçev və Vaqner da Silva kimi legionerlər transfer edildi. Yeri gəlmişkən, Halldorssonum zədə üzündən ilk matçı buraxacağını da qeyd edək.
Bundan başqa, əksər toplanışlarda olduğu kimi “Qarabağ” yoxlama oyunlarında qələbə qazana bilmədi. Ancaq nəzərə alaq ki, budəfəki rəqiblər güclü idi. Ümumilikdə 4 oyundan ikisndə məğlub olan, iki görüşdə heç-heçə edən ağdamlılar yalnız 1 dəfə rəqib qapısına yol tapa bildi. Bu da hücum xəttinin yaxşı durumda olmamasından xəbər verir. Göründüyü kimi, sınaq görüşündəki nəticələr heç də ürəkaçan deyil. Lakin “Qarabağ”ın ifasında yoxlama oyunlarında həmişə belə nəticələrin şahidi olmuşuq. Məhz bu üzdən ciddi narahatlığa əsas yoxdu və "Olimpiya" ilə qarşılaşmada müsbət nəticəyə ümid etmək olar.
Rəqibə gəlincə, xatırladaq ki, "yaşıl-ağlar"ın avrokubok təcrübəsi 18 oyunla məhdudlaşır. Bu komanda beynəlxalq arenadakı 7 cəhddən 5-də mərhələ adlaya bilməyib. Komandanın baş məşqçisi 39 yaşlı serbiyalı İliya Stolitsadı. “Olimpiya”nın heyətində mövsüm bitəndən sonra xeyli dəyişiklik olub. Bununla belə, “Olimpiya”ın gücünü heçə saymaq doğru olmaz. Elə Qurbanovun potensial rəqiblər arasında sloveniyalıları ən çətin komanda kimi qeyd etməsi də burdan irəli gəlir. "Əjdahalar" ötən mövsüm 80 xalla çempion olub. Əslində bizə yaxşı tanış olan “Maribor” da məhz bu qədər xal toplayıb. Ancaq şəxsi oyunlardakı üstünlük məhz “yaşıl-ağlar”ı çempion edib. “Maribor”u üstələyən komandaya barmaqarası yanaşmaq "Qarabağ"a baha başa gələ bilər.
Onu da qeyd edək ki, indiyədək klublarımızın avrokuboklarda 6 dəfə sloveniyalılarla yolu kəsişib. Ancaq ilk dəfə Çempionlar Liqasında bu ölkənin klubu ilə münasibətləri aydınlaşdıracağıq. İki ölkə təmsilçilərinin 6 duelində 4 dəfə Sloveniya, 2 dəfə bizimkilər mərhələni adlayan tərəf olub. Ümumilikdə 12 matçda 7 dəfə sloveniyalılar, 3 dəfə bizimkilər qalib gəlibsə, 2 heç-heçə qeydə alınıb. Top fərqi rəqibin xeyrinədi – 17:8. Bir sözlə, "Qarabağ" hesab arasındakı kəskin fərqi azaltmaq haqda düşünür. Bunun üçün ilk növbədə səfər matçından sərfəli nəticə ilə dönmək lazımdı. Təbii, ilk oyunu rəqib meydanında keçirmək "köhlən atlar"ın xeyrinədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar