11 iy 10:56aktual

Kamran Quliyev "Neftçi"nin hədəflərini açıqladı

Kamran Quliyev "Neftçi"nin hədəflərini açıqladı
"Ən yüksək yerlər uğrunda mübarizə aparacağıq"
Dünən Olimpiya stadionunda "Neftçi" ilə "Türk Hava Yolları" arasında əməkdaşlıq müqaviləsi imzalandı. Mərasimdən sonra paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev jurnalistlərin sullarını cavabladı.
- "Neftçi" "Uypeşt"lə ilk oyuna hazırdı?
- Məncə, hazırdı. Bunu baş məşqçimiz Roberto Bordin də qeyd edib. Təbii ki, istənilən halda çatışmazlıqlar mövcuddu. Amma komandamız yaxşı təlim-məşq toplanışı keçib. Yoxlama matçları oyun baxımından da irəliləyişlərin olduğunu göstərdi. İnanmaq istərdik ki, bu amillər bizim xeyrimizə olacaq.
- İstədiyiniz transferləri edə bildiz? Yoxsa qarşıdakı günlərdə yeni oyunçular cəlb edə bilərsiz?
- Bəli. Demək olar, transfer çalışmalarını başa vurmuşuq. Amma ola bilər ki, "Uypeşt"lə oyunun nəticəsindən asılı olaraq, hansısa mövqeyə yeni oyunçu alınsın. Bu, ciddi ehtiyac duyulduğu halda baş verəcək. Ancaq premyer-liqa üçün heyət hazırdı.
- "Uypeşt"i keçəcəyiniz halda "Sevilya" ilə qarşılaşacaqsız. Güclü rəqiblə düşməyiniz komandada ruh düşkünlüyü yaratmayıb? Axı "Sevilya" ilə qarşılaşmaq Avroliqa yolunun uzun olacağını şübhə altına alır.
- Əksinə, istənilən futbolçu "Uypeşt"i keçərək "Xuan Sançes Pisxuan" stadionuna çıxmaq, dünya ulduzlarına qarşı oynamaq istəyər. Səhv etmirəmsə, "Sevilya" son 16 ildə 5 dəfə Avroliqanın qalibi olub. Belə bir komanda ilə oyuna çıxmaq futbolçularımız üçün bir motivasiyadı. Bu futbolçularımıza böyük təcrübə qazandıracaq.
- "Uypeşt"lə qarşılaşmada hansı komandanı favorit görürsüz?
- "Neftçi"ni. Bu, belə də olmalıdı.
- Fransisko Qarsiyanın ardından Mayk Kampazla da yolları ayırdız. Bəs Lukas Qomeslə bağlı vəziyyət nə yerdədi?
- Baş məşqçimiz bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. Klub olaraq, biz də onların gedişlərinin gerçəkləşməsi üçün əlimizdən gələni edirik. Bütün addımlar qanun çərçivəsində atılmalıdı. İşlər heç kimin haqqına girilməməsi şərtilə görülməlidi. Danışıqlar davam edir.
- Qomes getməyə razılaşmasa, qışa qədər əvəzedici heyətdə olacaq?
- Hər şey qanun çərçivəsində nizamlanacaq.
- Gələn mövsüm "Neftçi"nin qarşısına çempionluq hədəfi qoyulub?
- Komandanın qarşısına ən yüksək hədəflər qoyulub. İstərdik ki, "Neftçi" çempion olsun. Lakin premyer-liqadakı bütün klublar güclüdü. Son illər "Neftçi" Avroliqaya vəsiqə qazanmaq üçün çalışırdı. Bu mövsüm isə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Mən buna inanıram. İstərdim ki, belə olsun.
- Klub azarkeşlərlə münasibətləri daha da yaxşılaşdırmaq üçün hansı addımları atacaq?
- Böyük klub azarkeşsiz yaşaya bilməz. Azarkeşsiz klub, sadəcə, bir nişan, addı. Azarkeş bu klubun ayrıca hissəsi yox, bir parçasıdı. Çalışacağıq ki, yeni layihələrimiz, əməkdaşlığımız olsun. Bunlar bizim üçün çox vacibdi. Azarkeşsiz oyuna köklənmək çox çətindi. Futbolçunu tərəfdarları nə qədər çox dəstəkləsə, bir o qədər də geridönüş olar, futbolçular da azarkeşlərə sevincli anlar bəxş edər. Bunlar bir-birinə bağlı məsələlərdi. Ona görə də burdan onlara səslənirəm: gəlsinlər, öz komandalarını bütün oyunlarda dəstəkləsinlər.
- Klubun kabel televiziyasının fəaliyyətə başlaması yönündə işlər nə yerdədi?
- Bu barədə ətraflı danışmaq istəmirəm. Özünüz futbola hansı sahədən gəldiyimi bilirsiz. Bu, maraqlı layihədi. Onun üzərində işləyirik. Hələ layihənin nəzəriyyəsi bitməyib. Hər şeyi ölçüb-biçməliyik. Lakin həyata keçirməkdə israrlıyıq. Bu, brendimizin inkişafında mühüm rol oynaya biləcək. Əvvəlki dövrdə insanlar televiziyaya daha çox baxırdılar. Hazırda isə elektron cihaz qarşısında əyləşdiyimiz vaxtı nəzərə alsaq, televiziyaya ayırdığımız müddət bundan xeyli azdı. Bu, gələcəyin layihəsidi. Ancaq uzaq gələcəyin yox. İstəyirik ki, adımıza layiq bir şey olsun. "Neftçi"nin televiziyası klubun tarixini, keçmiş oyunlarını göstərəcək.
- "Türk Hava Yolları" "Neftçi"nin təlim-məşq bazasının tikinti işlərini öz üzərinə götürüb, yoxsa bu digər mənbələr hesabına gerçəkləşəcək?
- Tikintidə və ya layihələndirmə məsələlərində "Türk Hava Yolları"nın iştirakı nəzərdə tutulmayıb. İşlər klubumuzun təsisçisi olan SOCAR tərəfindən aparılır. Sadəcə, bu müqavilə işlərin sürətləndirilməsinə zəmin yarada bilər. Yəqin ki, yaxın həftələrdə bunu real şəkildə görəcəyik.
- "Neftçi"nin titul sponsoru kim olacaq?
- Bu məsələ hələ açıq qalır. Bir neçə böyük təşkilatla danışıqlar gedir. Məlumat olan kimi diqqqətinizə çatdırılacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar