11 iy 10:54aktual

"Neftçi"nin bazası "Türk Hava Yolları"nın adını daşıyacaq

"Neftçi"nin bazası "Türk Hava Yolları"nın adını daşıyacaq
Tərəflər müqavilənin maliyyə tərəfini açıqlamadı
Dünən Bakı Olimpiya Stadionunda "Neftçi" ilə beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirən, dünyaca məşhur "Türk Hava Yolları" aviaşirkəti arasında brend əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirildi. Saat 15.00-da başlayan tədbirdə paytaxt klubunun prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Türk Hava Yolları"nın Bakı ofisinin rəhbəri Seyfullah İlyas, həmçinin "ağ-qaralar"ın italiyalı baş məşqçisi Roberto Bordin, futbolçulardan isə kapitan Ruslan Abışov, Emin Mahmudov, Baqali Dabo və Soni Mustifar iştirak edirdilər.
"Neftçi"nin Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev giriş nitqində tədbirin ssenarisi haqda informasiya verdi və müqavilə ilə bağlı bunları dedi: "Bu gün iki brendin birləşməsinə şahidlik edəcəksiz. Müqavilə birillikdi, bu bizim üçün başlanğıc layihə olacaq. "Neftçi"nin idman geyimlərində "Türk Hava Yolları"nın loqoları yer alacaq. Həmçinin klubuzuma aid bütün məlumat və reklam lövhələrində, sosial media hesablarında aviaşirkətin loqosu əksini tapacaq. Bundan başqa, "Neftçi"nin təlim-məşq bazası bundan sonra "Türk Hava Yolları Futbol Mərkəzi" adlanacaq. Ümid edirik ki, bu çox gözəl əməkdaşlıq olacaq və davamı gələcək".
Ardınca Kamran Quliyev əməkdaşlıqla bağlı fikirlərini dilə gətirdi: "Bildiyiniz kimi, iki dövlət arasında əlaqələr çox sıxdı. Ulu öndərimiz Heydər Əliyevin "bir millət, iki dövlət" şüarından sonra bu əməkdaşlıq daha möhkəmləndi. Əminik ki, bu qardaşlıq əbədi olacaq. Bu müqavilə iki dövlət arasında münasibətlərin ən azı idman, futbol sahəsində daha sıx olmasına gətirib çıxara bilər. Müqavilə bizim üçün çox önəmlidi. "Türk Hava Yolları" neçə-neçə böyük idman qurumuyla, "Barselona" da daxil olmaqla bir sıra məşhur futbol klublarıyla, Lionel Messi, Kobi Brayant kimi uduzlarla əməkdaşlıq edib. Çox şadıq ki, biz də ailənin üzvüyük və bu bizim üçün qururverici məqamdı. Gələcəkdə bir neçə layihəmiz gözlənilir. "Neftçi" olan hər yerdə bu şirkətin loqosunun olmasına çalışacağıq. İnanmaq istəyirik ki, türk qardaşlarımız da bu layihədən faydalanacaq".
Müqavilənin əhəmiyyətindən danışan Seyfullah İlyas bildirdi ki, təmsil etdiyi şirkət hər zaman iki qardaş arasında mövcud olan sıx münasibətləri dəstəkləyib: "Bu anlaşma da həmin münasibətin bariz nümunəsidi. Azərbaycan "Türk Hava Yolları" üçün sadəcə, bir təyinat nöqtəsi deyil. Biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş ölkə Azərbaycan üçün də hiss edirik və bütün qəlbimizlə burda idmanın gələcəyinə inanırıq. Bu əməkdaşlıqdan qürur duyuruq. "Neftçi" ilə bu anlaşma sayəsində Azərbaycan futbolunun Türkiyə və bütün dünyada bir qədər də tanınmasından məmnunuq. Fürsətdən istifadə edib "Neftçi"yə Avropa Liqasında uğular arzulayıram".
Bundan sonra müqavilələr imzalandı. Quliyev İlyasa "ağ-qaralar"ın bu mövsüm geyəcəyi "28” nömrəli, arxasında Seyfullah İlyasın adı olan formanı, həmçinin "Türk Hava Yolları"nın loqosu olan "Neftçi"nin məşq formasını bağışladı. İlyas isə "Neftçi"yə şirkətin təyyarəsinin maketini bağışladı. Paytaxt klubunun prezidenti həmin maketin "ağ-qaralar"ı daha da zirvəyə aparacağına ümid etdiyini söylədi. Ardınca isə Kamran bəy bunları dedi: "İlk dəfə xaricə "Türk Hava Yolları"nın təyarəsi ilə yollanmışam. Çox xoş mühitə düşmüşdüm. Bu şirkət mənə, eləcə də çoxlarına ilki yaşadıb. "Türk Hava Yolları" təkcə Türkiyənin yox, dünyanın bir brendidi. Türkiyənin bir nömrəli markası Azərbaycanın bir nömrəli futbol klubu ilə əməkdaşlıq edir. Bu bizim üçün bir tarixdi, uğurdu. Əməkdaşlıq təlim-məşq bazamızın "Türk Hava Yoları" adlanmasından başlayacaq. Bu, ən vacib amillərdən biri olacaq. "Neftçi"nin istənilən çap məhsulunda, layihələrində bu şirkətin adı reklam olaraq hallanacaq".
Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavabladı.
- Türkiyə futbolunda belə bir nümunə var ki, hansısa futbolçunun transferində klubun sponsoru daha çox ön plana çıxır. "Neftçi"nin yüksək ödənişli transferlərində şirkət sponsor kimi iştirak edə bilərmi?
- S.İ.: Əməkdaşlığa ilk dəfə başlayırıq. Bu, brend əməkdaşlığıdı. İndi dediyiniz məsələylə bağlı planlar yoxdu, daha sonra müzakirə mövzusu olacaq.
- Adətən, belə bir kommersiya layihəsi "1+1" şərti ilə bağlanılır. Ancaq sizdə birillikdi. Bu, daha uzun müddətli ola bilər?
- S.İ.: Dediyim kimi, əməkdaşlığa yeni başlaşmışıq və hər iki tərəfin fayda görməsini gözləyirik. Müddət baxımından tərəddüd olmayacaq. İnşallah, "Neftçi" Avropa Liqasında Azərbaycanı uğurlu təmsil edər. Müqavilənin müddəti bitəndən sonra əməkdaşlığın uzadılmasıyla bağlı qərar veriləcək.
- K.Q.: Bu əməkdaşlıq böyük məsuliyyətdi və 8-9 ay keçəndən sonra müddətin uzadılmasını müzakirə etmək olar.
- "Neftçi" Avroliqada səfərdə keçirəcəyi oyunlara "Türk Hava Yolları" ilə uçacaq?
- K.Q.: Təbii, anlaşmada belə bir şərt yox idi. Müqavilə şərtlərinə görə əməkdaşlıq bir yana, biz bu şirkətin yanında olmalıyıq. Eyni zamanda da onlar bizim yanımızda olmalıdı. Seçim olacaqsa, "Türk Hava Yolları" ilə getmək istəyərik. Bu, bizim üçün qürurverici məqamdı.
- "Qarabağ" Azərbaycan futbolunun son illərdə ən parlaq nümunəsidi. Bu və ya başqa klublarımızdan əməkdaşlıqla bağlı təklif gəlsə, qəbul edərsiz?
- S.İ.: Əməkdaşlıq üçün ilkin görüşlər olmalıdı. Əvvəllər fərqli idman klublarıyla əməkdaşlığımız olub. İndi Azərbaycanın ən öndə gedən futbol klubuyla əməkdaşlıq edəcəyik. Bunun uğurlu olacağını inanırıq. Sonra isə vəziyyəti dəyərləndirəcəyik.
- K.Q.: Biz ölkə futboluna istənilən dəstəyi alqışlayırıq. Onlar bizi seçdi, biz də buna görə çox sevinirik.
- Müqavilənin maliyyyə tərəfi haqda məlumat vermək olar?
- R.A.: Bu, kommersiya sirri olduğundan mətbuata açıqlanmır. Hər halda, hər iki tərəf razı qalıb.
- Hansı bazaya bu şirkətin adı veriləcək?
- K.Q.: Söhbət İsmət Qayıbovun adını daşıyan bazadan gedir. Bu haqda vitse-prezidentimiz Elnur Eyvazovun ətraflı məlimat verməsini istərdik. Onu deyim ki, bu şirkət bazanın kommersiya adıdı. Yəni İsmət Qayıbovun adı qalır.
- E.E.: Neftçi" bazası bir neçə yerə şamil olunur. Bundan sonra İsmət Qayıbov adına baza "Türk Hava Yolları" təlim-məşq mərkəzi olacaq. Vaxtımız çox azdı. Yaxın gələcəkdə tikintiyə başlanacaq. Yaxın vaxtda bitirməyi planlaşdırırıq. Ciddi bir planımız, ideyalarımız, dünya miqyaslı tərəfdaşımız var. İnanmaq istərdik ki, tez bir zamanda tikinti başa çatacaq.
- "Neftçi" mövsümə uğursuz start versə, müqavilə pozulacaq?
- S.İ.: Bu anlaşma artıq 1 illik imzalandı. Həmin müddətdən sonra qarşılıqlı dəyərləndirmə olacaq. Azərbaycan futbolunun gələcəyinə inanaraq bu addımı atdıq. İnanırıq ki, "Neftçi" də bu uğurda pay sahibi olacaq.
- K.Q.: "Neftçi" ölkənin ən titullu klubudu. SSRİ dövründə yeganə futbolçu yetişdirən komandamız, Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub. Bəlkə buna görə bu şirkət bizi seçdi. Bu, bizə ikiqat məsuliyyət verir. Hər iki ölkəni təmsil etmək bizim üçün böyük bir məsuliyyətdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar