10 iy 17:49aktual

“Olimpiya”nın futbolçusu iddialıdı

“Olimpiya”nın futbolçusu iddialıdı
“İlk oyunu udaq, baxarıq”
İki gündən sonra “Qarabağ” Çempionlar Liqasında mübarizəyə start verməklə təmsilçilərimiz üçün avrokubok mövsümünü açıq elan etmiş olacaq. Təbii, başqalarıyla müqayisədə “köhlən atlar”dan gözləntilər böyükdü. Ardıcıl 5 dəfə ölkə çempionluğunu bayram edən, son 4 mövsümdə avrokuboklara vəsiqə qazanan ağdamlılar indi daha zəngin təcrübəyə malikdi. Odu ki, 1-ci təsnifat mərhələsindəki “Olimpiya” Azərbaycan çempionu üçün qorxulu yuxu sayıla bilməz.
Lakin sloveniyalılar da azı bizim qədər istəklidi. Lyublyanalıların aparıcı futbolçusu Rok Kronaveter Sloveniya mətbuatına verdiyi müsahibədə “Qarabağ”la oyunlarla bağlı ünvanlanan sualları da cavablayıb ki, kifayət qədər maraqlı açıqlamalara rast gəlmək mümkündü.
- Çempionlar Liqasında mübarizəyə Rusiyada dünya çempionatının davam etdiyi vaxtda başlamaq sizə problem yaratmayacaq?
- Xeyr. Ona görə ki, bu dəqiqə yalnız "Qarabağ"la oyunu düşünürük. Dünya çempionatını arxa plana keçirmişik. Bilirik ki, mərhələ adlamaq üçün yaxşı şanslarımız var. Çempionlar Liqasında hər gün mübarizə aparmırıq. Bura gəlmək üçün uzun və çətin mövsüm keçirmişik. Ona görə də yaxşı nəticə göstərmək üçün yüz faiz hazır və istəkli olmalıyıq.
- İlk təsnifat mərhələsindəki rəqibiniz olan "Qarabağ"ı necə dəyərləndirərdiz?
- Daha üstün durumda olan komanda kimi. "Qarabağ"ın yaxşı komanda olması, ötən mövsüm Çempionlar Liqasında yaxşı nəticələr göstərməsi danılmaz həqiqətdi. Ancaq bu mövsümün əvvəli ötən mövsümkündən xeyli fərqlənə bilər. Bu, bizim üçün yaxşı şansdı. Digər tərəfdən, bir çox futbolçumuz komandanı tərk edib və yeniləri gəlib. Ola bilsin, onlar hələ az oynayacaqlar. Və ya rəqibin bizi qiymətləndirməyəcəyinə ümid edə bilərik. Vəziyyətə baxacağıq. Bəlkə evdə keçirəcəyimiz ilk oyundakı nəticə cavab görüşü üçün əlverişli olar. Bu üzdən evdə yaxşı hesaba nail olmalıyıq. Öz meydanımızda məğlub olsaq belə, avrokuboklarda mövsümü bitirməyəcəyik. Yolumuza Avropa Liqasında davam edəcəyik.
- Sloveniya klubları 20 il əvvəl rəqibin Azərbaycandan olacağını biləndə, sevincdən göyə uçardılar. Lakin indi fərqli mənzərədi...
- Bu təəccüblü deyil. Azərbaycan klubları fəal şəkildə futbola sərmayə qoymağa başlayıblar. Onlarda get-gedə çoxlu legioner çıxış edir ki, bu da nəticələrdə özünü göstərir. Lakin Çempionlar Liqasının qrup mərhələsində oynamağı düşünmək istəyirsənsə, hamıya qalib gəlməlisən. Buna nail olacağımıza inanıram. Nəyə görə də uğur qazanmayaq?! "Olimpiya" Çempionlar Liqasında oynaya bilər. Həmçinin ümid edirəm ki, ilk matçda tribunalarda çox sayda azarkeş olacaq, stadionumuz dolacaq. Müsbət nəticə əldə etmək üçün bizə dəstək lazımdı.
- Ötən mövsüm ÇL-in qrupunda İspaniya "Atletiko"sunun heyətində "Qarabağ"a qarşı hər iki oyunda çıxış etmiş həmyerliniz - qapıçı Yan Oblakla danışmısız?
- Biz yox. Amma bilirəm ki, kapitanımız Branko İliç "Qarabağ"ı yaxşı tanıyan futbolçularla söhbət edib. Özümüzün də yetərincə informasiya toplayacağımıza və rəqibi təhlil edəcəyimizə inanıram. Rəqibi diqqətlə izləyə, amma öz oyununuzla təəccüblü təsir bağışlaya bilərsiz. Buna görə də öz oyunumuza hazır olmalıyıq. Ən əsas məsələ budu.
- "Qarabağ" bu dünya çempionatında çıxış etmiş qapıçı Hannes Tor Halldorssonu transfer edib...
- Bu da "Qarabağ"ın yenidən ÇL-in qrup mərhələsində oynamaq istəyindən xəbər verir. Eyni zamanda, bu amil də bizim üçün əlavə motivasiyadı. O mənada ki, Messinin bacarmadığını biz edək (gülür).
- Penalti vurmaq imkanınız olsa, Halldorsson "Olimpiya"da bunu ən yaxşı bacaran oyunçu kimi sizinlə üz-üzə qalacaq...
- Unutmayaq ki, özüm də bir neçə penaltini qaçırmışam. Düzdü, komandamızda penaltiləri mən vururam. Penalti vuran zamanı kifayət qədər sakit oluram. Baxarıq, görək bu dəfə necə olur. Öncədən heç nə demək istəmirəm. Amma bu mövsüm penaltini qaçırmamağa çalışacam.
- Azərbaycan çempionunu üstələyəcəyiniz təqdirdə xüsusi mükafat alacaqsız?
- ÇL onsuz da böyük motivasiyadı. Lakin "Qarabağ"ı keçəcəyimiz təqdirdə pul mükafatı almağımız normaldı. Xeyli müddətdi ki, avrokuboklarda qələbəyə görə mükafat almırıq. Bu üzdən cari mövsüm motivasiyamız daha böyükdü. İlk oyunu udaq, baxarıq.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar