10 iy 17:38aktual

Samir Abasov Burundidən aldığı təklifə “yox” deyib

Samir Abasov Burundidən aldığı təklifə “yox” deyib
“Belə qərara gəldik ki, iyulun ikinci yarısında yenidən danışaq”
10 gündən artıq idi onunla danışmaq istəyirdim. Lakin telefonuna zəng çatmadığından əlaqə saxlamaq mümkün olmurdu. Olmaya Samir Abasov Azərbaycanı tərk edib, xəbərimiz yoxdu? Onsuz da son vaxtlar onun xaricdən iş təklifi aldığı ilə bağlı söhbətlər dolaşırdı. Lakin srağagün təsadüf nəticəsində “Sumqayıt”ın sabiq baş məşqçisi ilə üz-üzə gəldik. Fürsətdən istifadə edib, ötən mövsüm adından söz etdirən 40 yaşlı mütəxəssislə söhbətləşdim.
- Neçə gündü sizinlə əlaqə saxlamaq istəsəm də, telefonunuza zəng çatmırdı. Hardasız, niyə telefonunuz sönüb?
- Məni tez-tez yada saldığınıza görə təşəkkür edirəm. Media, jurnalistlər işsiz məşqçini axtarırsa, deməli, az da olsa, işimlə onların diqqətini cəlb etməyi bacarmışam ki, buna görə çox şadam. Harda olduğuma gəlincə, ailəmlə birgə rayonda istirahət edirəm. Kəndimiz hər tərəfdən dağlar və meşə ilə əhatə olunduğundan mobil rabitə orda bir qədər zəif tutur. Kənddə müəyyən yerlər var ki, danışmaq istəyəndə ora çıxmalısan. Əks halda, əlaqə olmur. Ancaq onu da etiraf edim ki, özümü çox yaxşı, gümrah, hətta deyərdim ki, xoşbəxt hiss edirəm. Elə bir mühitdəyəm ki, dünyanın bütün dərd-sərini unudub, təbiətdə dincəlirəm.
- Bəlkə bu ərəfədə hansısa klub sizə iş təklifi ilə müraciət etmək istədi. Telefonunuza da zəng çatmır. Belə olan halda onlar sizinlə necə əlaqə yarada bilərlər?
- Necə deyirlər, axtaran tapar. Hər halda, Azərbaycandayam və yaxın ətrafım dəqiq ünvanımı bilir. Kimsə mənimlə əlaqə saxlamaq istəsə, onların vasitəsilə tapa bilər.
- Nə vaxta kimi təbiət qoynunda, kobud desək, sivilizasiyadan uzaq qalmağı planlaşdırırsız?
- Premyer-liqada yeni mövsüm və məktəblərdə yeni tədris ili başlayana yaxın yenidən Sumqayıta qayıdacam.
- Dağlara çəkilsəz də, yəqin ki, futbol aləmində yaşananları yaxından izləyirsiz. “Sumqayıt”ın mövsümlərarası fasilədə reallaşdırdığı transferlər barədə fikirlərinizi bilmək istərdik.
- Ötən dəfə də sizə demişdim ki, istər klub rəhbərliyinin, istərsə də yeni baş məşqçinin “minimum hədəf avrokuboklara vəsiqə qazanmaqdı” açıqlamasını həddən artıq cəsarətli və iddialı açıqlama kimi dəyərləndirirəm. Bu sözlərin arxasında durmaq lazımdı. Belə fikirlər səsləndirilirsə, ya “Sumqayıt” çox güclənib, ya da klub rəhbərliyi, baş məşqçi gözdən pərdə asmaq üçün cəmiyyətə belə mesajlar ötürürlər. Transferlər barədə isə indi geniş danışa bilmərəm. Çünki sonuncu dəfə mən Sumqayıtda olanda, komandaya Elvin Məmmədovla Əfran İsmayılovu cəlb etmişdilər. Onlardan sonra kimlərlə anlaşıblar, xəbərim yoxdu. Açıq deyirəm, kəndə gələndən rabitənin zəif olması səbəbindən mətbuatı da izləyə bilmirəm. Nəinki “Sumqayıt”da, ümumilikdə Azərbaycan futbolunda nələrin yaşandığından xəbərsizəm.
- Əfranla Elvindən başqa sabiq komandanız “Zenit-2”dən Aleksey İsayev, U-21-in sabiq üzvü Dmitri Nağıyev ilə münasibətləri rəsmiləşdirib. Onu da qeyd edim ki, iki il öncə “Zenit” Alekseyə görə “Yenisey”ə 500 min dollar transfer haqqı ödəyib. Bu adlar sizə nəsə deyir? Vaxtilə sizin “Sumqayıt”dan uzaqlaşdırdığınız Ruslan Tağızadə və Tofiq Mikayılov da düşərgədə baxışdadı.
- Əvvəlcə Ruslanla Mikayılın məsələsinə toxunmaq istəyirəm. Mən nə vaxtsa onları komandadan uzaqlaşdırmışam deyə, bu futbolçuların karyerası başa çatmayıb ki? Ola bilsin, yeni gələn baş məşqçinin adını qeyd etdiyiniz oyunçular barədə fikri başqa olacaq, onlar Nazim Süleymanovun oyun fəlsəfəsinə uyğun gələcəklər. Hər bir mütəxəssisin futbola öz baxışı var. Nağıyevlə İsayevi isə, ümumiyyətlə, tanımıram. Dmitri U-21-də çıxış etsə də, oyununu izləməmişəm. Ötən mövsümün sonuna bir neçə tur qalmış klub rəhbərliyi mənə “istəsən, yeni mövsüm üçün Dmitrini komandaya gətirə bilərik” demişdi. Ancaq həmin vaxt da “onu tanımıram, oyununu görməmişəm. Baxışa gələr, etimadı doğrultsa, müqavilə bağlayarıq” demişdim. Ola bilsin, yeni gələnlərin potensialı çox yüksəkdi və buna görə də “Sumqayıt” rəsmiləri mövsüm başlamamış iddialı açıqlamalar verir. Açığı, mənim üçün də “Sumqayıt”ın çıxışı maraqlı olacaq.
- Artıq bir neçə gündən sonra təmsilçilərimiz Avropa Liqasında mübarizəyə qoşulacaq. Onların şanslarını necə dəyərləndirirsiz?
- Məncə, klublarımız arasında ən çətin rəqib “Neftçi”yə düşüb. Hər halda, Macarıstan təmsilçisini Lüksemburq və Malta klubu ilə müqayisə etməz düzgün olmaz. Macarıstan futbolunun ənənəsi var. “Neftçi”nin yeni çalışdırıcısının işini izləmək maraqlı olacaq. Düzdü, bir-iki oyuna görə baş məşqçini qiymətləndirmək, “o yaxşıdı və yaxud pisdi” söyləmək düzgün olmaz. Ancaq ən azı komandanın oyununa görə Roberto Bordinin “Neftçi”də hansı dəyişikliklər etdiyini görmək mümkündü. Bilirsiz, hələ də bizim bəzi klubların yürütdüyü siyasət mənə çatmır. İstənilən komanda premyer-liqada ona görə çıxış edir ki, mövsümün sonunda qitəmiqyaslı turnirlərə vəsiqə qazansın. 9 ay zəhmət çəkirsən, qarşıya qoyulan məqsədə çatmaq üçün min cür əziyyətə qatılaşırsan. Mövsüm başa çatanda komandanı uğura daşıyan məşqçi ilə yollar ayrılır və əvəzinə yenisi dəvət olunur. Yeni gələn də elə ilk mərhələdəcə mübarizədən kənarlaşan kimi şablon açıqlama - “komandaya təzə gəlmişəm, mənim zamana ehtiyacım var” deyib, günahı başqasının boynuna yıxır. Belədə kim itirir? Klub və azarkeşlər. Yaxşı olardı ki, belə boş bəhanələrə rəvac verməmək üçün klub rəhbərləri vaxtında düşünülmüş addım atsınlar. Fikrimcə, “Qəbələ” və “Keşlə” çətinlik çəkmədən ikinci mərhələyə adlamalıdı.
- PRO kateqoriyası ilə bağlı dünya çempionatını da yaxından izləyirsiz. Bildiyim qədər kurslar çərçivəsində sizə mundialla bağlı müəyyən tapşırıqlar verilib, oyunları təhlil etməlisiz. Rusiyada keçirilən dünya çempionatı ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı.
- Həddən artıq maraqlı turnir izləyirik. Şəxsən mənim üçün bəzi oyunlarda qeydə alınan nəticələr təəccüblü oldu. Dünya çempionatı ərəfəsində məhz elə sizin qəzetinizə açıqlamamda Fransanın favorit olduğunu bildirmişdim. “Xoruzlar” yarımfinala vəsiqə qazansalar da, çox təəssüf ki, Didye Deşamın komandası baxımlı, onlardan gözlədiyim oyunu sərgiləmir. Bu yığmanın potensialı daha yüksək səviyyədə futbol oynamağa imkan verir. Ancaq nədənsə fransızlar bir qədər qorxaq oyuna üstünlük verirlər. Bəlkə də bu sırf nəticəyə hesablanmış addımdı. Onu da bildirmişdim ki, Cənubi Amerika futbolunun fanatıyam. Bunun da səbəbi bu qitənin yığmalarının şən, açıq futbola üstünlük verməsidi. Onlar rəqibin kimliyindən asılı olmayaraq, meydana yalnız qələbə qazanmaq üçün çıxırlar. Kolumbiyanın, Perunun oyunlarını izləmisizsə, söylədiklərimi təsdiq edə bilərsiz. Argentinaya görə də üzüldüm. Sampaolinin rəhbərlik etdiyi yığma ulduzlar toplusu olsa da, komanda deyilən bir şey yox idi. Xorvatlar yaxşı təsir bağışlayır. İngilislər də tarixlərində ikinci dəfə dünya çempionu olmağa yaxındılar. Belçika isə ayrı mövzudu. Aazar və yoldaşları məhz komanda kimi formalaşmağın necə vacib olduğunu mundialda göstərməyi bacarır. Belçika yığması bir saat mexanızmi kimi işləyir. Arada hansısa detal sıradan çıxırsa, onu əvəzləməyə yenisi o dəqiqə tapılır. Yaponiya və Braziliya ilə matçlar bunu göstərdi.
- Məndə olan məlumata görə, bu yaxınlarda iş təklifi almısız. Nə qədər qəribə səslənsə də, Burundinin aparıcı klublarından biri sizi “sükan arxasında” görmək istəyir. Dünyanın ən zəngin ölkələrindən biri olan Burundi Sultanlığından gələn təklifi dəyərləndirəcəksiz?
- O ölkə ilə əlaqəsi olan futbol funksionerlərindən biri təxminən 15 gün öncə mənimlə əlaqə saxlayıb belə təklifin olduğunu bildirdi. Açığı, bu bir qədər gözlənilməz oldu mənim üçün. Həmin şəxs onu da söylədi ki, Burundidə futbolun inkişafı üçün dövlət səviyyəsində böyük vəsait ayırmağı düşünürlər və klublara əcnəbi məşqçilər dəvət etmək istəyirlər. Hardansa mənim CV-im onların əlinə keçib və həmin adamla əlaqə saxlayıblar. O da məni aradı. Ancaq “yox” dedim. Mən bu yaşda pulu yox, karyeramı düşünürəm. Qarşıma başqa məqsədlər qoymuşam. Burundi kimi ölkələrə daha çox yaşlı, Avropada ehtiyac duyulmayan mütəxəssislər yollanır. Açığı, başqa bir ölkədən də maraqlananlar var.
- Sirr deyilsə, adını çəkərdiz.
- Burda gizlətməli heç nə yoxdu. Pis iş görmürəm ki, bunu sirr kimi saxlayım. Təxminən iki həftə öncə Rusiyadan da mənimlə əlaqə saxladılar. Bu ölkənin birinci divizionunda çıxış edən klublardan birinin idman direktoru ilə telefonla danışdıq. O mənə qarşılarına qoyduqları məqsəd, klubun imkanları barədə məlumat verdi. İlk danışıqdan sonra belə qərara gəldik ki, iyulun ikinci yarısında yenidən danışaq. Ancaq bu dəfə telefonla yox. Üz-üzə oturub söhbət edəcəyik. Şərtləri və şərtlərə uyğun klubun yürütdüyü siyasəti bəyənsəm, böyük ehtimalla şimala yollanacam. Hər dəfə deyirəm və deyəcəm də: ölkə xaricində çalışmaq istəyirəm.
- Azərbaycan futbolundan bu qədər küsmüsüz?
- Buna küsmək demək olmaz. Şükür Allaha, hara getmişəmsə, ölkəmlə həmişə fəxr etmişəm. Sadəcə, bir qədər aralı qalmaq istəyirəm. Özümə və savadıma əminəm, hiss edirəm ki, xaricdə işləyə bilərəm. Bəlkə də buna görə mövsümlərarası fasilədə aldığım iki təklifi geri çevirdim. Ola da bilsin, bir qədər yüklənmişdim və ona görə razılaşmadım. Zaman hər şeyi göstərəcək. Bayaq dedyim kimi, indi çox rahatam. Uzun illərdən sonra ailəmlə birgə ilk dəfə belə uzunmüddətli tətilə çıxırıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar