10 iy 15:07aktual

Almeyda “Astana”nı seçməsinin səbəbini açıqladı

Almeyda “Astana”nı seçməsinin səbəbini açıqladı
“Keçidimdə Roman Qriqorçukun necə işlədiyimi bilməsi də rol oynadı”
“Qarabağ”dan ayrılandan sonra heç kimin gözləmədiyi halda “Astana”yla müqavilə bağlayan Riçard Almeyda hazırda Qazaxıstan mətbuatının gündəmində olan adlardandı. Braziliyalı olması, üstəgəl, ardıcıl 4 il “Qarabağ”la avrokubokların qrup mərhələsində çıxış etməsi və Azərbaycan millisinin şərəfini qoruması Riçiyə olan diqqəti artırıb. Almeyda sports.kz saytına verdiyi müsahibədə həm “Astana”ya keçidi, həm də bu klub haqda ona ünvanlanan sualları cavablayıb.
- Riçard, Azərbaycanda hamı əmin idi ki, bu yay Avropanın üzdə olan klublarından birinə keçəcəksiz. Ən pis halda isə ərəb ölkələrindən birinə, pul dalınca. Ancaq "Astana"nı seçdiz. Niyə?
- Açığı, bir neçə klubdan təklifi vardı, ancaq ailəmlə birgə qərara aldıq ki, "Astana"ya getmək lazımdı. Çünki bu klub həmişə öz ölkəsində çempionluq və Çempionlar Liqasının, yaxud Avroliqanın pley-offuna çıxmaq uğrunda mübarizə aparır. Və hər il avrokubokların qrup mərhələsində çıxış edir.
- "Astana"nın dəvətində sizi konkret nə maraqlandırdı?
- Məni böyük həvəslə öz komandalarında görmək istəmələri və bel bağlamaları. Burda olmağım üçün bütün vasitələrdən istifadə etdilər. Buna görə də bura gəlməyi qərara aldım.
- Bəzi azərbaycanlı jurnalistlər kimi hesab etmirsiz ki, "Astana"nı seçmək yerində addımlamaqdı? Sizcə, Qazaxıstan çempionunun sıralarında olmaq peşəkar karyeranızda irəliyə doğru addımdı?
- Həyatda hansı qərar qəbul etməyimdən asılı olmayaraq, həmişə irəli gedirəm. Daim irəli hərəkət edirəm. Ancaq ən əsası, ailəm həmişə yanımdadı və məni hər şeydə dəstəkləyir. Şadam ki, "Astana"ya gəlmişəm.
- Roman Qriqorçuku yaxşı tanıyırsız?
- Azərbaycanda onun komandasına qarşı çox oynamışam. Bu mütəxəssisi şəxsən tanımırdım, ancaq həmişə bilmişəm ki, çox yaxşı insandı. Bundan əlavə də əla məşqçidi. Keçidimdə Roman Qriqorçukun necə işlədiyimi bilməsi də rol oynadı.
- Qazaxıstan və "Astana"yla bağlı ilkin təəssüratınız necədi?
- Çox yaxşı. Bura gəldiyim gündən hamı mənə yaxşı münasibət göstərib. Bundan əlavə, burda çox yaxşı infrastruktur var ki, klubun oyunçularına təqdim olunur.
- Azərbaycanda mövsüm mayda bitib, Qazaxıstanda isə ən qızğın vaxtıdı. Bərpa olunmağa və güc toplamağa imkan tapmısız? Hazırkı fərdi hazırlığınızı necə dəyərləndirə bilərsiz?
- Əslində yüz faiz hazır deyiləm. Çünki problemlərim vardı ki, onlar mənə məşq etməyə imkan vermirdi. Ancaq hər gün fiziki hazırlığımı yaxşılaşdırıram, çox çalışıram.
- Azərbaycan yığmasıyla Astanadakı yoldaşlıq görüşündə niyə oynamadız?
- Topuğaltı su yığılmışdı, sırf buna görə oynamadım. Yoxsa başqa səbəb yox idi.
- Oyuna baxmışdız?
- Matçı izləməyə imkanım olmadı, çünki həmin vaxt təyyarədə idim. Braziliyaya istirahətə gedirdim.
- "Astana"nın son matçlarını izləmisiz? Komandada öz rolunuzu necə görürsüz?
- Son üç oyunu görmüşəm. Rolum ondan ibarətdi ki, komanda yoldaşlarıma kömək edim. Əla futbolçularımız var. Mən də məqsədə çatmaq üçün bura gələn futbolçulardan biriyəm.
- "Astana" gələn həftə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə qoşulur. İlk oyunlar üçün sifariş olunacaqsız?
- Fikrimcə, hə.
- "Astana" azarkeşlərinə sözünüz var?
- Onları inandırmaq istərdim ki, işləməyi sevən insanam və həmişə kollektivin maraqlarını şəxsi maraqlardan üstün tuturam. Birgə yaxşı nəticələr əldə edə bilərik. Mən buna inanıram.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar