10 iy 15:01aktual

Təbiət qoynunda toy və qalanı xatırladan “Şövkət Orduxanov”

Təbiət qoynunda toy və qalanı xatırladan “Şövkət Orduxanov”
Rusiyanın mübarizəni dayandırması qusarlıları sevincə boğdu
Həftəsonu xeyir işdə, daha dəqiq desəm, “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevin oğlu Vüqarın toyunda iştirak etmək üçün ölkənin “şimal darvazası” adlandırılan Qusara yollanmışdım. Təbiət qoynunda keçirilən, futbol ictimaiyyətinin də bir çox nümayəndələrinin qatıldığı toy barədə çox danışmaq fikrim yoxdu. Sadəcə, onu vurğulayım ki, ata və oğulun futbol aləmində olması toya öz təsirini göstərmişdi. Sanki nəsillərin qarşıdurması idi. Bir tərəfdə veteran futbolçular, klub funksionerləri, bir tərəfdə də hazırda karyerasını davam etdirən gənc və orta nəsil.
Toydan sonra bir gün də Qusarda qalmalı oldum ki, bu fürsəti əldən verməməyi qərar aldım. Dünən bir neçə yoldaşla birgə Şövkət Orduxanov adına Qusar stadionuna yollanıb, arenada aparılan təmir işləri ilə tanış olmaq istədim. Xatırladım ki, artıq xeyli vaxtdı Qusarın əsas arenası təmirə bağlanıb. Stadiona çatanda ərazinin hasara alındığının şahidi oldum. Onu da bildirim ki, arena rayon İcra Hakimiyyətinin binasının yaxınlığında yerləşdiyindən hasara xüsusi diqqət yetirmişdilər. Ərazini əhatəyə alan hasar eyni rəngdə, eyni ölçüdə idi ki, xəbərdar olmasan, hasarın o tayında təmir işlərinin aparıldığını müəyyənləşdirə bilməzsən.
“Şövkət Orduxanov”un əsas giriş qapısına yaxınlaşıb içəri daxil olmaq istədim. Ancaq girişdə gözətçi köşkündə əyləşən mühafizə xidmətinin əməkdaşı “icazə yoxdu” deyib, məni içəri buraxmadı. Jurnalist olduğumu, arenada aparılan təmir işləri ilə tanış olmaq üçün bura gəldiyimi bildirsəm də, gözətçi sanki dövlət sərhədini qoruyurmuş kimi “olmaz” deyib, fikrindən dönmədi. Və ardınca “yuxarıların göstərişi olmadan nəinki jurnalisti, heç AFFA prezidentini də stadiona buraxa bilmərəm” söylədi. İçəri keçə bilməyəcəyimi başa düşüb, bu dəfə ona “nə işlər görülüb, hansı yeniliklər var” sualını verdim. Dostlarımızdan “ləzgilər tərs olur” sözlərini dəfələrlə eşitsəm də, bazar günü Qusarda gözətçinin timsalında bunu əyani gördüm. Sualımı dinlədikdən sonra məni diqqətlə başdan-ayağa süzən, ətrafı gözdən keçirən gözətçi “mənə artıq-əskik sual vermə. Onsuz da heç nə deməyəcəm. Sən də ən yaxşısı çıx get burdan” deyib, obrazlı söyləsəm, qalasına keçdi. İstədiyimə nail olmayıb, kor-peşman geri qayıtmağı düşünürdüm ki, bu vaxt özünün dedyinə görə, “Şahdağ”ın qatı azarkeşi olan, məni də qiyabi tanıdığını bildirən Yaşar mənə yaxınlaşaraq “müəllim, özünüzü çox yormayın, gözətçi sizi içəri buraxmayacaq. Onu da qınamaq olmaz. Belə tapşırıq verilib” deyib, söhbətə körpü saldı.
28 yaşlı Yaşarla söhbətdə məlum oldu ki, qusarlı futbolsevərlər “Şahdağ”ın heç olmasa, yeni mövsümdə birinci divizionda çıxış edəcəyinə ümid bəsləyir. Qaynaqçı işləyən Yaşar azarkeşi olduğu komandanın Region Liqasında mübarizə aparmasını ürəkağrısı ilə qarşıladığını söyləməyi unutmadı: “Şahdağ”ı elitada, ən pis halda birinci divizionda görməyə adət etmişik. Ancaq ötən mövsüm komandanın yeni yaranmış, qusarlıların bir çoxunun “oyuncaq liqa” adlandırığı Region Liqasında çıxış etməsi rayonun futbol azarkeşlərini çox məyus etdi. Stadionda aparılan təmir işləri bizi bir qədər ümidləndirib. Yəqin ki, komandamız yeni mövsümdən birinci divizionda çıxış edəcək ki, stadiona belə əl gəzdirirlər”. Bu sözlərin ardınca 28 yaşlı azarkeş son günlər başverənlərdən narahat olduğunu da gizlətmədi: “Hamı bilir ki, “Şahdağ”ı maliyyələşdirən AZENCO şirkətidi. Onun rəhbəri Etibar Pirverdiyev bizim rayondandı. Bir neçə gün öncə ölkədə işıqla bağlı yaranan problemdən sonra söz-söhbət gəzir ki, Pirverdiyevi tezliklə postundan uzaqlaşdıracaqlar. O getsə, “Şahdağ” yenə pis günə qalacaq. Pirverdiyevdən başqa heç kim komandaya sahib çıxan deyil”.
Yaşara ürək-dirək verib, yoluma davam etdim. Stadiona baş çəkməmişdən bir gün öncə isə Qusarda Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən parkların birində geniş ekranda dünya çempionatının bir oyununu izləmək imkanım oldu. Rusiya – Xorvatiya matçına baxmaq üçün qeyd etdiyim obyektə çatanda açıq havada olan masaların hamısı, demək olar ki, tutulmuşdu. Çay evinin sahibinə yaxınlaşıb oyuna baxmaq üçün bizə də yer ayırmasını xahiş edincə, “narahat olmayın, bu dəqiqə düzələcək” deyib gözdən itdi. Heç 3 dəqiqə çəkməmişdi ki, artıq mən və daha iki yoldaşım masa arxasında əyləşib hakimin start fitini gözləyirdik. Açığı, matçdan öncə Rusiyaya yaxın yerli əhalinin tez-tez sərhədin o tayına gedib-gəldiyinə görə düşünürdüm ki, qarşılaşmanı izləyən təxminən 80-ə yaxın futbolsevər şimallılara azarkeşlik edəcəklər. Gizlətmirəm, bəndəniz də Rusiya azarkeşi olduğundan, özümü “evdəki” kimi hiss edəcəyimi göz önünə almışdım. Ancaq gözləntilərim rusların ilk qolundaca alt-üst oldu. Çerışevin vurduğu qola, demək olar ki, məndən başqa sevinən olmadı və hətta sevindiyimə görə ətrafda oturanlar mənə tərs-tərs baxıb başlarını yellədilər. Xorvatların bərabərlik qolu zamanı isə aləm bir-birinə dəydi. Elə bil bütün Qusar bu anı gözləyirdi. Bu minvalla penalti seriyasına qədər birtəhər oturub “lotereya”nın başa çatmasını gözlədim. Onu da etiraf edim ki, qalan dəqiqlərdə rusların uğurlu həmlələrinə, vurduqları qola reaksiya vermədim. İlk qoldakı baxışlar məni qorxutmuşdu. Rakitiçin son zərbəsi isə hər şeyə nöqtə qoydu. Qusarlılar sanki “Şahdağ” ölkə çempionu olubmuş kimi sevinir, rusların mübarizəni dayandırmasına gülürdülər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar