06 iy 01:10aktual

“Astana” Almeydanı ictimaiyyətə təqdim etdi

“Astana” Almeydanı ictimaiyyətə təqdim etdi
“Təklif mənimlə ailəm üçün maraqlı gəldi və "yox" deyə bilmədim”
“Qarabağ”ın sabiq yarımmüdafiəçisi, mövsümlərarası fasilədə müqaviləsinin müddəti bitdiyinə görə “köhlən atlar”la yolları ayıran Riçard Almeydanın “Astana” ilə ortaq məxrəcə gəldiyini ötən saylarımızın birində xəbər vermişdik. Dünən Qazaxıstan təmsilçisi yığmanın “milliləşdirilmiş” üzvü ilə münasibətləri rəsmiləşdirib. Bu haqda klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Ancaq “Astana” rəhbərliyi 29 yaşlı futbolçu ilə bağladığı müqavilənin müddəti və detalları barədə açıqlama verməyib. Bununla belə, Qazaxıstan mətbuatı Almeydanın “Astana” ilə ikiillik anlaşmaya qol çəkdiyi xəbərini paylaşıb.
Yeni klubunda ictimaiyyətə təqdim olunan “sambaçı” Qazaxıstan mətbuatına ilk müsahibəsini verib. Mini-müsahibədə Almeyda “Astana”nı seçməsinin səbəbini açıqlayıb.
- "Astana"ya transferiniz necə alındı?
- Bu klubdan iki həftə əvvəl təklif aldım. Təklif mənimlə ailəm üçün maraqlı gəldi və "yox" deyə bilmədim. "Astana"ya Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaq üçün gəldim.
- Azərbaycan mətbuatında belə informasiya gündəmdə idi ki, sizə Türkiyə, Yunanıstan, İtaliya klublarından təkliflər var. Niyə sonda "Astana"nın dəvətini qəbul etdiz?
- Haqlısız, mənə başqa klublardan çoxlu təklif gəldi. Ancaq sonda mən, ailəm və menecerim qərar qəbul etdik ki, mənə Qazaxıstana gəlmək və "Astana"nın heyətində oynamaq faydalıdı.
- "Astana"nın heyətində qarşınıza hansı məqsədləri qoyursuz?
- Çempionlar Liqasının qrup mərhələsində artıq oynamşam. "Astana"yla yenidən Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynamaq istəyirəm. Bilirəm ki, bu asan deyil. Çünki ilk təsnifat mərhələsindən start götürürük. Çalışacağam ki, komandaya qarşıya qoyduğu vəzifələrin həllində maksimum kömək edim. Bu, qrup mərhələsinə çıxmaq və Qazaxıstan çemponatını qazanmaqdı.
Almeydanın yeni komandasının baş məşqçisi də bizlərə tanış simadı. Mövsüm başa çatandan sonra Qazaxıstan klubunun “sükanı arxasına” keçən Roman Qriqorçuk da Riçardın keçidinə münasibət bildirib. Ukraynalı mütəxəssis yeni klubunun 2 transferini şərh edib. Qeyd edək ki, “Astana” millinin yarımmüdafiəçisi ilə yanaşı, Serbiyanın heyətində DÇ-2018-in iştirakçısı olan müdafiəçi Tomislav Rukavinanı da rənglərinə bağlayıb: “Astana"nı qəbul etdiyim zaman qarşıya qoyulan vəzifələri həll etməli olduğumu düşünüb heyəti təhlil edəndə, bir az narahat idim. Başa düşürdüm ki, komandanın güclənməsinə ehtiyac var. Rukavina və Almeydanın timsalında klub yalnız güclü futbolçular almadı, bu oyunçuların bizimlə əməkdaşlığa imza atmaları klubumuzun seleksiya qrupunun səviyyəsini göstərir".
"Qəbələ"nin sabiq çalışdırıcısı bu transferlərin həyata keçirilməsində klub rəhbəri Sayan Hamitjanovun əməyini yüksək qiymətləndirib: "Təsəvvür edirəm ki, o, bu futbolçuları "Astana"ya keçməyə inandırmaq üçün hansı işlər görüb. Danışıqlar zamanı müsbət planda dəlillər irəli sürmək, inadkarlıq və futbolçuların nümayəndələrini özünə bağlamaq bacarığı vacibdi. Bilirəm ki, "Astana"dan başqa, bu futbolçuları heyətinə qatmaq istəyən yetərincə klub var idi. Ancaq paytaxt klubuna futbolçuları sənədə imza atdırmaq müyəssər oldu. Almeydanı "Qarabağ"da çıxış etdiyi vaxtdan gözəl tanıyıram. “Milliləşdirilən” braziliyalı uzun müddət "Qarabağ"ın liderlərindən idi və Azərbaycan millisində də oynayıb. Çox şadam ki, klubumuzun prezidenti avrokuboklarda start ərəfəsində heyəti gücləndirməklə bağlı vədini tam yerinə yetirdi".
“Astana"nın prezidenti Sayan Hamitjanov da Almeydanın transferini dəyərləndirib. Klub rəhbəri "Qarabağ"dan gələn braziliyalı oyunçunu çoxdan izlədiklərini bildirib: "Riçard son illərdə Azərbaycanın ən yaxşı klubunun - "Qarabağ"ın liderlərindən biri idi. O, bu komandanın heyətində avrokubokların qrup mərhələsində çıxış etməklə yetərincə təcrübə toplayıb. Almeyda Çempionlar Liqasında və Avropa Liqasında ümumilikdə 55 matç keçirərək, "Çelsi", "Atletiko", "Roma", "İnter", "Tottenhem", "Monako", "Anderlext" kimi komandalara qarşı oynayıb".
Hamitjanov Almeydanın meydandakı mövqeyinə və oyun keyfiyyətlərinə də toxunub: "Riçard mərkəzdə, hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayır. O, oyun qurucusudu ki, bu mövqe bizim komandada uzun müddətdi açıq qalıb. Almeyda yetərincə məhsuldardı - son ötürməni də verə, özü də qol vura bilər. Riçard Azərbaycanda keçirdiyi müddətdə bu ölkənin həyat şəraitinə tam uyğunlaşa bilib. Ümid edirik ki, onun üçün Qazaxıstana uyğunlaşma müddəti minimal olacaq".
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar