06 iy 00:56aktual

“Uypeşt”lə oyunun biletləri sabah satışa çıxarılacaq

“Uypeşt”lə oyunun biletləri sabah satışa çıxarılacaq
“Neftçi”nin məşqçisi qapıçıların hazırlığından razıdı
Ötən saylarımızdan birində ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan bilet satışı ilə bağlı məlumat öyrənmişdik. İyulun 12-də Macarıstan “Uypeşt”i ilə qarşılaşacaq “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev prosesə bu həftə start verəcəklərini demişdi. Lakin o dəqiq tarix söyləməmiş, həmçinin satışın həyata keçiriləcəyi məntəqələrlə bağlı müzakirələrin getdiyini bildirmişdi. Onu da qeyd edək ki, “Neftçi” – “Uypeşt” qarşılaşması “Dalğa Arena”da keçiriləcək və saat 21.00-da start götürəcək.
Dünən yenidən Rüstəm bəylə əlaqə saxlayıb bilet satışı ilə bağlı detalları öyrəndik: “Artıq tarix dəqiqləşib. İyulun 6-dan etibarən biletlər satışda olacaq. “Bravo” marketin Babək, 20 Yanvar, Şüvəlan və Əhmədlidə olan mağazalarında, eləcə də “Dalğa Arena” və “Bakcell Arena”ın kassalarında satış həyata keçiriləcək. Bundan əlavə də bir-iki yerdə satış məntəqələrinin hazırlanması üçün danışıqlar gedir. Qiymətlər 1, 2, 5 və VİP-lər 20 manat olacaq. VİP biletlərinə çay, su, kofe və yüngül yeməklər daxildi”.
Bu arada “Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev klub televiziyasına açıqlama verib. O qapıçıların durumunu dəyərləndirib: “Toplanışın son mərhələsinə gəlib çatmışıq. Qarşıda bizi sonuncu yoldaşlıq oyunu gözləyir. Qapıçıların hər ikisinə - həm Səlahət Ağayevə, həm də Rəşad Əzizliyə yoxlama matçlarında şans verdik. İkisi də özünü yaxşı tərəfdən göstərməyi bacardı. Onların bugünkü durumu qənaətbəxşdi. Hazırkı formalarından çox razıyam. Bu gün onlar burdadısa, deməli, “Neftçi”yə layiq qapıçılardı. Onlara güvənimiz böyükdü. Hər ikisinə etibar edirik. Bu hazırlıq dönəmində iştirak edən gənc qolkiperimiz Nail Alışovun işindən, fəallığından, işə yanaşmasından razıyam. Meydandan kənarda da özünü aparması yüksək səviyyədə idi. Çox gəncdi, ona zaman lazımdı. Çempionatın gedişində də onu əsas komandanın məşqlərinə cəlb edəcəyik. Daim nəzarətimiz altında olacaq. Bəzi kiçik detallar var ki, onların üzərində işləməliyik. Bu da baş məşqçinin verdiyi taktiki göstərişlərdi ki, oyun situasiyalarında qapıçı nələr etməlidi. Roberto Bordinin tövsiyəsinə əsasən həmin xırda detallar üzərində də işləyəcəyik. Qapıçıları daha da yüksək səviyyəyə çatdırmağa çalışırıq”.
Yeri gəlmişkən, “Neftçi”nin ötən mövsüm komandanın heyətində olan bir sıra futbolçularla müqaviləni yenilədiyini xəbər vermişdik. Onlar arasında Anton Krivotsyuk və Soni Mustivar da var. Hər iki futbolçunun anlaşma müddəti 2019/20 mövsümünün sonuna qədər artırılıb. Krivotsyuk “ağ-qaralar”ın saytına, Mustivar isə klubun televiziyasına açıqlama verərək, həm müqavilələrinin yenilənməsindən danışıb, həm də toplanışı dəyərləndiriblər.
Anton Krivotsyuk: “Əlbəttə, "Neftçi” ilə müqavilə müddətini artırmağım, bu klubun şərəfini qorumağa davam etməyim mənə müsbət enerji verir. Mənim kimi gənc futbolçu üçün bu böyük stimuldu, irəliyə addımdı. Bu komandaya öyrəşmişəm. Burda qalmaq istəyirdim. Ümidvaram ki, faydalı olmağa davam edəcəm... Təlim-məşq toplanışı yekunlaşmaq üzrədi. Fikrimcə, pis çalışmırıq. Məşqçinin dediklərinin hamısını yerinə yetirməyə cəhd edirik. Artıq üç yoxlama oyunu keçirmişik. Necə oynadığımı məşqçilər korpusu daha dəqiq qiymətləndirə bilər. Onu deyə bilərəm ki, təlim-məşq toplanışı çərçivəsində həm oyunlarda, həm də məşqlərdə böyük istəklə və var gücümlə çalışmışam. İnanıram ki, "Uypeşt”lə oyunda hər şey yaxşı olacaq, uğurlu çıxış edib, mərhələni adlaya biləcəyik”.
Soni Mustivar: “Neftçi” ilə müqaviləni yeniləmək mənim üçün əlamətdar hadisədi. Çünki bu komandaya gəldiyim ilk gündən özümü evimdəki kimi yaxşı hiss edirəm. Hər iki tərəfin təşəbbüsü ilə müqaviləni məhz indi yeniləmək qərarına gəldik. Çünki mən “Neftçi” ilə qarşıdakı illərdə böyük uğurlar qazanmaq istəyirəm. Müqaviləni yeniləmək yerinə düşdü. Ona görə də başımı aşağı salıb, rahat işimi yerinə yetirəcəm. Əlbəttə, “Neftçi” ilə müqavilə imzalamaq mənim üçün irəliyə atılmış addımdı. Bu komanda böyük ada malik olan şöhrətli klubdu. Hər bir oyunçu karyerası boyunca böyük titullar qazanmaq istəyir. Mənə elə gəlir ki, “Neftçi” ilə müqavilə imzalamaq bunun üçün çox yaxşı vasitədi. Hər şey yaxşıdı. Möhtəşəm bir məkanda təlim-məşq toplanışı keçirik. Həm otel, həm də məşq meydançaları yüksək səviyyədədi. Hazırlığımız qaydasında gedir. Bizim üzərimizdə çox çalışan, işimizi asanlaşdıran çox yaxşı məşqçilərimiz var. Məncə, bir az çox qaçırıq (gülür). Amma bu normnaldı, çünki biz təlim-məşq toplanışındayıq. İlk üç yoldaşlıq oyununu çox yaxşı keçirdik, yaxşı nəticələr əldə etdik. Qələbələrin davamını növbəti oyunlarda da gətirməliyik və Avroliqadakı ilk qarşılaşmamıza hazır olmalıyıq. Təsnifat mərhələsinin oyunları, fikrimcə, çətin görüşlər olacaq. Çünki bu iki matçda hər şey baş verə bilər. Odu ki, bizi çətin oyunlar gözləyir. Biz hər iki matçda əvvəldən sonadək mübarizə aparacağıq. Çünki ilk oyunda qələbə qazanmaqla düşünə bilərik ki, artıq ikinci görüş də həll olunub. Amma bu belə deyil. Əminliklə deyə bilərəm ki, rəqib komanda da oyunlara eyni cür yanaşır. Əlindən gələni edəcək ki, uğurlu nəticə qazansın. Ona görə də bizi mübarizədolu və maraqlı qarşılaşmalar gözləyir. “Neftçi” fanatları inanılmaz dərəcədə mükəmməldilər. İlk növbədə bizi dəstəklədiklərinə görə azarkeşlərimizin hər birinə təşəkkürümü bildirirəm. Onlar ən yaxşılardı. İnanıram ki, oyuna çoxlu sayda azarkeş gələcək və bizi sonadək dəstəkləyəcək. Biz isə var gücümüzlə sonadək mübarizə aparacağıq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar