06 iy 00:30aktual

“Kapital Bank Arena”da çınqıl problemi

“Kapital Bank Arena”da çınqıl problemi
Rəşad Məmmədov: “Ondan sonra ərazi ot örtüyünü salacaq SİS şirkətinə təhvil veriləcək”
“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da təmir işlərinin aparıldığından xəbərdarsız. Bu haqda ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, əsas meydanın süni örtüyünü təbii otla əvəzləməyi lazım bilən “Sumqayıt” rəhbərliyi stadionun ərazisində akademiyanın müxtəlif yaş qrupları və eləcə də əsas komanda ilə yanaşı, əvəzedicilərin məşq etməsi üçün üç yeni meydan salmağı lazım bilib. Həmin meydanlardan ikisi təbii, biri isə süni örtüklü olacaq.
Srağagün “Kapital Bank Arena”da görülən işlərlə yerində tanış olmaq üçün əraziyə baş çəkməyi lazım bildik. Arenaya yaxınlaşarkən əsas meydanın daxilində texnikanın işlədiyinin şahidi olduq. Ekskavatorun qazıb çıxardığı torpaq ağır tonnajlı maşınlara yüklənərək stadion ərazisindən çıxarılır. Bundan başqa, inşaatçılar süni örtüyün altına döşənmiş betonu dağıdıb qutarmaq üzrədilər. Əsas meydanda aparılan təmir işləri ilə tanış olduqdan sonra yeni salınacaq meydanlara göz gəzdirməyi lazım bildik. Birincidən fərqli burda iş o qədər də intensiv şəkildə aparılmırdı. Dedik bəlkə işçilər qızmar günəşin altında işlədikdən sonra bir qədər dincəlməyi lazım biliblər. Ancaq ərazidə çalışan, adını açıqlamayan fəhlələrdən biri bizə boşdayanmanın səbəbinin başqa olduğunu açıqladı. Onun sözlərinə görə, son günlər çınqılla bağlı problemlə üzləşiblər. Belə ki, Göyçayda baş verən məlum körpü uçqunundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi çınqıl karxanalarında yoxlamalara başlayıb. Və bu səbəbdən tikintidə istifadə olunan çınqılın çatdırılmasında problem yaşanır. Həmsöhbətimiz onu da əlavə etdi ki, arada boşdayanmalar olmasa, bütün işlər planlaşdırılan müddətdə yekunlaşacaq.
Məsələyə aydınlıq gətirmək üçün “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. Rəşad bəy isə söylənilənləri təkzib etdi: “Stadionda aparılan tikinti işləri plan üzrə davam edir. Yeni salınacaq süni örütüklü meydanın həm drenaj, həm də su sistemində aparılan işlər, demək olar ki, yarılanıb. Örtüyün altının bərkidilməsi mərhələsi də yekunlaşmaq üzrədi. Bundan başqa, hər üç yeni meydanın ətrafının hasara alınması, həm də dəniz tərəfdən sürüşmə ehtimalı olan ərazidə betonlama işləri yekunlaşıb. Əsas meydanda da oxşar durumdu. Bütün işlər qrafikə uyğun görülür. İki günə qazıntı işləri tam başa çatdırılacaq. Ondan sonra başqa lazımi tədbirlər də görüləcək və ərazi ot örtüyünü salacaq SİS şirkətinə təhvil veriləcək. Ümumilikdə bu gün stadionumuzda 50-dən çox canlı işçi qüvvəsi, 20-yə yaxın ağır texnika iş başındadı”.
Stadionda olduğumuz müddətdə arenanın şimal tərəfinin kubiklə hasara alındığını da müşahidə etdik. Olmaya orda yeni tribuna quraşdırılacaq və ərazi də məhz buna görə hasara alınıb? Rəşad bəylə söhbətdə bu məsələyə də toxunduq. Klub rəsmisi bununla bağlı hər hansı informasiyaya malik olmadığını bildirdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar