30 in 00:07aktual

“Qarabağ”dan ayrıldız, bəs sonra?

“Qarabağ”dan ayrıldız, bəs sonra?
Şehiçlə Almeyda klub tapa bilmir
2017/18 mövsümü bitər-bitməz “Qarabağ”ın heyətində əsaslı dəyişikliklərin olacağı haqda söz-söhbət yayıldı. İcarə müddəti bitən Pedro Enrikenin PAOK-a dönüşünü hardasa başa düşmək olardı. Ancaq birdən-birə üç aparıcı legionerinin – İbrahim Şehiç, Riçard Almeyda və Dani Kintananın “köhlən atlar”ı tərk edəcəyi haqda informasiya şok effekti yaratdı. Sonradan ispan futbolçu ilə dil tapmaq mümkün oldu. Kintana “Qarabağ”la müqaviləni yenilədi. Ancaq Şehiçlə Almeyda fikrini dəyişmədi. Qurban Qurbanov “yolun açıq olsun” deyib, hər ikisini yola saldı.
Onların çempiondan ayrılma səbəbi eyni idi: daha çox pul qazanmaq və səviyyəli çempionatda oynamaq istəyi. Məsəl var, gedəni saxlamazlar. Könlü burda olmayanı zorla komandada saxlamaq heç bir effekt verməyəcəkdi. Deməli, “Qarabağ” onlarla normal qaydada vidalaşmaqla doğru olanı etdi. Bəs gedənlər?
Təbii, bizim üçün əsas “sambaçı”nın hansı kluba keçəcəyi idi. Axı yarımmüdafiəçi həm də yığma üzvüdü. Onun daha səviyyəli çempionata və güclü komandaya keçməsi və daha da “artırması” milli adına faydalı ola bilərdi. 29 yaşlı futbolçuya maraq göstərənlərdən biri “Bursaspor” idi. Ancaq Almeydanın bu yay Qətər və ya Çin klublarından birinə keçəcəyi haqda söz-söhbət daha real səslənirdi. Mövsümün başa çatmasından bir ay keçib. Ancaq hələ də Riçarddan səs-soraq yoxdu. Deyəsən, braziliyalı ailəsiylə vətənində dincəlməkdə davam edir. Görünür, mərkəz yarımmüdafiəçisi hələ də özünə klub tapmayıb. Bu isə get-gedə seçim şansının məhdudlaşmasına aparır. Əlbəttə, yığma üzvünün zəif çempionatda və komandada oynaması gələcək adına müsbət bir şey vəd etmir.
Elə Şehiçdə də oxşar vəziyyətdi. Bosniyalı qolkiperin əvvəlcə yenidən A seriyasına qayıdan “Parma”ya keçəcəyi deyilirdi. Yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkinin ona millidə əsas heyət üzvü kimi baxması İbrahimin karyerasında irəliləyiş etməyə şərait yaradırdı. Ancaq zaman keçdikcə “Parma”ya transferin dedi-qodudan başqa bir şey olmadığı üzə çıxdı. Daha sonra Türkiyə variantı üzə çıxdı. Əvvəlcə “Ərzurumspor”un Şehiçi transfer etmək üzrə olduğu deyildi. Amma az sonra bu xəbərin də şayiə olduğu aydınlaşdı. Ən sonda isə sabiq “Qarabağ”lı adı superliqaya qayıdan “Çaykur Rizəspor”un transfer gündəmində yer almışdı. Ancaq əlcək sahibinin Qaradəniz klubuna keçidi də baş tutmadı. Əvəzində Şehiç Avstriyada peyda oldu. Qapıçı sabiq komandasını ziyarət edib.
Bəziləri İbrahimin geri qayıdacağına işarə verdiyini düşünür. Bəlkə fikrindən daşınıb. Aranı-turanı gəzib, özünə klub tapmayıb və bu üzdən ən yaxşısı elə yola “Qarabağ”la davam etmək olduğunu görüb. Ancaq təbii ki, bu fərziyədi. Hərçənd Anton Kanibolotskiylə yolların ayrılması fonunda Şehiçin geridönüşü istisna olunmur. Bu gedişlə Almeyda da geri dönsə, təəccüblənməyə dəyməz. Ancaq hər iki futbolçu geri addım atsa, nüfuzlarına böyük xəlal gətirmiş olacaqlar. Adama deyərlər ki, niyə getmişdiz, niyə qayıtdız?! Ona görə də bir qərara gəlməzdən öncə hərtərəfli düşünüb-daşınmaq, min ölçüb, bir biçmək lazımdı. Sonu görünməyən bir yola çıxmaq mənasız riskdən başqa bir şey deyil.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar