29 in 23:20aktual

Stamenkoviç Azərbaycanda oynadığına görə fəxr edirmiş

Stamenkoviç Azərbaycanda oynadığına görə fəxr edirmiş
“Neftçi” Sadıq Sadıqovun gedişi ilə çox şey itirdi”
Vaxtilə “Neftçi”nin premyer-liqada “at oynadıb”, çempionluqları sıraladığı dönəmdə diqqəti üzərinə çəkən legionerlər vardı. Onlardan İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Erik Ramos, Nikolas Kanales və Saşa Stamenkoviçin adını çəkə bilərik. Klubda Sadıq Sadıqov erası başa çatandan sonra adı çəkilənlər tədricən “Neftçi”ni tərk etməyə başladılar.
Xüsusilə Flavinyo ilə Stamenkoviç azarkeşlərin sevimli futbolçuları sayılırdı. Serb qapıçının həmvətənləri sayılan “Partizan”la oyunlarda serb futbolçularla haqq-hesab çəkməsi şərəfini qoruduğu komandaya olan sevgisindən irəli gəlirdi. Saşa ölkəmizi tərk edəndən sonra Yunanıstan “Kerkira”sına keçsə də, heç bir oyuna çıxmadan oranı tərk etdi. Ardınca “Okjepets”ə üz tutdu. Təxminən iki mövsüm Qazaxıstanda çıxış edəndən sonra uzun müddət futbolsuz qaldı. Və budu, azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Stamenkoviç karyerasını yenidən ölkəmizdə davam etdirəcək. “Sabah” serbiyalı qapıçının xidmətində maraqlıdı deyə, futbolçu artıq bir neçə gündü Bakıdadı. Əslində onunla görüşmək, bir çox mövzular ətrafında daha maraqlı söhbət etmək istəyirdik. Lakin “Sabah”la rəsmi müqaviləyə imza atmadığını deyən 33 yaşlı qapıçı ətraflı danışa bilməyəcəyini, yalnız bəzi sualları cavablayacağını söylədi.
- 4 il Azərbaycanda oynayandan sonra 3 il burda yaşananları kənardan izlədin. Maraqlıdı, futbolumuz Serbiyadan, Qazaxıstandan necə görünürdü?
- Əvvəla onu qeyd edim ki, Azərbaycana gəlmək, yenidən burdakı dost-tanışı görmək məni hədsiz sevindirir. Dəvət alarkən hansı hisslər keçirdiyimi başa salmaqda çətinlik çəkirəm. Çünki sözlə ifadə edə biləcəyim şeylər deyil. Burdan ayrılandan sonra məni görənlər Azərbaycan futbolu ilə bağlı maraqlananda iki komanda haqda soruşurdular. Bunlar “Neftçi” və “Qarabağ” idi. Əlbəttə, səbəbsiz deyildi. “Neftçi” serbiyalı azarkeşlərə yaxşı tanışdı, uzun illərdi beynəlxalq arenalarda çıxış edir, “Qarabağ” isə avrokuboklarda inamlı çıxışla yadda qalıb. İnsanların marağını, diqqətini görəndə, səmimi deyirəm, fəxr edirdim. Və belə qənaətə gəldim ki, Azərbaycan futbolu hər kəsin maraq dairəsindədi, insanlar burda nələrin baş verdiyini bilirlər, komandaları tanıyırlar. Özümün izləməyinə gəlincə, mənim üçün maraqlı idi. Nəticələrə baxırdım, bəzən hansısa oyunların videogörüntülərini izləyirdim.
- Azərbaycan, Qazaxıstan və Serbiya futbolunu müqayisə edə bilərsən? Onlarda nə var ki, bizdə yoxdu, yaxud da əksinə...
- Bu suala cavab verməyim çətindi. Çünki dediyiniz kimi, 3 ildi burda yoxam. Ona görə də çempionatın hazırkı səviyyəsindən tam məlumatlı deyiləm. Sualınıza belə cavab verəcəm: “Srvena Zvezda”, “Partizan”, “Astana” və “Kayrat” olduqca ciddi komandalardı. İstənilən an ciddi mənada nəsə etməyi bacararlar.
- İki ilə yaxın “Okjepets”də oynadın. Qazaxıstan futbolu sənə puldan başqa nə qazandırdı?
- Mənim bəxtim onda gətirdi ki, ən yaxşı məşqçilərdən sayılan Vladimir Vasilyeviç Muxanovla işlədim. Mən ondan çox şey öyrəndim. Həm futbolda, həm də futboldan kənarda. Bundan başqa, azarkeşlərdən özümə sevgi və hörmət gördüm. Qazaxıstanda olduğum müddəti karyeram üçün qazanc sayıram.
- Bəs “Okjepets”dən niyə ayrıldın? Üstəlik, uzun müddət futbolsuz qaldın.
- Ötən ilin noyabrında Qazaxıstanda çempionat başa çatırdı. Və belə məqamda ciddi zədə aldım. Serbiyaya qayıtdım və uzun müddət zədəmin müalicəsi ilə məşğul oldum. “Okjepets” növbəti mövsümün hazırlığına başlayanda hazır deyildim. Amma komandaya hazır və təcrübəli qapıçı lazım idi. Belə qərara aldıq ki, yolları ayıraq. Çünki qısa zamanda əvvəlki formamı bərpa edəcəyim sual altında idi. Zədəmi tam sağaldandan sonra isə bir çox ölkələrdə “transfer pəncərəsi” bağlanmışdı, bəzilərində isə yeni mövsüm başlamaq üzrə idi.
- Yeri gəlmişkən, “Kerkira” ilə müqavilə bağlasan da, heç bir oyuna çıxmadan Yunanıstanı tərk etməli oldun. Nə baş vermişdi?
- Müqavilə bağladıqdan az sonra federasiya “Kerkira”nı premyer-liqadan ikinci diviziona göndərdi. Mən isə aşağı dəstədə oynamaq istəmirdim. Ona görə də Qazaxıstandan gələn təklifi müsbət dəyərləndirdim.
- “Srvena Zvezda”, “Neftçi, “Okjepets”... Hər biri köklü və iddialı klublar sayılır. “Sabah” isə çempionatın debütantıdı. Yəni vəziyyət o dərəcədə acınacaqlı idi ki, debütantın heyətində oynamağa razılıq verdin?
- Düzünü desəm, “Sabah”dan təklif alanda qətiyyən düşünmədim. Əvvəla yenidən Azərbaycana qayıtmaq və bu futbol ailəsinin içində olmaq arzum idi. Digər tərəfdən, baş məşqçi Elşad Əhmədovla “Neftçi”dən tanışıq. Müəyyən mənada bir-birimizi tanıyırıq, o mənim nəyə qadir olduğuma bələddi. Azərbaycan futbolu mənə çox şey verib. İndi mən oyunumla həmin borcu qaytarmalıyam. Üz tutduğum komandada mənim üçün önəmli özümə olan hörmət və inamdı. “Sabah”da bunu gördüm. Sağlıq olsun, təcrübəmlə yeni komandamın inamlı çıxışına kömək edərəm.
- Mənə elə gəlir ki, “Sabah”ı seçməyində məqsəd trampilindən lazımınca yararlanıb, “Qəbələ”, “Neftçi”, hətta “Qarabağ” kimi komandaların diqqətini çəkməkdi.
- Bu dəqiqə dediyiniz məsələ haqda düşünmürəm. Əsas hədəfim “Sabah”a kömək etməkdi. Təcrübəmlə nəyə qadir olduğumu göstərmək istəyirəm. Sonra nə olacaq, onu artıq Allah bilər. Heç vaxt arzularla, planlarla yaşamamışam. Nə olacaqsa, olacaq.
- Sən və başqa legionerlər “Neftçi”ni tərk edəndən sonra komanda pis vəziyyətə düşdü. Tarixi klub titul və medal üzünə həsrət idi, hətta ötən ilin yayında avrokuboklardan kənar qaldı. Bu sənə hansısa mənada təsir edirdi?
- Əlbəttə. Bilmirəm nə dərəcədə peşəkarlığa sığacaq, amma səmimi deyəcəm: mən “Neftçi” azarkeşiyəm. Əsl azarkeş isə yaxşı və pis gündə komandanın yanında olandı. Deməyim odu ki, “Neftçi”nin uğursuzluq yaşadığı dönəmlərdə həvəsdən düşmədim, pis heç nə düşünmədim. İçimdə bir hiss var idi ki, ən qısa zamanda hər şey düzələcək. Bir fakt var ki, onu hamı bilir. “Neftçi” Sadıq Sadıqovun gedişi ilə çox şey itirdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar