20 fev 17:11aktual, liqa

Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır

Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır
Qaranı rəqibin heyətindəki itkilər maraqlandırmır

Sabah bütün futbol ictimaiyyətinin diqqəti Qəbələyə yönələcək. Şəhər stadionunda çempionluq uğrunda mübarizə aparan iki klub – “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək. Son dövrlər bu komandalar arasında rəqabət artdığından, sabahkı görüşün dramatik keçəcəyi şübhə doğurmur. Artıq ölkə futbolu ilə maraqlanan hər kəs həyəcanla bu qarşılaşmanı gözləyir. Görəsən, komandaların özləri də bizim qədər səbirsizdimi? Onlar vacib oyun haqda nə düşünür? Odu ki, hər iki düşərgədən fikirləri öyrənmək qərarına gəldik.
Roman Qriqorçuk: “Hər şey yaxşıdı. Yaxşı hazırlaşmışıq. Qəbələ qarla tam örtülüb. Bizim məşq etməyimiz üçün stadionları təmizləyirlər. Meydanı oyun üçün hazırlayıblar. Bazar günü bizi çox çətin və vacib oyun gözləyir. Bizim aramızda baş tutan bütün görüşlər həmişə yüksək keyfiyyəti ilə fərqlənib. İnanıram ki, bu dəfə də elə olacaq. “Qəbələ” ilə “Qarabağ” arasındakı hər görüş ölkə çempionatında böyük və ciddi hadisədi. Çünki hər iki komanda avrokuboklarda oynayıb. Bəli, müdafiə xəttində itkilərimiz var. Amma biz bundan şikayətlənməməliyik. Çünki bu gərəksizdi. Anlayırıq ki, durumumuz bizim xeyrimizə deyil. Həyatda nadir hallarda olur ki, bir komanda birdən-birə 3 mərkəz müdafiəçisindən məhrum olur. Buna baxmayaraq, vəziyyətdən çıxış yolları axtarmalıyıq. Düşünmürəm ki, bu görüş çempionluq uğrunda həlledicidi. Amma dediyim kimi, çox vacib oyundu. Məğlubiyyət haqda düşünmək istəmirik. Nəticənin necə olmasından asılı olmayaraq, çempionluq şanslarının itiriləcəyini düşünmürəm. Qarşıda hələ çox oyunlar var. Ümid edirəm ki, hakimlik də yüksək səviyyədə olacaq və briqada səhvsiz işləyəcək”.
Sergey Zenyov: “Bazar günü çempionatın liderləri qarşılaşacaq. Təbii ki, bizi gərgin və çətin oyun gözləyir. Aramızda rəqabət var. Hər iki komanda sona qədər mübarizə aparacaq. Bu görüşə xüsusi hazırlaşmamışıq. Ölkə çemponatının oyunlarına necə hazırlaşırıqsa, buna da elə. Qeyri-adi heç nə yoxdu. Heç baş məşqçi də xüsusi və “Qarabağ” üçün hazırlanmış plandan danışmayıb. Bütün rəqiblərə qarşı oyunlarda qələbə qazanmaq üçün meydana çıxırıq. Hamı ilə necə oynayırıqsa, “Qarabağ”a qarşı da elə oynayacağıq. Görüşün nəticəsindən asılı olmayaraq, heç bir komanda çempionluq şansını itirməyəcək. Qarşıda hələ xeyli oyun var. Bir neçə futbolçumuz zədəlidi. İstəməzdik ki, heyətimizdə bu qədər itki olsun. Çalışacağıq ki, onların yoxluğunu hiss etdirməyək. Düzdü, biz standart vəziyyətlərdən sonra qollar buraxırıq. Bu dəfə daha diqqətli olmalıyıq”.
Ruslan Qurbanov: “Oyuna tam hazırıq. Artıq matçın baş tutacağı vaxtı gözləyirik. Həmişəki kimi yalnız qələbə üçün meydana çıxacağıq. Qarşımıza belə məqsəd qoymuşuqsa, onun reallaşması üçün hər şey etməliyik. Bunun üçün hər bir imkanımız var. Roman Qriqorçuk birinci il deyil ki burdadı. Baş məşqçi rəqibin necə futbol oynadığını çox yaxşı bilir. O, oyundan öncə bizə meydanda necə davranmalı olduğumuzu başa salacaq. Heyətimizdəki itkilər bizi narahat edir. 3 mərkəz müdafiəçimiz bu görüşü buraxacaq. Lakin biz nəsə edə bilmərik. Bütün bunları unudub, çıxıb oyunumuzu oynamalıyıq. Bu qarşılaşmanın qızıl medallar uğrunda həlledici olduğunu düşünmürəm. Qarşıda bir neçə tur var. Çemionatın başa çatmasına xeyli oyun qalıb. Buna baxmayaraq, bazar günü bizi, həm də sizi çox maraqlı və gərgin oyun gözləyir”.
Coşqun Diniyev: “Oyuna hazırlıqlarımız çox yaxşı və yüksək səviyyədə keçib. Hər bir rəqibə qarşı necə ciddiliklə hazırlaşırıqsa, “Qəbələ” ilə görüşə də elə hazırlaşmışıq. Bu rəqibə çox ciddi yanaşırıq. Bilirik ki, bizi çox çətin və gərgin qarşılaşma, 90 dəqiqəlik səfər mübarizəsi gözləyir. Oyun ərzində baş məşqçinin verdiyi bütün tapşırıqları ən yüksək səviyyədə yerinə yetirməyə çalışacağıq. Həm “Qəbələ”nin, həm də bizim heyətimizdə itkilər var. Amma düşünmürəm ki, bu itkilər komandaların oyununa ciddi təsir edəcək. Çünki “Qəbələ” və “Qarabağ” iki-üç oyunçudan asılı komandalardan deyil. Bu üzdən mübarizənin gərgin olacağını proqnozlaşdırmaq mümkündü. Meydan amilinə gəlincə, “Qəbələ” doğma azarkeşləri önündə oynayacaq. Bu, onlar üçün müəyyən üstünlük deməkdi. Amma stadionun ot örtüyü əladı. Hər iki komanda bu otda öz istədiyi oyunu nümayiş etdirə bilər. Bu qarşılaşmada çempionluğun taleyinin həll olunacağını düşünmürəm. Hələ qarşıda bir neçə tur var. Hər bir komanda xal itirə bilər. Buna baxmayaraq, “Qəbələ” ilə oyunda xal itirməməyə çalışacağıq. İstəyirik ki, 90 dəqiqənin tamamında sevinən tərəf biz olaq”.
Qara Qarayev: “Bütün komandalara qarşı necə ciddi hazırlaşırıqsa, “Qəbələ” ilə oyuna da elə hazırlaşmışıq. Bu görüşün məsuliyyətini dərk edirik. Planımızda hansısa dəyişiklik olmayıb. Bütün diqqəti məşqlərə və oyuna yönəltmişik. Baş məşqçinin hansısa xüsusi tapşırığı olmayıb. Amma “Qəbələ” elə komandadı ki, ona qarşı xüsusi tapşırığa ehtiyacımız var. Həqiqətən də komanda şəklində çox gözəl futbol oynayırlar. Ola bilər ki, oyundan əvvəl Qurban müəllim bizə xüsusi nəsə desin. Bizi rəqibin heyətindəki itkilər maraqlandırmır. Onlardan kimlərin oynamayacağını bilmirəm. Öz heyətimizi düşünürük. Bizdə Kintana və Ağabala oynamayacaq. Hansı ki, hər iki futbolçu komandamız üçün lazımlıdı. Onlar bizə çox yardım edirlər. Buna baxmayaraq, itki olan mövqeləri dolduracaq futbolçularımız var. Bu üzdən narahat deyilik. Əlbəttə, səfərdə oynayacağımızdan bizim üçün çətin ola bilər. Bu haqda istər sosial şəbəkələrdə, istərsə də KİV-də məlumatlar yazılır. “Qəbələ” üçün bu oyun çox önəmlidi. Onlar qarşılaşmaya ciddi yanaşırlar. Azarkeşlər də xüsusi hazırlıq görüblər. Son vaxtlar çox adam “Qarabağ”a hakim simpatiyasından yazır, qazandığımız qələbələrə kölgə salır. Bu, doğru deyil. Kimin bizə simpatiya bəslədiyini bilmirəm. Amma biz çıxıb öz oyunumuzu oynayırıq. Bu tip xəbərləri bizə qapşı qara piar kimi qiymətləndiririk. Heç onları oxumuruq. Heç kimdən kömək diləməmişik. Hakim səhvləri olub, biz bunu danmırıq. Unutmayaq ki, insan amili olan yerdə səhv də olur. Bu qarşılaşmanın taleyindən asılı olmayaraq, çempionluq uğrunda mübarizə davam edəcək. Çünki biz qalib gəlsək, xal fərqi 6-ya çatacaq. Qarşıda isə 9 tur qalacaq. Bu da 27 xal deməkdi. Hər bir komanda xal itirə bilər. Bizim məqsədimiz isə səfərdən yaxşı nəticə ilə dönməkdi”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar