27 in 13:21aktual

Lənkəranda yeni yaranmış kluba əngəl törədirlər

Lənkəranda yeni yaranmış kluba əngəl törədirlər
Bir həftə ərzində 3195 manat toplanıb
Yeni təsis edilən “Xan Lənkəran”ın hissələrinin satışa çıxarıldığını bilirsiz. İyunun 18-də startı verilən kampaniya iyulun 3-dək davam edəcək. Bu müddət ərzində satışa çıxarılan 10 min hissənin satılması planlaşdırılır. Hər bir hissənin dəyəri isə 100 manatdı. Ancaq növbəti mərhələlərdə satışa çıxarılacaq hissələrin dəyəri yüksək olacaq. Bundan əlavə khanlankaran.com saytında yerləşdirilən “Kapital Bank” hesabına ianə ödənişləri qəbul edilir. Bu prosesin bir həftə əvvəl start götürməsinə baxmayaraq, yığımlar yüksək deyil. Hər halda, portalda yerləşdirilən onlayn hesablama sisteminə əsasən bunu deyə bilərik. Dünən axşama qədər fonda cəmi 3195 manat toplanmışdı. Göründüyü kimi, hələ vəziyyət ürəkaçan deyil. Hərçənd bu klubun yaranmasında əsas pay sahibi olan Rəsul Şükürsoy bu yaxınlarda forma üçün sponsorun tapıldığını və şifahi razılıq əldə olunduğunu deyib.
Bununla belə, Lənkəran İcra Hakimiyyəti ilə aparılan danışıqlar dalana dirənib. Daha doğrusu, icra nümayəndəsi klubun qarşısında süni əngəllər qoyur. “Xan Lənkəran”ın bununla bağlı yaydığı bəyanatı müəyyən ixtisarla nəzərinizə çatdırırıq:
“Xan Lənkəran”ın idarə heyətinin üzvləri ötən həftənin əvvəlində Lənkərana səfər edib. Səfərin əsas məqsədi Lənkəran rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin rəisi Emin Quliyevlə görüşmək, fəaliyyətimiz haqda məlumat vermək idi. Bundan əvvəl bir sıra mətbuat oraqanları klubumuzun fəaliyyəti ilə bağlı İcra Hakimiyyətindən münasibət öyrənmək istəmiş, qarşı tərəf isə onlara rəsmi müraciət olunmadığını bildirib. “Xan Lənkəran”ın mətbuat xidməti Lənkəranın icra başçısı Taleh Qaraşova ünvanlanmış iki müraciəti rəsmi “feysbuk” səhifəsində yayınlamağa məcbur qalıb. Bu paylaşımdan 15 dəqiqə sonra Emin Quliyev klubun idarə heyətinin sədr müavini Cəmil Şirvanova zəng edərək, görüş üçün Lənkərana gəlməyimizi istəyib.
Bu görüşə böyük ümidlərlə yollandıq. Çünki “Xan Lənkəran”ın hələ qurulma təşəbbüsü müzakirə edilərkən, həmin vaxt fəaliyyət göstərən Təşəbbüs Qrupunun da Lənkərana birinci səfərimiz zamanı ilk dayanacağı məhz Lənkəran Rayon İcra Hakimiyyəti olmuşdu. Lakin qurumun qərargahının qapısında dayanan mühafizəçilər heç bir məsul şəxsin yerində olmadığını, bu üzdən Lənkəran rayon Gənclər və İdman İdarəsinə yollanmağımızın daha məqsədəuyğun olduğunu bildirmişdilər. Gənclər və İdman İdarəsinin rəisi də həmin gün Bakıda olduğundan, idarənin əməkdaşı Mehman Əliyevlə 1 saata qədər söhbət etmiş, layihəmiz haqda məlumat vermişdik. Bütün bu cəhdlərimizə baxmayaraq, əvvəlcə iyunun 8-də Lənkəran şəhər Gənclər Mərkəzində keçirmək istədiyimiz futbolsevərlərlə görüş əngəlləndi. Ardınca şəhərin ictimai xadimləri tərəfindən qurulmuş Direktorlar Şurası üzvlərinə təzyiqlər edildi, şura dağıdıldı.
“Xan Lənkəran”ın idarə heyəti bütün bu xoşagəlməz prosesləri təmkinlə qarşılayıb, İcra Hakimiyyəti ilə mümkün dialoq yolları axtarıb. İyunun 20-də hüquq şöbəsinin rəisi ilə görüş baş tutub. Görüşdə Quliyevə klubun rəsmi sənədlərinin surəti təqdim olunub.
Emin bəy “Xan Lənkəran”ın nizamnaməsindən 3.1 maddəsini oxuyaraq, futbol klubu kimi fəaliyyət göstərməyimiz üçün lisenziya almalı olduğumuzu iddia edib. Şirvanov bütün cəhdlərlə futbol sahəsində fəaliyyətin Azərbaycan Respublikası qanunvericiliyi ilə lisenziyalaşdırılmış fəaliyyət növlərindən biri olmadığını izah etməyə çalışsa da, bu mümkün olmayıb. Emin bəy AFFA-nın rəsmi internet saytından yüklədiyi premyer-liqa və UEFA yarışlarında iştirakla bağlı lisenziyalaşdırma normativlərini göstərərək, həmin lisenziyanı gətirməyimizi istəyib. İdarə heyətinin sədri Rəsul Şükürsoy bu sənədin fəaliyyət növünün lisenziyalaşdırılmasına aidiyyatının olmamasını, UEFA normativləri olduğunu, Azərbaycan Qanunvericiliyinin tələblərinə aid edilmədiyini, ötən il 1-ci divizionda çıxış etmiş klubların da həmin lisenziyalaşdırmadan keçəmədiyini bildirsə də, məntiqi nəticəyə gəlmək mümkün olmadı. Yekunda Quliyev “gedin, AFFA-dan qeydiyyatdan keçin, gəlin” təkrarçılığında qaldı. Belə qeydiyyatın ancaq püşkatma ərəfəsində yarışa daxil olmaq olduğunu izah etmək mümkün olmadı.
“Xan Lənkəran” rəhbərliyinin məqsədi çözüm, iş, quruculuq olduğundan, idarə heyətinin sədri dünən də planlar üzrə PFL prezidenti Ramin Musayevlə görüşüb, İcra Hakimiyyəti nümayəndəsinin tələbləri haqda müzakirələr aparılıb. Musayev Lənkəranda futbolun bərpası, klubun fəaliyyəti ilə bağlı hər cür dəstək verməyə hazır olduqlarını bildirib. “Xan Lənkəran”ın 1-ci divizionda iştirakı ilə bağlı texniki məsələlər müzakirə edilib.
Dünən idarə heyətinin nümayəndələrinin forma sponsorluğu ilə bağlı keçirdiyi görüşdən də müsbət nəticə əldə edilib. Bu gün səhər saatlarında isə idarə heyətimizin digər üzvü Ramil Abdullayevə Emin Quliyev zəng edərək, onların bizim fəaliyyətimizə hələ icazə vermədiklərini, ona görə də Lənkəranda tanıtım xarakterli “flayer”lər paylanılmasının düzgün olmadığını, bizim özbaşınalıq etdiyimizi bildirib. Məlumatla bağlı Rəsul Şükürsoy Emin Quliyevə telefon edib, məsələni aydınlaşdırmaq istəyərkən, qarşı tərəf, bu dəfə Gənclər və İdman Nazirliyindən icazə gətirməli olduğumuzu, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olduğumuzu əlavə edib və Şükürsoyu məhkəməyə verəcəyi ilə hədələyib, telefonu qapadıb.
Bütün bunlardan sonra “Xan Lənkəran” məlum məsələni ictimailəşdirməkdən başqa çərə görmür. Hesab edirik ki, Lənkəran Rayon İcra Hakimiyyəti ilə Hüquq şöbəsinin rəisi səviyyəsində danışıqların heç bir perspektivi yoxdu. İnanırıq ki, Taleh Qaraşov şöbə rəisinin “qanunçoxaltma”, “qanunkəşfetmə” qabiliyyətlərindən məlumatlı deyil. İrəli sürülən tələblər birbaşa qanunlarımıza ziddi, əngəlləmə, süründürməçilik xarakterlidi. Tələblərin heç bir hüquqi qarşılığı yoxdu. Qaraşovdan xahiş edirik ki, fəaliyyətimiz üçün şərait yaradılsın. Bütün dövlət strukturları, eləcə də Lənkəran Rayonu İcra hakimiyyəti ilə də sıx əməkdaşlıq etmək, bölgədə futbolun, əhalinin rifah halının yüksəldilməsi yönündə töhfə vermək istəyirik. Lakin Emin Quliyev kimi məmurların münasibəti bizi Lənkərandan qovmaq mahiyyəti daşıyır. Vəziyyət o həddə çatıb ki, klubu yaratmışıq, Bakıda azad şəkildə fəaliyyət göstəririk, işlərimiz ictimaiyyət, dövlət qurumları və AFFA tərəfindən müsbət qiymətləndirilir, lakin Lənkəranda adi bir toplantı keçirə bilmirik. Bu çox təəssüf doğuran vəziyyətdi və belə münasibət davam edərsə, “Xan Lənkəran” komanda şəklində Bakıda məskunlaşmağa, oyunlarını paytaxtda keçirməyə məcbur olacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar