30 noy 15:22aktual, idman

BOS-dan ev, avtomobil və Macarıstana səyahət qazanmaq şansı

Cəmilə Mehdiyeva: "Yuventus Stadium” rəhbərliyi təşkilatçılığa görə bizi nümunə göstərdi

Bir müddət əvvəl xəbər vermişdik ki, dekabrın 31-i Bakı Olimpiya Stadionunda (BOS) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüvə Yeni İlə həsr olunmuş bayram konserti keçiriləcək. Konsertdə Röya, Miri Yusif, Demet Akalın, Ozan Doğulu və Hadisə kimi müğənnilər Bakı birsəhnəni bölüşəcəklər. Stadionun əsas meydançasında keçiriləcəkkonsert proqramı Yeni İlə geriyə-sayım, bayram salyutu və diskoteka ilə davam edəcək. Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi yaratmaq üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya da oynanılacaq. Saat 20:00-da başlaması nəzərdə tutulan konsertlə bağlı bizi, o cümlədən oxucularımızı maraqlandıran suallarımızı BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyevaya ünvanladıq.

-Cəmilə canım, Yeni İl BOS rəhbərliyinin ideyasındı, yoxsa sərfəli təklifdən qaynaqlanıb? konserti kimin ideyası idi?

-Bu, BOS-un ideyasıdı. Məqsədimiz odu ki, stadionumuz tək idman obyekti kimi yox, multifunksional mərkəz kimi fəaliyyət göstərsin. İl ərzində bir neçə uğurlu tədbirləri təşkil elədik. Məsələn, adını çəkmək istəmədiyim fərdi şirkət üçün Olimpiya oyunları xarakterli tədbir, Bakı Marafonu 2016, SOCAR ilə birlikdə AÇ-2016 azarkeşlər zonası və başqaları. Nəticədə qərara gəldik ki, ən müasir səs və video avadanlıqlarına malik BOS-da konsert də təşkil edək. Bunun üçün isə ən uyğun tarix Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yəni 31 Dekabrdı. Beləliklə, ideya, həmişə kimi, komanda işinin nəticəsidi. Ümid edirik ki, bu işi əla bacaracağıq və gələcək işlərimiz üçün böyük təcrübə əldə edəcəyik.

-Konsert üçün nə qədər bilet satışa çıxarılıb və qiymətlər neçəyədi?

-20 minə yaxın tamaşaçı gözlənilir. Biletlər iki kateqoriyalıdı: 9 AZN və 100 AZN. Hər iki növ bilet üçün duracaq yerlər nəzərdə tutulur. Lakin 100 AZN-lıq yerlər "qızıl halqa"ya daxildir və xüsusi giriş-çıxışı və məzələri əhatə edir. Yəni, VİP zona kimi.

-Çox adam fikirləşir ki, belə konsertlər stadionun ot örtüyünü bərbad hala salır. Sizdə bu məsələ ilə bağlı problem olmayacaq ki?

-Belə tədbirlər zamanı otu xüsusi örtük ilə bağlayırıq. Əlavə olaraq, yanvar ayında həmin meydançada İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi başlayacaq. Bu iş çərçivəsində ot örtüyü ilə bağlı müəyyən baxım və qulluq planı tətbiq olunacaq. Bir sözlə, konsert ot örtüyünə ziyan vurmayacaq.

-İnsanları həmin gecə ən çox nəqliyyat maraqlandıracaq. Bu məsələ ilə bağlı nə addımlar atmısız?

-Qonağlarımızın rahatlığı bizimçün çox vacibdi. Hamı burdan evə razı getməlidi. Bunun üçün həmin gün metro uzadılmış iş rejimində fəalyyət göstərəcək. Bunan əlavə metronun "Koroğlu” stansiyasından stadion istiqamətinə, konsertdən sonra isə əks istiqamətdə avtobuslar olacaq. Şəxsi avtomobillərlə gələnlər üçün isə parkinq fəaliyyət göstərəcək.

-Konsertə Hadisə, Röya, Miri Yusif kimi ulduzlar qatılacaq. Maraqlıdı, BOS müğənniləri neçəyə cəlb edib?

-Gəlin, bu, kommersiya sirri kimi qalsın. O qədər baha qiymətə çağırmadıq. Əksinə, uzun danışıqlardan sonra münasib şərtlərlə razılaşdıq. Onu da qeyd edim ki, hər ulduzla ekszklüziv müqavilə imzalandı. Yəni, həmin gecə bu ulduzlar yalnız BOS-da ifa edəcəklər.

-Yeri gəlmişkən, konsert İslam Həmrəyliyi Oyunlarına mane olmayacaq ki? Bildiyimiz qədər orda artıq işlərə start verilib.

-Bəli, İslam Həmrəyliyi Oyunlara hazırlıqlar artıq başlayıb. Yarışın açılış və bağlanış mərasimləri, atletika ilə paraatletika yarışları BOS-da keçiriləcək. Biz təşkilat komitəsi ilə tez-tez görüşüb planlarımızı müzakirə edirik. Meydança ilə bağlı əsas iş yanvarda başlayır . Bu üzdən konsert oyunlara heç cür maneçilik yaratmayacaq.

-Konsert üçün səhnələri BOS özü quraşdıracaq, yoxsa hansısa şirkətlə müqavilə bağlamısız?

-Təşkilat işlərində texniki dəstəyimiz olacaq. Səhnələri isə xüsusi şirkət quraşdıracaq.

-İndi keçək konsert zamanı oynanılacaq lotoreya məsələsinə. Uduşlar necə həyata keçirilir? Ən dəyərli hədiyyə, əlbəttə ki, AAAF Park yaşayış kompleksində yerləşən mənzil olacaq. Onunla yanaşı, 2 ədəd avtomobil və Macarıstana 2 nəfərlik səyahət paketimiz var. Hər biletin sahibi lotereyanın iştirakçı ola bilər. Bunun üçün tədbir günü stadiona gəlib, biletin kötüyünü hüsusi qaba atmaq lazım olacaq. Qutuya atılmayan köyük qalib sayılmayacaq.

-9 və 100 manatlıq biletlərin hədiyyə qazanmaq şansı eyni olacaq?

-Bəli, hər kəsin şansları eynidi.

-Bir sualım da belə olacaq - bugünlərdə İspaniyada idiz. Hətta sosial şəbəkədə "Valensiya"nın stadionu "Mestalya"dan canlı yayım da etmişdiz. Səfəriniz işlə bağlı idi?

-Bəli, bu iş səfəri idi. Stadionumuz ESSMA-nın (Stadionların İdarəedilməsi və Təhlükəsizlik üzrə Assosiasiyası) üzvüdü. İldə bir neçə dəfə bütün stadionların nümayəndələri yığışıb ideya və təcrübə bölüşürlər. Son tədbirə "Mestalya”, "Yuventus Stadium”, "Stok Siti”nin stadionu "BET 356 Arena”, "Filips Stadium”, "Park De Olimpik” və başqa stadionların rəhəbrləri iştirak edirdi. Çox sevindim ki, həmin tədbirdə "Yuventus” stadionun direktoru Françesko Kianello bu ilin martında BOS-da keçirilən "Yuventus” futbol düşərgənin və bizdə təşkil olunan David Trezeqenin mətbuat konfransının görüntüləri nümayiş etdirdi. Təşkilatçılığa görə bizi nümunə göstərdi. Həmin kadrlar "Yuventusun Tarixçəsi"nə düşüb.

-Sonuncu sualımız konserlə yox, BOS-un mühafizə xidməti ilə bağlıdı. Əldə etdiyimiz məlumata görə, oranın əməkdaşlarının maaşları gecikir.

-Stadion tərəfindən müqaviləyəyə əsasən bütün ödənişlər vaxtında həyata keçirir. Maaşla bağlı problem olmur. İstəsəz, bu haqda mühasibtalığa müraciət edə bilərsiz.

ŞƏFİ ŞƏFİYEV

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar