24 in 13:30aktual

“Qarabağ”ın güclü qapıçıya ehtiyacı var

“Qarabağ”ın güclü qapıçıya ehtiyacı var
Kanibolotskiylə Məhəmmədəliyevə ÇL-də güvənmək olmaz
Mövsüm bitər-bitməz klublar heyətlə bağlı çalışmalara start verdi. Avroliqa iştirakçılarının bu mənada fəallığını başa düşmək olar. Çünki beynəlxalq arenada mübarizə aparacaq komandalar heyətini daha tez komplektləşdirməlidi. Ölkəmizi ardıcıl 5-ci dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” da bu baxımdan istisna deyil. Yeri gəlmişkən, ağdamlıların qitənin ən nüfuzlu klub turnirinin 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə qarşılaşacağını da xatırladaq.
Bəlkə də çoxları “köhlən atlar”ın heyətində bu qədər dəyişiklik olacağını gözləmirdi. Çünki ağdamlılar, adətən, sabit heyəti qorumağa çalışır. Bununla belə, “Qarabağ” “futbol ili” başa çatandan sonra 9 futbolçu ilə yollarını ayırdığını elan etdi. İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov və Arif Daşdəmirovla yeni müqavilə imzalanmadısa, Pedro Enrike ilə Ramil Şeydayevin icarə müddəti başa çatdı. Ancaq razılaşmalıyıq ki, onsuz da Rahid, Əfran, Ağabala və Arif əsas heyətdə şans qazanmırdı. Komandada icarə əsasında çıxış edən Şeydayev də ümidləri doğrultmadı. Pedronun isə icarə müddəti başa çatdı və onu birdəfəlik transfer etmək klubun büdcəsinə uyğun deyildi. Bədavi Hüseynovun gəlişindən sonra Elvin Yunuszadənin əsas heyətdə yerini itirdiyi aydın məsələdi. Bundan başqa, Rahil Məmmədovun transfer edilməsi həmin mövqedə hansısa boşluğun olmaması anlamına gəlir. Bir sözlə, adı çəkilənlərlə yolların ayrılması “Qarabağ”a ciddi mənada təsir etməyəcək. Yalnız İbrahim Şehiçlə Riçard Almeydanın yoxluğu Ağdam klubu üçün həyəcan siqnalı demək idi. Çünki Şehiç “çərçivə”də “1 nömrə” sayılırdısa, Almeyda komandanın “beyni” hesab olunurdu. Hər iki oyunçunun daha sərfəli təklif üzündən “köhlən atlar”ı tərk etdiyi deyilir. Hərçənd bu futbolçulardan heç biri yeni klubla müqavilə imzlamayıb. Qapıçı məsələsinə az sonra xüsusi toxunacağıq. Riçardın gedişini unutdurmaq üçün isə “Qarabağ” ciddi addım atdı. Belə ki, “Qəbələ”dən Filip Ozobiç transfer edildi. Xorvatın Almeydanın yoxluğunu unutdurub-unutdurmayacağını zaman göstərəcək. Hər halda, Ozobiç “Qəbələ”də səviyyəsini ortaya qoya bilib. Ola bilər, Almeydada olan hansısa özəlliklər onda olmasın. Tutaq ki, “sambaçı”nın top almaq, rəqib hücumlarını zərərsizləşdirmək, ön xətti topla təmin etmək bacarığı hamıya bəlliydi. Lakin Filipin də özünəməxsus üstünlükləri var. Sürət, uzaqdan zərbələr baxımından o, Almeydadan bir addım öndədi. Xorvat yarımmüdafiəçinin “Qarabağ”a nə qədər faydalı olacağını qarşıdakı oyunlar göstərəcək.
İndi isə gələk əsas məsələyə. Şehiçin “Qarabağ”dan gedəcəyini çoxları gözləmirdi. Yuxarıda qeyd etdiyimiz kimi, bosniyalıya sərfəli təkliflər olduğu deyilmişdi. Əvvəlcə onun karyerasını İtaliyada davam etdirəyəci haqda dedi-qodu dolaşdı, daha sonra “Ərzurumspor”la ortaq məxrəcə gəldiyi bildirildi. Qeyd edək ki, son adı çəkilən klub Türkiyə elitasına yüksəlib. Ancaq deyəsən, həmin izdivac da baş tutmayacaq. Hazırda İbrahimin adı qardaş ölkədə güclülər dəstəsinə yüksələn digər komanda - “Çaykur Rizəspor”la yanaşı hallanır. Ancaq bu da hələ rəsmi xəbər deyil. Təbii, ölkəmizə gəlib-getmiş ən səviyyəli qapıçılardan birinin “Qarabağ”dan ayrılması Ağdam klubunun qapıçı axtarışına çıxmasını qaçılmaz edib. Son günlər “köhlən atlar”ın iki “çərçivə qoruyucusu” ilə danışıq apardığı deyilir. Bunlardan biri “Peskara”nın qolkiperi Vinçentso Fiorillodu. Ağdamlıların adı çəkilən qapıçının transferi üçün B seriyasında çıxış edən kluba 600 min avro təklif etmək fikrində olduğu deyilir. “Qarabağ”ın hədəfində olan digər qapıçı isə şotlandiyalı Con Maklaflindi. Maraq üçün bildirək ki, ağdamlıların 31 yaşlı qolkiperə 2 illik müqavilə təklif etdiyi bildirilir. Bu transferlərdən hansının gerçəkləşəcəyini, real olub-olmadığını, çox güman, yaxın günlərdə biləcəyik.
“Qarabağ”ın “çərçivə qoruyucusu”na ehtiyacı olduğu birmənalıdı. Belə bir deyim var ki, yaxşı qapıçı komandanın yarısıdı. Düzdü, Şehiçin səhv etdiyi oyunlar da olub. Lakin bosniyalı qolkiperin xilaskar rolunda çıxış etdiyi matçlar daha çoxdu. Hazırda əsas heyətdə iki qolkiper var: Anton Kanibolotski və Şahruddin Məhəmmədəliyev. Öncə onu qeyd edək ki, ötən mövsüm premyer-liqada Kanibolotski 6, Məhəmmədəliyev isə 5 matçda “çərçivə”ni qoruyub. Kubokda Anton 1 qarşılaşmada şans qazanıbsa, Şahrudddin oynamayıb. Əslində ukraynalı qolkiperin çox az şans qazanması dəfələrlə müzakirə olunub. Deyilənə görə, bəzi xüsusiyyətləri baş məşqçini razı salmadığı üçün əsas heyətdə yer almır. Elə ötən mövsümün son turlarında, konkretləşdirsək, “Keşlə” ilə oyunda (0:3) qapıda Kanibolotski idi. Ukraynalının həmin qarşılaşmada buraxdığı səhvlər hər kəsin yadındadı və oyun təcrübəsindən əziyyət çəkdiyini vurğulamaq artıqdı. Şahruddin ölkə birinciliyi səviyyəsində pis təsir bağışlamasa da, beynəlxalq arenada həmin performansı sərgiləyəcəyi inandırıcı deyil. Hər halda, “Qarabağ”ın qapıçı axtarışını davam etdirməsi bunu deməyə əsas verir. Bir sözlə, nə Kanibolotskiyə, nə də Məhəmmədəliyevə güvənməklə Çempionlar Liqasına hazırlaşmaq olar. Bu üzdən Qurban Qurbanovun “çərçivə” haqda düşünməsi, klubun əl-ayağa düşməsi normal qarşılanmalıdı. Özü də ən azı Şehiç səviyyəsində qolkiperə ehtiyac var. Onsuz da bu il qitənin ən nüfuzlu klub turnirindəki yol asan olmayacaq. Belə olan halda əsas mövqelərdən birinə barmaqarası yanaşmaq sonradan komandaya baha başa gələr.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar