23 in 13:07aktual

Şərhçilər niyə özünü “feysbuk”da reklam edir?

Şərhçilər niyə özünü “feysbuk”da reklam edir?
Gündüz Abbaszadə: “Bizdə “Şakira şəkər tutdu” söyləsən...”
Futbolsevərlər bir həftədən artıqdı dünya çempionatının həzzini yaşayır. İndi bütün dünyanın gündəmində futbol var. Milyardlarla insanın diqqəti Rusiyada keçirilən mundiala yönəlib. Təbii ki, biz də bu yarışın sehrindən kənarda qalmamışıq. Hər nə qədər qonşu ölkədə keçirilən turniri yerindən izləyə bilməsək də...
16 il əvvəl Azərbaycanda DÇ-ni izləmək böyük problemə çevrilmişdi. Mundialı yayınlayan Rusiya və Türkiyə telekanallarının qəfil bağlanması hamını dilxor etmişdi. Belədə yerli telekanallar əl-ayağa düşdü. Kimisi sublisenziya aldı, kimisi qeyri-leqal yollarla vəziyyətdən çıxdı. Əlqərəz, çətinliklə DÇ-2002-ni izlədik. Həmin mundial bizimkilər üçün dərs oldu. Bundan sonra böyük yarışlar “Lider”, Az.TV, İTV və “CBC Sport” tərəfindən işıqlandırılıb. Artıq seçim şansı artıb. İndi DÇ-ni kabel televiziyası vasitəsiylə ORT, “MATÇ TV” (hər ikisi Rusiya) və “TRT1”dən (Türkiyə) izləmək mümkündü. Adi və peyk antenlərdə isə futbol zamanı xarici telekanallar bağlanır. Daha doğrusu, koda düşür. Ancaq narahat olmağa dəyməz. Ölkəmizdə “İdman Azərbaycan” və “CBC Sport”un əməkdaşlarının dəstəyi ilə İTV mundialı yayınlayır. Hər kəs zövqünə uyğun seçim edir. Çox vaxt azarkeşlər seçim edərkən şərhçinin kimliyinə daha çox önəm verir.
DÇ başlayandan TV-dən olan həmkarlarımız sosial şəbəkələrdə şərh edəcəkləri oyunları reklam edirlər. Artıq bu bir növ ənənə halını alıb. Görəsən, buna nə ehtiyac var? Məqsəd bazardakı güclü rəqabətdə özünü reklam cəhdidi, ya bilmədiyimiz səbəb var?
Elnur Məmmədli: “Bütün dünyada yayılmış bir variantdı. Rusiyalı şərhçilər də həm “feysbuk”, həm “instaqram”, həm də “tvitter”də şərh edəcəyi oyunlar haqda məlumat verir. Bundan başqa, oyunu yayınlayacaq kanalların sosial şəbəkələrdəki rəsmi səhifələrində də bununla bağlı xəbər yerləşdirilir. Mən deməzdim ki, bu rəqabətdi. Sadəcə, tamaşaçıya məlumat vermək istəyi var burda. Çünkü indi elə dövrdü ki, əksəriyyət informasiyanı sosial şəbəkələrdən alır. Məncə, buna reklam, ya təbliğat deyək, hər nədisə, ona həmişə ehtiyac var”.
Gündüz Abbaszadə: “Bunu reklam və ya rəqabətə görə etmirəm. Bu addım, sadəcə, auditoriyaya informasiya verməyə hesablanıb. Həm də niyyət tam peşəkar azarkeşlərin şərhlərimi izləyib, daha sonra müsbət və mənfi tərəfləri mənə bildirməsidi. Rahil Sayadoğlu və onun kimi yaxın tanışların fikirləri mənim üçün çox önəmlidi. Fikrimcə, istər “İdman Azərbaycan”, istərsə də İTV-dəki şərhçilik “TRT1”dən üstündü. Rusiyanın bir çox şərhçilərini də qabaqlayırıq. Sadəcə, bəzi azarkeşlərin fikirləri fərqlənir. Məsələn, İspaniya – İran oyununda iranlı futbolçu Xerard Pikenin ayaqları arasından topu keçirəndə rusiyalı şərhçi “Şakira şokirovona” ifadəsini işlətdi. Bizdə “Şakira şəkər tutdu” söyləsən, səni tənqid atəşinə tutarlar ki, bu nədi deyirsən”.
Rüstəm Əfsərli: “Bu, reklam deyil. Hər şəxs sosial şəbəkələrdəki səhifəsində nə istəyir, paylaşır. Bununla bağlı nə bizim telekanalın, nə də İTV-nin rəhbərliyindən heç bir tələb yoxdu. Sadəcə, kim istəyir paylaşır, kim istəyir paylaşmır. Hərə öz auditoriyasına çatdırır ki, axşam filan oyunu şərh edəcəm, izləyin. Mən 2-ci oyunumun elanını verməmişdim. Həmin gün buna vaxtım olmamışdı. Bu rəqabətlə bağlı olan məsələ deyil. Bizdə reytinq hesablama sistemi qəribə və fərqlidi. Ölkəmizdə reytinqlə bağlı qəti bir şey söyləmək çətindi. Ancaq sırf hisslərimə əsasən deyə bilərəm ki, son iki ildə get-gedə insanlar yerli telekanallardan oyunları izləməyə üstünlük verir. Bəlkə də yanılıram. Ancaq mənə belə gəlir. Bunun bir neçə səbəbi var. Artıq ölkəmizdə rusdilli təbəqənin sayı tədricən azalır. Gənc nəslin böyük əksəriyyəti rusca bilmir. Türkcə ilə bağlı isə bir söz deyə bilmərəm. Son bir neçə ildə ölkəmizdə çox yaxşı şərhçilər yetişib. İstər “İdman Azərbaycan”da, istərsə də “CBC Sport”da gənc və təcrübəli şərhçilər var. Ümumən şərhçilik normaldı. Bəzən sosial şəbəkələrdəki müzakirələrdə kimsə Rusiya və Türkiyə telekanallarından oyunları izlədiyini yazanda tanımadığımız adamların bizim şərhçilərin daha yaxşı olmasıyla bağlı cavablarını görürəm”.
Ramiz Mirzəzadə: “Sadəcə, maraq üçün paylaşım edirəm. Burda özünüreklam və ya başqa niyyət güdmürəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar