23 in 12:50aktual

Fransızlar futbolumuzdan xəbərsizdi

Fransızlar futbolumuzdan xəbərsizdi
İlkin Fikrətoğlu: “Media nümayəndələrinin, televiziyada çalışanların belə nəhəng yarışda olmaması əsl faciədi”
Artıq bir həftədi ki, bütün dünyanın futbolsevərləri mundialın həyəcanı ilə yaşayır. İmkanı olanlar dünya çempionatını canlı izləmək üçün Rusiyaya yollanıb, olmayanlar isə ən azı televizor qarşısında əyləşərək dördilliyin ən böyük futbol bayramını uzaqdan da olsa, izləməyə çalışır. Həmkarımız İlkin Fikrətoğlu və Aydın Bağırov isə bəxti gətirənlər arasındadı. Onlar 4 gün də olsa, mundial həyəcanını canlı yaşaya biliblər. Açıllış mərasimini “Lujniki”də canlı izləyən İlkin bəylə söhbətdə Moskva səfəri ilə bağlı təəssüratını öyrənməyə çalışdıq.
- Mən və qol.az saytının baş redaktoru Aydın Bağırov bu səfərə “KiA Motors Azərbaycan” şirkətinin dəstəyi ilə getmişdik. Çox sağ olsunlar, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə də hər ikimizin adından onlara təşəkkür edirəm. Dünya çempionatının ab-havasını artıq Bakıda, hava limanında hiss etməyə başladım. Bizim təyyarənin sərnişinlərinin 80 faizi İrandan olan futbol azarkeşləri idi. Onlar mundialda iştirak edən millilərinə dəstək olmaq üçün Moskvaya gedirdilər.
- İranlı azarkeşlər niyə öz ölkələrindən yox, məhz Bakıdan Rusiyaya yollanmağa üstünlük vermişdilər?
- Həmin azarkeşlər Cənubi Azərbaycandan olan, bizim sərhədlərə yaxın şəhərlərdə - Astarada, Rəştdə yaşayanlar idi. Söhbət əsnasında bildirdilər ki, 800-1000 km yol qət edərək Tehrana yollanıb ordan Moskvaya uçmaqdansa, Bakı variantı daha əlverişlidi.
- Moskva sizi necə qarşıladı?
- Hava limanına düşər-düşməz hiss olundu ki, Rusiya paytaxtı mundiala çox ciddi hazırlaşıb. Hava limanında ancaq azarkeşləri görmək mümkün idi. Bunu insanların geyimlərindən, əllərindəki bayraqlardan görmək mümkün idi. Təhlükəsizliyə xüsusi diqqət ayrılmış, pasport-nəzarət məntəqələrinin sayı artırılmışdı. Hava limanının əməkdaşları gələn qonaqları qarşılayır, bütün işləri operativ şəkildə görürdülər. Rusiyaya gələn hər bir azarkeşin “fanat pasportu” hava limanında özünə təqdim olunurdu. Kiminsə sənədində problem ortaya çıxırdısa, qısa vaxtda yoluna qoyulurdu. Məsələn, bizim sənədimizdə texniki səhv olmuşdu. Təxminən 1 saat ərzində hər şeyi araşdırıb dəqiqləşdirdikdən sonra bizi otelə yola saldılar. Moskvada müxtəlif ölkələrdən gəlmiş azarkeşlərə rast gəlmək mümkün idi. Cənubi Amerikadan gələnlər üstünlük təşkil edirdi. Perudan gələn azarkeşlərin sayı daha çox idi. Cənubi amerikalılar özlərini milli mentallıqlarına uyğun aparır, daha şən və pozitiv təsir bağışlayırdılar. Onlarla qarşılaşanda bilirdin ki, mütləq nəsə əyləncə olacaq. Musiqilərlə, səsləndirdikləri şüralarla xoş ab-hava yaradırdılar. Baxmayaraq ki, meydanda Uruqvayla Braziliya arasında daim amansız mübarizə yaşanır, azarkeşləri bir-birinə hörmətlə yanaşır, bir yerdə əylənirdilər. Bir məqamda perulu azarkeş ispan dilində üzünü braziliyalı futbolsevərə tutaraq “Peru, irəli” şüarını səsləndirdi. Bununla perulu qarşısındakını qıcıqlandırmaq istəyirdi. Lakin braziliyalı halını pozmadan “Peru həmişə Braziliyadan geridədi” cavabını verdi.
- Canlı izlədiyin Rusiya – Səudiyyə Ərəbistanı matçı haqda da təəssüratını bölüşərdin.
- Açılışı izləmək üçün 4 saat öncədən “Lujniki”də olduq.
- Tıxacı və ya başqa “fors-major” halları nəzərə alıb stadiona belə tez yollanmağı qərar verdiz?
- “KiA Motors”un xətti ilə Moskvaya müxtəlif ölkələrdən təxminən 30-dan artıq jurnalist təşrif buyurmuşdu. Hamımız bir oteldə qalırdıq və əvvəlcədən hazırlanmış proqrama uyğun hərəkət edirdik. Həmin proqramda da qrupun 4 saat öncədən stadionda olması nəzərdə tutulmuşdu. Bizim üçün ayrıca avtobus ayrılmışdı. “Lujniki” ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Stadion istiqamətində xüsusi avtobuslar işləyirdi. Bizə ayrılan avtobusdan düşüb onlara mindik və stadiona çatmağa təxminən 400 metr qalmış artıq piyada hərəkət etməli olduq.Yaxşı ki, belə oldu. Piyada gedərkən “Lujniki”nin ətarfını seyr etdik, yaradılan şəraitlə tanış olduq. Ən əsası açılış oyunu üçün stadiona gələn müxtəlif ölkələrin azarkeşlərini gördük. Onların dəstəklədiyi yığmalar açılış matçında iştirak etməsə də, fanatlar Rusiya – Səudiyyə Ərəbistanı qarşılaşmasını izləməyi lazım bilmişdilər. Hamısı da ölkələrinin bayraqları ilə “silahlanmışdı”, milli geyimlərdə idilər.
- Mundialdan öncə qərb mətbuatında Rusiyanın təşkilati işlərlə bağlı çətinliklə üzləşəcəyi haqda yazılara rast gəlmək mümkün idi. Orda olduğun müddətdə hansısa çatışmazlıqlarla üzləşdin?
- Mən orda cəmi 4 gün oldum və bir oyunu canlı izlədim. Orda olduğum müddətdə diqqəti çəkən, xüsusi qeyd olunası çətinlik və ya çatışmazlıq ilə üzləşmədik. Bəlkə bundan sonra olacaq, yalandan nəsə deyə bilmərəm. Ancaq ümumilikdə, yuxarıda qeyd etdiyim kimi, hiss olunur ki, şimal qonşularımız dünya çempionatına çox ciddi hazırlaşıb. Açılış oyunu zamanı stadionda da problemlə qarşılaşmadıq. Şəhər də çox qeyri-adi görünürdü. Küçələrdə nə orta asiyalıya, nə də qafqazlıya rast gəldik. Şəhərdə gözə ancaq futbol azarkeşləri dəyirdi. Hər yerdə mundialla bağlı bilbordlar, reklam lövhələri görmək olardı.
- Stadionda və ya Moskva küçələrində azərbaycanlı azarkeşlərə rast gəldiz?
- Cəmi iki azərbaycanlı gördük ki, onların da hər ikisi – biri Moskvada, digəri isə Novosibirskdə - Rusiyada yaşayır. Azərbaycandan gedən heç kimlə rastlaşmadıq. Bu məsələyə xüsusi toxunmaq istəyirdim. Çox acınacaqlı haldı ki, bizə qonşu olan ölkədə, el dilində desək, qulağımızın dibində təşkil olunan mundiala nə jurnalistimiz gedə bilir, nə də azarkeşimiz. Perudan Rusiyaya minlərlə futbolsevər gəldiyi halda bizimkilər ora yollana bilmir. Özünüz də bilirsiz ki, Rusiya ilə Peru arasında məsafə nə qədərdi. Təkcə yolxərci üçün xeyli pul tələb olunur. Məskunlaşma və qidalanma xərcini də nəzərə alanda, təsəvvür edin, cənubi amerikalılar nə qədər maliyyə sərf ediblər? Onu nəzərə alın ki, perulular Moskvaya gəlmişdilər. Hələ ordan da qatarla komandalarının oynayacağı şəhərlərə yollanmalı idilər. Biz isə burdan-bura gedə bilmirik. Media nümayəndələrinin, televiziyada çalışanların belə nəhəng yarışda olmaması əsl faciədi. Görün telekanallarda vəziyyət necə ağırdı ki, qonşu ölkədə keçirilən dünya çempionatına bir operator, bir müxbir göndərə bilmirlər. Guya “KiA Motors” olmasaydı, mən və ya Aydın ora gedə bilərdik ki? Əlbəttə, yox. Ancaq çox unudulmaz, həyatımboyu yaddan çıxara bilməyəcəyim günlər oldu. Açılış oyunu zamanı “Lujniki”də dünyanın hər yerindən telekanallara rast gəlmək olardı. Braziliyadan, Avstraliyadan, Afrika ölkələrindən olan telekanallar canlı yayınlar təşkil edir, başverənləri operativ şəkildə izləyicilərə çatdırırdılar. Bizdən isə bir telekanal belə orda yox idi.
- Çox vaxt hansısa ölkədə belə böyük yarışlar təşkil olunanda, istər-istəməz işbazlar qiymət artımına yol verirlər. Moskvada vəziyyət necə idi?
- Bu məqamı yaxşı yadıma saldın. Moskva onsuz da dünyanın ən bahalı şəhərlərindən biri sayılır. Mundialla bağlı isə qiymətlər bir qədər də yüksəlib. Bunu şəhər sakinləri özləri də etiraf edirlər. İstər otellərin, istər sutkalıq kirayə mənzillərin, istərsə də ərzağın qiyməti bir ay əvvəlki ilə müqayisədə çox yüksək idi. Təxminən 50-60 faiz artım olub.
- Adətən, gəlmələrə münasibətdə aqressiv davranan Rusiya polisi dünya çempionatı ilə bağlı Moskvaya gələn azarkeşlərə necə münasibət göstərirdi?
- Mənim gördüyüm polislər bu dəfə müşahidəçi qismində idi. Moskvada olduğum müddətdə şəhərin gəzməli-görməli yerlərinə də baş çəkdik. Hər yerdə də turistlər çox idi. Ancaq polislər onlara qarşı səmimi davranır, üzlərinə gülür, heç nəyə müdaxilə etmirdilər. Bir sözlə, hamıya hörmətlə yanaşırdılar.
- Özün də qeyd etdin ki, sizin qrupunuzda 30-dan çox ölkənin nümayəndəsi var idi. Onlarla Azərbaycan və ölkə futbolu barədə söhbət etdizmi?
- Təbii. Ancaq aralarında Azərbaycanı tanımayanlar da var idi. Məsələn, Dominikandan olan həmkarımız bizim ölkə haqda eşitmədiyini bildirdi. Fransızlar isə Bakı və neft barədə məlumatlı olsalar da, futbolumuzdan bixəbərdilər. Onlara “Qarabağ” haqda danışdıq, “Qəbələ”nin “Lill”i Avropa Liqasından kənarlaşdırdığını xatırlatdıq, ağdamlıların “Sent-Etyen”lə görüşünü yada saldıq. Dedilər ki, heç bir informasiyamız yoxdu. Qitənin mərkəzində yaşayan fransızın “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsindən xəbərsiz olması bizi çox təəccübləndirdi. Əvəzində Perudan olan azarkeşlər bizi sevindirdi. Onlarla söhbət zamanı Azərbaycan yığması barədə məlumatlı olduqlarını bildirdilər. Və yığmanın iştirakı ilə keçirilən bəzi oyunları yada saldılar. Ola bilsin, bizimlə söhbət edən perulular “şot yazan” olublar deyə millinin oyunlarını yada saldılar (gülür). Necə ki, bizim bəzi mərc həvəskarları Vyetnamın, İndoneziyanın, Sinqapurun aşağı dəstə komandalarını tanıyırlar. Əsas odu ki, fransız ər-arvaddan fərqli, Cənubi Amerikadan olan fanatlar yığmamız barədə məlumatlıdılar və bu da bizi sevindirdi.
- Mundiala qatılmayan ölkələrdən olan futbolsevərlərə rast gəldiz?
- Açılış mərasimində tribunalarda dünya çempionatında iştirak edən yığmaların sayından ən azı 3 dəfə çox ölkədən futbolsevəri gördük. Özbəkistandan, İsraildən, hətta Laosdan olanlar var idi. Bizimkilərin bəziləri bəlkə də heç bilmir ki, dünyada bu adda dövlət var. Hamısı çox xoşbəxt görünürdü, əllərində ölkələrinin bayraqları futbola tamaşa edirdilər. Həmin vaxt bir çox azərbaycanlı bəlkə də bağda-bostanda yer əkmək, su sulamaqla məşğul idi. Yenə deyirəm, qonşuluğumuzda keçirilən nəhəng yarışda azərbaycanlıların sayının azlığı mənə çox pis təsir etdi. Bəlkə də bu ölkənin iqtisadi durumundan irəli gələn amildi.
- Moskvada olduğun 4 gündə ən çox bəyəndiyin nə oldu?
- Sanki başqa planetə, futbol adlı nağıllar aləminə düşmüşdüm. İnsan futbolla yatıb, yuxudan futbolla oyanır. Müxtəlif ölkələrdən olan azarkeşlər, fərqli mədəniyyətlər, milli komandalarını dəstəkləmək üçün minlərlə kilometr yol qət edən fanatlar... Bir sözlə, unudulmaz anlardı. Futbolun necə böyük gücə malik olduğunun, dünyada necə sevildiyinin Moskvada bir daha şahidi oldum.
- Sonda mundialla bağlı proqnozunu eşitmək istərdik.
- Ən çətini bu oldu. Hələ ki ilk turun oyunları başa çatıb. Bu üzdən turnirə qatılan yığmaların əksəriyyətinin nəyə qadir olduğunu söyləmək çətindi. Bu üzdən proqnoz verməkdən çəkinirəm və sualınıza konkret cavab verə bilməyəcəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:47 Qədir hamını qabaqladı Dünən, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq Dünən, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı Dünən, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib Dünən, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib Dünən, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Dünən, 15:35 “Xan Lənkəran”ın mətbuat konfransı erkən başlayacaq Dünən, 15:33 Çingiz Abdullayev 0:8-i unutmayıb Dünən, 15:30 “Qarabağ” üçün ÇL-də debüt edən təhlükəli hakim Dünən, 15:29 “Keşlə” və “Qəbələ”: iflasa baxış Dünən, 15:22 Yeni yığma yaradıldı, seleksiya Ağatahir Əzimova tapşırıldı Dünən, 15:21 Millimizin daha bir üzvü İspaniyada top qovacaq Dünən, 15:20 “Araz” yerliləri qovub legionerləri gətitir Dünən, 15:20 Vaqif Sadıqov bacısı oğlunu cəzalandıracaq Dünən, 15:18 Namiq Ələsgərovun zədəsi ciddidi Dünən, 15:16 "Səbail" Qətər təmsilçisinə qarşı Dünən, 15:14 Transfer dosyesi Dünən, 15:12 “Sabah” Cavid İmamverdiyevə görə “Sumqayıt”a 150000 manat ödəyib Dünən, 13:16 Bordin “Neftçi”dən razı qaldı Dünən, 13:10 Dopinq fırtınası Azərbaycan idmanını uçuruma aparır Dünən, 13:08 Rizvan Fərzəliyev “Araz”dan kənarlaşdırıldı Dünən, 13:07 “Sabah” Cavid İmamverdiyevi transfer etdi Dünən, 13:05 “Kayserispor” yığmamızın yarımmüdafiəçisini istəyir Dünən, 13:03 Sloveniya mətbuatı Stolitsanı “qamçılayır” Dünən, 13:01 “Qarabağ”da nəsə dəyişib, dəyişibsə, dəyişən nədi? Dünən, 12:58 “Tofiq Bəhramov”da israilli hakimlər Dünən, 12:56 “Olimpiya”nın yarımmüdafiəçisi sürpriz edəcəklərinə inanır Dünən, 12:55 “Xan Lənkəran”ı Əfqan Talıbov çalışdıracaq Dünən, 12:54 Qurban Qurbanov Qəbələyə Rauf Əliyevi izləmək üçün gedib Dünən, 12:50 Sənan Qurbanov azarkeşlərdən üzr istədi Dünən, 12:48 “Qəbələ” üçün “cırtdanın nağılı” Dünən, 12:45 Sönük oyun, boş qalan oturacaqlar Dünən, 12:43 “Keşlə” Maltada rüsvay oldu Dünən, 12:41 “Zirə” iki yarımmüdafiəçi transfer etdi Dünən, 12:38 “Səbail” ilk yarıda çökdü Dünən, 12:36 Hakimlərimiz Avropa Liqasında Dünən, 12:33 Mərdəkanda azarkeşlərin coşduğu gecə Dünən, 12:32 "Neftçi" işin böyük hissəsini gördü 13-07-2018, 18:35 Cavid Qurbanov voleybolçularla görüşdü 13-07-2018, 18:33 Daha 19 idmançımız dopinqli çıxdı 13-07-2018, 18:31 “Sumqayıt” Cavid İmamverdiyevi transferə çıxardı 13-07-2018, 18:30 Samir Əbdürrəhmanova töhmət verilib və qadağa qoyulub 13-07-2018, 18:28 Yığma yenə darmadağın oldu 13-07-2018, 18:26 Bahodir Nasimov “Keşlə”də 13-07-2018, 18:25 “Xəzər Lənkəran” “Xan Lənkəran”ın müraciətindən xəbərsizdi 13-07-2018, 18:24 “Mattersburq” Şeydayevdən əl çəkmir 13-07-2018, 18:23 Kamal Quliyevlə Ruslan Qafitullin “Neftçi”dən kənarlaşdırıldı 13-07-2018, 18:20 Cüdoçular İspaniyanı Almaniyaya dəyişdi 13-07-2018, 18:19 Basketbolçular San Marinoda altıncı oldu 13-07-2018, 18:17 Şalland Kosovoya güvənir 13-07-2018, 18:15 “Səbail” Korotetskini açıqladı 13-07-2018, 18:14 “Sabah” Masazırda “Sumqayıt”a uduzdu 13-07-2018, 18:11 Araz Abdullayevin “Panionios”a keçidi baş tutmadı 13-07-2018, 18:09 “Zirə”: üçü məlum, biri naməlum 13-07-2018, 18:07 “Qarabağ” yenilənmiş heyətlə də qarşısıalınmazdı 11-07-2018, 11:47 Voleybolçularımız DÇ-nin hazırlığına başlayır 11-07-2018, 11:46 Əhmədağa Cabbarov oynamaqdan imtina edib Bütün xəbərlər
Ən çox oxunanlar