22 in 15:02aktual

Kintana daha iki il "Qarabağ"da

Kintana daha iki il "Qarabağ"da
Çempion Avstriya toplanışına start verdi
Çempionlar Liqasının ilk mərhələsinə hazırlığı davam etdirən “Qarabağ” dünən günorta saatlarında ölkəni tərk edərək Avstriyaya yollanıb. Xatırladaq ki, ilk mərhələdə ağdamlıların rəqibi Sloveniya təmsilçisi “Olimpiya” olacaq. “Köhlən atlar” Avstriya səfəri ərəfəsində daha bir futbolçu ilə müqaviləni yeniləyib. Söhbət Dani Kintanadan gedir. Mövsümlərarası fasilədə ispan futbolçunun adı bəzi əcnəbi klublarla yanaşı hallansa da, görünür, yarımmüdafiəçi karyerasını “Qarabağ”da davam etdirməyi lazım bilib. Onunla ikiillik yeni müqavilə imzalanıb. Xatırladaq ki, Kintanadan əvvəl Vild-Donald Gerye və Ansi Aqolli də yeni anlaşmaya qol çəkmişdilər.
Xatırladaq ki, Avstriyada təlim-məşq toplanışı keçəcək beşqat ölkə çempionu 4 yoxlama görüşünə çıxacaq. “Köhlən atlar”ın ilk rəqibi Bolqarıstan “Ludoqorets”i olacaq ki, bu matç iyunun 23-də keçiriləcək. Ağdamlılar 3 gün sonra, daha dəqiq desək, ayın 26-da yerli “Vakker İnsbruk”la qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri iyunun 30-da Suriya yığması ilə qüvvəsini sınayacaq. “Olimpiya” ilə oyun ərəfəsində son imtahan daha sanballı rəqiblə görüşdə olacaq. Belə ki, Çempionlar Liqasındakı təmsilçimiz iyulun 4-də Kiyev “Dinamo”su ilə münasibətlərinə aydınlıq gətirəcək.
“Qarabağ”ın şərəfini qoruyan Yakub Jezniçak Polşanın dünya çempionatının ilk oyununda Seneqala məğlubiyyətini üzüntü ilə qarşılayıb. Müdafiəçi bəzi polşalı futbolçular kimi “tvitter” hesabında matçla bağlı fikirlərini bölüşüb: “Yəqin ki, bu, Adam Navalkanın rəhbərliyi altında yığmamızın keçirdiyi ən zəif oyun idi. Hələ heç nə itirilməyib. Kolumbiya ilə matç daha yaxşı ola bilər”.
Bu arada “Çezena”nın yarımmüdafiəçisi Kərim Laribinin “Qarabağ”a keçəcəyi iddia olunur. İtaliya mətbuatına inansaq, 27 yaşlı vinger ən real təklifi məhz Ağdam klubundan alıb. “Çesena” ilə müqaviləsinin müddəti bitən Laribi ağdamlılarla danışıqları yekunlaşdırmaq üzrədi. Tərəflər ortaq məxrəcə gəlsə, Tunis millisinin üzvü “Qarabağ”a pulsuz başa gələcək. Sabiq “Palermo”lu klubunun yeni müqavilə təklifini rədd edib. İtaliyanın gənclər millisində oynamış Laribi ötən il çağırıldığı Tunis yığmasının heyətində 1 görüş keçirib. Milan “İnter”inin yetirməsi olan futbolçu karyerası ərzində yalnız İtaliya klublarında çıxış edib.
Ağdamlılarla bağlı daha bir xəbəri nəzərinizə çatdıraq. Belə ki, bu günlərdə dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. “Clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın dörd təmsilçisi yer alıb ki, “Qarabağ” 1169 xalla planetin 526-cı komandasıdı. 368 xala malik “Keşlə” 717-ci pillədə qərarlaşıb. “Qəbələ” 255 xalla 747-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 774-cü komandasıdı. İlk “üçlük”də “Real” (16378 xal), “Barselona” (15485) və “Qremio” (14679) qərarlaşıb.
Dünya məşqçilərinin reytinq siyahısına gəlincə, bizimkilərdən ən yaxşı göstərici “Qarabağ”ın və yığmanın baş məşqçisi Qurban Qurbanova məxsusdu. 46 yaşlı mütəxəssisin hesabında 1169 xal var. O, 458-ci pillədə yer alıb. “Zirə”nin çalışdırıcısı Ayxan Abbasov 217 xalla 894-cü yerdədi.
Siyahıya 16378 xalla “Real”la vidalaşan Zinəddin Zidan başçılıq edir. “Barselona”lı Ernesto Valverde 15485 xalla ikincidi. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14679 xala malikdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar