22 in 14:05aktual

Rəqiblərimiz müəyyənləşdi

Rəqiblərimiz müəyyənləşdi
“Neftçi” mərhələ adlasa, “Sevilya”ya rəqib olacaq
İyunun 19-ua və 20-də İsveçrənin paytaxtı Nyonda Çempionlar Liqasının və Avropa Liqasının püşkü atıldı və beləliklə, qitə turnirlərindəki rəqiblərimiz bəlli oldu. Bəribaşdan qeyd edək ki, avrokubokların formatında böyük islahatlar aparan UEFA ilk təsnifat mərhələlərinin püşkünü fərqli şəkildə gerçəkləşdirdi. ÇL-in və AL-in püşkatmasının həmişəkindən fərqli eyni gündə olmaması da bundan qaynaqlanır.
“Qarabağ” üçün ÇL-də “bığ”...
Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı ardıcıl 5-ci dəfə təmsil edəcək “Qarabağ” mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu “səpələnmişlər” səbətində yer alan “Qarabağ”ın 5 potensial rəqibi var idi. Bunlar “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Gürcüstan) komandaları idi. Püşk Ağdam klubunun bəxtinə “Olimpiya”nı çıxardı. Sözsüz ki, Sloveniya çempionu sıradan rəqib deyil. Ağdamlılar ilk mərhələni adlamaq üçün xeyli tər tökməli olacaq. Hətta ikinci təsnifat mərhələsindəki potensial rəqiblər daha zəifdi, nəinki “Olimpiya”.
Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11-i və 17-18-nə təsadüf edəcək. “Qarabağ”sloveniyalılara qarşı ilk oyununu səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Əvvəlcə ilk qarşılaşmanın iyulun 11-də (yerli vaxtla saat 20.00-da, Bakı vaxtı ilə 22-də) Lyublyanada baş tutacağı açıqlanmışdı. Ancaq UEFA son anda oyunların vaxtını dəyişib. İlk görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 11-də yox, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçının da əvvəlcə nəzərdə tutulandan bir gün tez - iyulun 17-də olacağı gözlənilir. UEFA Sloveniya klublarının Avroliqa oyunlarının üst-üstə düşmək ehtimalını nəzərə alaraq, oyunun tarixində dəyişiklik edib.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Torpedo (Gürcüstan) - Şerif (Moldova)
Şkendiya (Makedoniya) – Nyu Seynts (Uels)
Suduva (Litva) - APOEL (Cənubi Kipr)
Olimpiya (Sloveniya) - QARABAĞ (AZƏRBAYCAN)
F91 Düdelanj (Lüksemburq) - Videoton (Macarıstan)
İlkin mərhələnin qalibi - Malmö (İsveç)
HJK (Finlandiya) - Vikinqur (Farer adaları)
Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya)
Kork Siti (İrlandiya) - Legiya (Polşa)
Valyur (İslandiya) - Rusenborq (Norveç)
Kukesi (Albaniya) - Valletta (Malta)
Flora (Estoniya) - Hapoel (Beer-Şeva, İsrail)
Spartak (Latviya) - Srvena Zvezda (Serbiya)
Alaşkert (Ermənistan) - Seltik (Şotlandiya)
Spartak (Slovakiya) - Zrinski (Bosniya və Hersoqovina)
Astana (Qazaxıstan) - Sutyeska (Monteneqro)
2-ci təsnifat mərhələsi
Kukesi (Albaniya)/Valletta (Malta) - Olimpiya (Sloveniya)/ QARABAĞ (AZƏRBAYCAN)
Astana (Qazaxıstan)/Sutyeska - Midtyullann (Danimarka)
Ludoqorets (Bolqarıstan)/Kruzaders – F91 Düdelanj (Lüksemburq)/Videoton (Macarıstan)
ÇFR (Rumıniya) - İlkin mərhələnin qalibi/Malmö (İsveç)
Dinamo (Xorvatiya) - Flora (Estoniya)/Hapoel (Beer-Şeva, İsrail)
Spartak (Latviya)/Srvena Zvezda (Serbiya) - Suduva (Litva)/APOEL (Cənubi Kipr)
BATE (Belarus) - HJK (Finlandiya)/Vikinqur (Farer adaları)
Şkendiya (Makedoniya)/Nyu Seynts (Uels) - Torpedo (Gürcüstan)/Şerif (Moldova)
Kork Siti (İrlandiya)/Legiya (Polşa) - Spartak (Slovakiya)/Zrinski (Bosniya və Hersoqovina)
Alaşkert (Ermənistan)/Seltik (Şotlandiya) - Valyur (İslandiya)/Rusenborq (Norveç)
Liqa yolu
PAOK (Yunanıstan) - Bazel (İsveçrə)
Ayaks (Hollandiya) - Şturm (Avstriya)
…AL-də “saqqal”
Qeyd etdiyimiz kimi, AL-in püşkatması iki hissəyə bölünmüşdü. Bu, ikinci dərəcəli qitə turnirinin ikinci təsnifat mərhələsinin Çempionlar yolu ilə bağlıdı. Burda Çempionlar Liqasının ilk mərhələlərində uduzanlar mübarizə aparacaq. Məlum olduğu kimi, ÇL-də ilk təsnifat mərhələsində mübarizəni dayandıran kollektivlər Avroliqada oynamaq məcburiyyətində qalır. İlkin mərhələdə məğlub olan 3 komanda, həmçinin birinci təsnifat mərhələsinin 15 uğursuzu burda qüvvəsini sınayacaq. Onlar ümumilikdə 9 cüt təşkil edəcək. Ağdam təmsilçisi ÇL-də mübarizəni dayandırsa, Avropa Liqasında 2-ci mərhələdən mübarizəyə qoşulacaq ki, burdakı mümkün rəqib daha çətindi. Belə ki, Qurban Qurbanovun komandasını AL-də Ludoqorets (Bolqarıstan) - Kruzeyders (Şimali İrlandiya) cütünün qalibi gözləyəcək. Odu ki, bütün gücü sloveniyalılarla duelə yönəltmək lazımdı. Hər halda, ÇL-də ikinci təsnifat mərhələsində rəqib “Kukesi” (Albaniya) – “Valletta” (Malta) cütünün qalibi olacaq.
Çempionlar üçün təsəlli xarakteri daşıyan bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab görüşləri avqustun 2-də keçiriləcək.
Avropa Liqası
2-ci təsnifat mərhələsi, Çempionlar yolu
Şkendiya (Makedoniya)/Nyu Seynts (Uels) - İlkin mərhələnin ikincisi
Torpedo (Gürcüstan)/Şerif (Moldova) - HJK (Finlandiya)/Vikinqur (Farer adaları)
Spartak (Slovakiya)/Zrinski (Bosniya və Hersoqovina) - Kukesi (Albaniya)/Valletta (Malta)
Santa Koloma (Andorra)/Drita (Kosovo) - Valyur (İslandiya)/Rusenborq (Şimali İrlandiya)
Astana (Qazaxıstan)/Sutyeska (Çernoqoriya) - Alaşkert (Ermənistan)/Seltik (Şotlandiya)
F91 Düdelanj (Lüksemburq)/Videoton (Macarıstan) – İlkin mərhələnin qalibi/Malmö (İsveç)
Spartak (Latviya)/Srvena Zvezda (Serbiya) - Fiorita (San Marino)/Linkoln (Cəbəllütariq)
Suduva (Litva)/APOEL (Cənubi Kipr) - Flora (Estoniya)/Hapoel (Beer-Şeva, İsrail)
Olimpiya (Sloveniya)/QARABAĞ (AZƏRBAYCAN) - Ludoqorets (Bolqarıstan)/Kruzeyders (Şimali İrlandiya)
“Keşlə”nin bəxti gətirdi
Dünən isə Nyonda Avropa Liqasının əsas yolunda 1-ci təsnifat mərhələsinin püşkü atıldı. Beləliklə, Azərbaycanı bu turnirdə təmsil edəcək üç klubun - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli oldu.
Premyer-liqanın gümüş mükafatçısı “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaqdı. Təmsilçimizin bəxtinə "Proqres" düşdü. "Qəbələ" bu rəqiblə ilk oyunu səfərdə, cavab görüşünü evdə - təmsil etdiyi rayonda keçirəcək.
Çempionatı 3-cü pillədə başa vuran “Neftçi”yə gəlincə, püşkə saatlar qalmış potensial rəqiblərin sayı 5-ə enmişdi: “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan), “Union” (Lüksemburq). Paytaxt təmsilçisinin bəxtinə "Uypeşt" çıxdı. İlk oyun Bakıda, cavab görüşü səfərdə olacaq.
Ölkə kubokunun qalibi “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaqdı ki, təmsilçimiz sonunculara rəqib oldu. "Keşlə" bu rəqiblə ilk oyununu səfərdə keçirəcək. Ümumilikdə 47 cütün formalaşdığı 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.
İkinci təsnifat mərhələsində 47 cütün qalibinə daha 27 komanda qoşulacaq. “Qəbələ”, “Neftçi” və “Keşlə” startı itkisiz başa vuracağı halda, burda qarşılaşacaqları potensial rəqiblər də müəyyənləşib. “Neftçi”nin işi möcüzəyə qalıb. Roberto Bordinin komandası macarları keçsə belə, “Sevilya” ilə qarşılaşacaq. “Qəbələ”nin də işi çətindi. Bölgə təmsilçisini ikinci mərhələdə "Honved" (Macarıstan) – “Rabotniçki" (Makedoniya) cütünün qalibi ilə duel gözləyir. Yalnız “Keşlə”nin ikinci mərhələdə də nisbətən bəxtinin gətirdiyini deyə bilərik. Yuri Maksimovun komandası "Baltsan"ı adlayacağı halda "Milsami" (Moldova) - "Slovan" (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab görüşləri isə avqustun 2-də keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsi
Styarnan (İslandiya) – Nımme Kalyu (Estoniya)
Dunayska Streda (Slovakiya) - Dinamo (Tiflis, Gürcüstan)
Union (Lüksemburq) - Vitorul (Rumıniya)
Derri Siti (İrlandiya) - Dinamo (Minsk, Belarus)
Şemrok Rovers (İrlandiya) - AİK (İsveç)
Banants (Ermənistan) - Sarayevo (Bosniya və Hersoqovina)
Baltsan (Malta) - KEŞLƏ (AZƏRBAYCAN)
İlves (Finlandiya) - Slaviya (Bolqarıstan)
Ştumbras (Litva) - Apollon (Cənubi Kipr)
Samtrediya (Gürcüstan) - Tobol (Qazaxıstan)
B36 Torshavn (Farer adaları)/Sent Cozef (Cəbəllütariq) - OFK (Monteneqro)
Konna Kvey (Uels) – Şaxtyor (Belarus)
Enqordani (Andorra)/Folqor (San Marino) - Kayrat (Qazaxıstan)
Honved (Macarıstan) - Rabotniçki (Makedoniya)
Birkirkara (Malta)/Kİ Klaksvik (Farer adaları) - Jalgiris (Litva)
Şiroki Briyeq (Bosniya və Hersoqovina) - Domjale (Sloveniya)
Partizani (Albaniya) - Maribor (Sloveniya)
Zarya (Moldova) - Qurnik (Polşa)
Laxti (Finlandiya) - Hafnarfyordur (İslandiya)
Petrokub (Moldova) - Osiyek (Xorvatiya)
Rudar (Monteneqro) - Partizan (Serbiya)
Fola (Lüksemburq) - Europa (Cəbəllütariq)/Priştina (Kosovo)
Reyncers (Şotlandiya) - Şkupi (Makedoniya)
NEFTÇİ (AZƏRBAYCAN) - Uypeşt (Macarıstan)
Spartak (Serbiya) - Kolreyn (Şimali İrlandiya)
Ventspils (Latviya) - Luftetari (Albaniya)
Anortosis (Cənubi Kipr) - Laçi (Albaniya)
ÇSKA (Bolqarıstan) - Riqa (Latviya)
Qlenavon (Şimali İrlandiya) - Molde (Norveç)
Proqres (Lüksemburq) - QƏBƏLƏ (AZƏRBAYCAN)
Buduçnost (Monteneqro) - Trençin (Slovakiya)
Pünik (Ermənistan) - Vardar (Makedoniya)
Kliftonvil (Şimali İrlandiya) - Nordsyullann (Danimarka)
Ferentsvaroş (Macarıstan) - Makkabi (Təl-Əviv, İsrail)
Milsami (Moldova) - Slovan (Slovakiya)
Radniçki (Serbiya) - San Xuliya (Andorra)/Qzira Yunayted (Malta)
Hibernian (Şotlandiya) - Runavik (Farer adaları)
Lex (Polşa) - Qandzasar (Ermənistan)
Rudar (Sloveniya) - Tre Fiori (San Marino)/Bala Taun (Uels)
Çixura (Gürcüstan) - Beytar (İsrail)
Levadiya (Estoniya) - Dandolk (İrlandiya)
Vaduts (Lixtenşteyn) - Levski (Bolqarıstan)
Vestmannaeyyar (İslandiya) - Sarpsborq (Norveç)
Jelezniçar (Bosniya və Hersoqovina) - Trans (Estoniya)
Kopenhagen (Danimarka) - KuPS (Finlandiya)
Kefn Druids (Uels)/Trakay (Litva) – İrtış (Qazaxıstan)
Liepaya (Latviya) - Hakken (İsveç)
2-ci təsnifat mərhələsi
Qlenavon (Şimali İrlandiya)/Molde (Norveç) - Anortosis (Cənubi Kipr)/Laçi (Albaniya)
Banants (Ermənistan)/Sarayevo (Bosniya və Hersoqovina) – Atalanta (İtaliya)
Birkirkara (Malta)/Kİ Klaksvik (Farer adaları) - Jalgiris (Litva) cütünün qalibi - Vaduts (Lixtenşteyn)/Levski (Bolqarıstan)
Enqordani (Andorra)/Folqor (San Marino) - Kayrat (Qazaxıstan) cütünün qalibi – Alkmaar (Hollandiya)
Aberdin (Şotlandiya) – Bernli (İngiltərə)
Rudar (Monteneqro)/Partizan (Serbiya) - Kefn Druids (Uels)/Trakay (Litva) – İrtış (Qazaxıstan) cütünün qalibi
Baltsan (Malta)/KEŞLƏ (AZƏRBAYCAN) - Milsami (Moldova)/Slovan (Slovakiya)
Kliftonvil (Şimali İrlandiya)/Nordsyullann (Danimarka) - Şemrok Rovers (İrlandiya)/AİK (İsveç)
Rudar (Sloveniya) - Tre Fiori (San Marino)/Bala Taun (Uels) cütünün qalibi – FKSB (Rumıniya)
Hapoel (Hayfa) - Laxti (Finlandiya)/Hafnarfyordur (İslandiya)
Levadiya (Estoniya)/Dandolk (İrlandiya) – AEK (Cənubi Kipr)
Zarya (Moldova)/Qornik (Polşa) - Buduçnost (Monteneqro)/Trençin (Slovakiya)
Ferentsvaroş (Macarıstan)/Makkabi (Təl-Əviv, İsrail) - Radniçki (Serbiya) - San Xuliya (Andorra)/Qzira Yunayted (Malta) cütünün qalibi
ÇSKA (Bolqarıstan)/Riqa (Latviya) – Admira Vakker (Avstriya)
Spartak (Serbiya)/Kolreyn (Şimali İrlandiya) – Sparta (Çexiya)
Leyptsiq (Almaniya) - Liepaya (Latviya)/Hakken (İsveç)
Styarnan (İslandiya)/Nımme Kalyu (Estoniya) - Kopenhagen (Danimarka)/KuPS (Finlandiya)
Ufa (Rusiya) - Şiroki Briyeq (Bosniya və Hersoqovina)/Domjale (Sloveniya)
Samtrediya (Gürcüstan)/Tobol (Qazaxıstan) - Pünik (Ermənistan)/Vardar (Makedoniya)
Yagelloniya (Polşa) – Riu Ave (Portuqaliya)
LASK (Avstriya) – Lillestryom (Norveç)
Honved (Macarıstan)/Rabotniçki (Makedoniya) – Proqres (Lüksemburq) – QƏBƏLƏ (AZƏRBAYCAN)
Petrokub (Moldova)/Osiyek (Xorvatiya) - Reyncers (Şotlandiya)/Şkupi (Makedoniya)
B36 Torshavn (Farer adaları)/Sent Cozef (Cəbəllütariq) - OFK (Monteneqro) cütünün qalibi – Beşiktaş (Türkiyə)
Dunayska Streda (Slovakiya)/Dinamo (Tiflis, Gürcüstan) - Derri Siti (İrlandiya)/Dinamo (Minsk, Belarus)
Ventspils (Latviya)/Luftetari (Albaniya) – Bordo (Fransa)
Jelezniçar (Bosniya və Hersoqovina)/Trans (Estoniya) - Ştumbras (Litva)/Apollon (Cənubi Kipr)
Union (Lüksemburq)/Vitorul (Rumıniya) - Vitess (Hollandiya)
Sankt-Qallen (İsveçrə) - Vestmannaeyyar (İslandiya)/Sarpsborq (Norveç)
Dinamo (Brest, Belarus) – Atromitos (Yunanıstan)
Sevilya (İspaniya) – NEFTÇİ (AZƏRBAYCAN)/Uypeşt (Rumıniya)
Konna Kvey (Uels)/Şaxtyor (Belarus) – Lex (Polşa)/Qandzasar (Ermənistan)
Hibernian (Şotlandiya)/Runavik (Farer adaları) – Asteras (Yunanıstan)
Çixura (Gürcüstan)/Beytar (İsrail) - Partizani (Albaniya)/Maribor (Sloveniya)
Genk (Belçika) - Fola (Lüksemburq) - Europa (Cəbəllütariq)/Priştina (Kosovo) cütünün qalibi
Yurqorden (İsveç) – Mariupol (Ukrayna)
Hayduk (Xorvatiya) - İlves (Finlandiya)/Slaviya (Bolqarıstan)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar