19 fev 12:17aktual, manset

Vidadi Əhmədov 25 il əvvələ qayıtdı

Vidadi Əhmədov 25 il əvvələ qayıtdı
“Prezident olduğum dönəmdə klubun büdcəsi 250-300 min manat idi”

Ölkə futbolunda müəyyən bölgələr var ki, ictimai formasiyadan, iqtiisadi durumdan, elitada klubun olub-olmamasından asılı olmayaraq, orda daim istedadlı futbolçular yetişir. Azərbaycanın belə bölgələrinin sayı çox olmasa da, yox da deyil. Gəncə, Sumqayıt kimi, Tovuz da SSRİ dönəmindən bu günədək futbolçu “inkubatoru” kimi tanınır. Hazırda Tovuz təmsilçisi premyer-liqadan kənarda qalsa da, bu torpağın neçə-neçə yetirməsi elita klublarının şərəfini qoruyur. Ancaq müstəqilliyimizin ilk illərində ölkə futbolunda dəbi müəyyənləşdirənlərdən biri, bəlkə də birincisi qərblilər idi. Təsadüfi deyil ki, Azərbaycanı ilk dəfə avrokuboklarda məhz “Turan” təmsil edib. Bu il bütün türk dünyasının adını özündə daşıyan klubun yaranmasının 25 illiyidi. Klub tarixinə ən uğurlu prezident kimi düşən, “Turan”ı zirvələrə daşıyan Vidadi Əhmədovla söhbətimizdə 1992-ci ilə qayıtmaqla yanaşı, komandanın indiki durumuna toxunduq. Vidadi bəy söhbət əsnasında ən böyük arzusunu da dilə gətirməyi unutmadı.
- Bu il “Turan”ın 25 yaşı olur. Klubun ilk prezidenti kimi ürəyinizdən keçənləri bilmək istərdik.
- Daim “Turan”ı sevən, kluba bağlı adamın ürəyindən nə keçər? Çox istərdim ki, bu komanda daim fəaliyyət göstərsin, tovuzluları qələbələri, uğurları ilə sevindirsin. “Turan” tək futbol komandası yox, 90-cı illərin əvvələrində ölkədə müharibə gedən dönəmdə rayon əhalisinin yaşamaq ümidi, sabaha inamı idi. Həmin çətin vaxtlarda tovuzlular “Turan”ın oyunlarını izləmək üçün stadiona gələndə, bir anlıq bütün ağrı-acını unudur, hər qola uşaq kimi sevinirdilər. “Turan”ın hər qələbəsi cəbhə boyunca yerləşən kəndlərin əhalisinə əlavə stimul verir, düşmənə qarşı sıx birləşməyə yardımçı olurdu.
- Necə oldu “Turan” yarandı?
- Qeyd etdiyim kimi, Tovuz cəbhə bölgəsidi. O vaxt mənə müraciət olunanda düşündüm ki, imkanlı şəxs kimi rayon üçün hansı işləri görə bilərəm? Qərara gəldim ki, Tovuzun ənənələrini yaşatmaqla bağlı işlər görək. Tovuz daim ziyalı insanları ilə yanaşı, futbol ənənəsi olan bölgə kimi tanınıb. Maddi imkanlarımız geniş olduğundan, futbol sahəsini seçdim. Keçmişə nəzər salsaq, görərik ki, bəzi rayonlarımız yerli əhali arasında aparılan əks təbliğatlar nəticəsində işğala məruz qalıb. Yəni ermənilər hücuma keçməmiş əhali rayonu tərk etməyə başlamışdı. Bu da sırf psixoloji amillərlə bağlıdı. Düşündüm ki, burda futbol yarışları keçirilsə, rəqib komandalar bura gəlib-getsələr, insanlarda inam artar. Məncə, bu, öz bəhrəsini verdi. Həmin çətin, ağır dövrlərdə rayonumuzun müdafiə olunmasında “Turan” da töhfə vermiş oldu. Dəfələrlə olub ki, oyun gedən zaman stadiona helikopter enib, yaralı əsgərlərimizi aparıb. Amma komandanın mövcudluğu, üstəlik, iddialı olması yerli əhali arasında bir inam, ümid yaratmışdı. Bu cür hallar artıq onları qorxutmurdu. Oyunlar bir yana, əhali hər gün məşqlərimizi izləmək üçün stadiona axışırdı. Yəni heç kim rayonu tərk etmək haqda düşünmürdü. Digər yandan, klubun təsis edilməsi yeni iş yerləri, gənclərin idmana, sağlam həyat tərzinə cəlb edilməsi demək idi.
- Ötən əsrin 90-cı illərində Vidadi bəy “Turan”ın bütün yükünü öz çiynində çəkirdi, yoxsa rayon ictimiayyəti tərəfindən dəstək var idi?
(müsahibə tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar