22 in 12:59aktual

İran yığmasında iki soydaşımız oynayır

İran yığmasında iki soydaşımız oynayır
Azmun: “Atam deyib ki, İranda yalnız “Traktorsazi”də oynaya bilərsən”
Dünən 4 illik həsrət başa çatdı. Dünya çempionatı start götürdü. Sözsüz, mundialı ən böyük maraqla gözləyənlər komandaları mundialda təmsil olunan ölkələrdi. Ancaq yığması DÇ-dən kənardan qalanlar da futbol sevdasına görə Rusiyadakı yarışa köklənib. Kimisi sadəcə, gözəl oyunlardan zövq almağa çalışacaq, kimisi də azarkeşlik etdiyi komandanın uğurunu arzulayacaq. Bir çox millilər ölkəmizdə də dəstəklənəcək. Onlardan biri də İrandı. Tarixi bağımız, qonşumuz və müsəlman ölkə olmaları kimi səbəblər öz yerində. Bu komandada soydaşlarımız da yer alıb. O başqa məsələ ki, Güney Azərbaycan türklərinin əksəriyyəti məlum səbəblərdən İran yığmasının uğurunu arzulamır. Təsəvvür edin ki, bir ölkənin əhalisinin təxminən yarısı (bura rejimdən əziyyət çəkən Əhvaz ərəblərini də daxil edə bilərik) yaşadıqları dövlətin futbol komandasının uğursuzluğunu istəyir. Amma sözsüz ki, bu fikri hamıya şamil etmək olmaz. Bəlkə də eyni millətin nümayəndələrinin sırasında olduğu komandaya azarkeşlik edənlər də tapılacaq.
Bəs kimdi onlar? Qonşu ölkənin baş məşqçisi Karluş Keyruşun Rusiyaya apardığı heyətə nəzər saldıq. Onlardan ən azı ikisinin türk olduğunu müəyyənləşdirdik. Kərim Ənsərifərdi oxucularımız yaxşı tanıyır. Çünki “Traktorsazi”nin İran çempionatında keçirdiyi oyunlar haqda yazılarımızda tez-tez adını çəkmişik. 2013/14 mövsümündə “qurdlar”da çıxış edən ərdəbilli hücumçu 36 oyunda 17 qola imza atıb. 7 uşaqlı ailənin sonbeşiyi olan Kərimin məhz “qırmızı-ağlar”dakı məhsuldar çıxışı legioner həyatına start verməsində böyük rol oynayıb. İspaniya “Osasuna”sına transfer olunan soydaşımız sequndada qol hesabını aça bilməsə də, istedadını Yunanıstanda nümayiş etdirir. 2015-in yayından bu ölkədə top qovur. İlk iki mövsümü “Panionios”da keçirib və 15 qolun müəllifi olub. Son iki “futbol ili”ndə isə “Olimpiakos”un şərəfini qoruyub. Yunanıstanın ən titullu klubunda 46 qarşılaşmada 22 qola imza atıb. 28 yaşlı soydaşımız İranın əsas komandasında 64 matça çıxıb və 17 dəfə fərqlənib. O, bu göstəriciyə görə Rza Quçannecadla birgə İran yığmasının 8-ci ən məhsuldar oyunçusudu. Yeri gəlmişkən, Rza da DÇ-dəki heyətdə yer alıb.
Amma onların bombardirlər sırasındakı rəqiblərindən biri də mundialın iştirakçısıdı. Söhbət millidə 33 oyuna 23 qol sığdıran Sərdar Azmundan gedir. Hansı ki bu göstəriciyə görə İranda beşincidi. 1995-in ilk günündə Günbədkavusda dünyaya göz açan türkmən futbolçunun karyerasını legioner həyatı təşkil edir. 2012-dən Rusiya premyer-liqasında forma geyir. “Rubin”lə yanaşı, icarə əsasında “Rostov”un da şərəfini qoruyub. Hesabında 137 oyuna 37 qol var. 23 yaşlı futbolçuyla bağlı maraqlı hadisəni də diqqətinizə çatdıraq. Deməli, bir müddət əvvəl İran telelanalının canlı yayınında Azmundan “gələcəkdə İrana qayıtsan, Tehranın hansı komandasında oynayarsan - “Persepolis”də, yoxsa “İstiqlal”da” deyə soruşublar. Sərdarın cavabı gözlənilməz olub: “Mənim atam türkdü. Və o mənə deyib ki, İranda yalnız türklərin komandasında – “Traktorsazi”də oynaya bilərsən”.
Adlarını çəkdiyimiz futbolçular DÇ-də qonşu ölkənin əsas qol ümidi olacaq.
Bir də kimliyi qeyri-müəyyən olanlar var. Məsələn, qapıçı Əmir Abadzadəylə müdafiəçi Məhəmməd Rza Xanzadə soydaşımız ola bilər. Çünki “zadə” sonluqlu soyadlar türklərə məxsusdu.
Ənsərifərdlə yanaşı, daha bir futbolçunun yolu “Traktorsazi”dən keçib. Ehsan Hacsafi 2011-13-cü illərdə icarə əsasında “qurdlar”ın uğuru üçün tər töküb. Sol cinah müdafiəçisi 46 oyunda 9 qolun müəllifi olub.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar