30 noy 15:16aktual, divizion

Baş məşqçilər limit məsələsini gözləyir

Şaban Şirdanov: "Bizim maliyyə imkanlarımız o qədər böyük deyil ki, yüksək səviyyəli futbolçular alaq”

Aşağı dəstənin son turunda olduqca maraqlı nəticələr qeydə alındı. Ən maraqlı görüş isə Lökbatanda baş tutdu. "Qaradağ Lökbatan” lider "Turan Tovuz”a qalib gəlməklə sensassiyanı müəyyənləşdirdi. Bu, Əsgər Abdullayevin komandasının mövsümdə ilk məğlubiyyəti oldu. Amma liderin xal itirməsi onların zirvədəki yerinin itirilməsi ilə nəticələnmədi. Buna səbəb ikinci pillədə qərarlaşan "Zaqatala”nın da gözlənilmədən "Şərurspor”a uduzması oldu. Bununla da Naxçıvan təmsilçisi şimal-qərblilərin 8 oyunluq qələbə seriyasını qırdı. Turun mərkəzi görüşündə isə "Ağsu” "Şəmkir”ə qalib gəlməklə liderlər qrupuna yaxınlaşdı. Hazırda Rüfət Quliyevin komandası liderdən cəmi 5 xal geri qalır. Səfərdə "Energetik”dən üstün olan "Mil Muğan” da ardıcıl qələbələrin sayını 4-ə, məğlubiyyətiz matçları isə 5-ə yüksəltdi. 12-ci turdan soran baş məşqçi Adil Mahmudovla yolları ayıran "Şahdağ” da axır ki, qələbəyə sevindi. Evdə "Rəvan”ı yenə komanda ardıcıl 4 oyunluq məğlubiyyət seriyasını sonlandırdı. Qonaqlar isə ardıcıl 5-ci qarşılaşmanı da sıfır xalla başa vurdu. İndi isə sizi ötən turda qeydə alınan bəzi nəticələrlə bağlı baş məşqçilərin fikirləri ilə tanış edirik.

Qəhrəman Əliyev, "Şəmkir”in baş məşqçisi: "Səbail”lə oyundan sonra komandada ab-hava yaxşı idi. Matça yaxşı köklənmişdik. Səfərdən qələbə ilə qayıdıb, fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirdik. İlk yarıda oyunumuz alınmadı. Zəif tsəri bağışladıq. İkinci hissədə isə pis oynamadıq. "Ağsu” güclü rəqibdi. Bizdən açıq-aşkar üstün idilər, layiqli qələbə qazandılar. Orta xətdə problemlərimiz oldu. Oyunda hərəkətlilik yox idi. "Ağsu” tam olaraq mərkəzi ələ keçirmişdi. Bu üzdən də ötürmə paylaya bilmirdik. Fasiləyə məğlubiyyətlə yollanmaq pisdi. Fasilədə komandada müəyyən dəyişikliklər olacaq. Bir neçə futbolçu komandadan gedənk. Onların adlarını indi açıqlamaq istəmirəm. Hardasa 6-7 nəfəri göndərəcəyik. Gələnlər də olacaq təbii ki. Amma bu, limit məsələsindən asılıdı”.

Aqil Məmmədov, "Mil-Muğan”ın baş məşqçisi: "Oyun tam üstünlüyümüzlə keçdi. Bundan əvvəlki üç oyunda qalib gəlmişdik. Uşaqlar oyuna qələbə əzmi ilə çıxmışdılar. Rəqibdən açıq-aşkar üstün futbol oynadıq. Xeyli qol vəziyyətlərimiz oldu. Amma çox qol vurmağımıza meydan amili mane oldu. Orda meydan o qədər də yaxşı deyildi. Oyuna itkisiz çıxmışdıq deyə, qalib gələ bildik. Əsas məqsədimiz 3 xal idi, bunu da bacardıq. Düzdü, ehtiyat oyunçlar skamyamız kasaddı. Artıq təmizlmə işlərinə başlamışıq. Yeni gələnlər də olacaq. Lakin hələlik limit məsələsinə aydınlıq gəlməyib. Biz bunu gözləyirik. Komandadan gedəcək şəxslərin adları məlumdu. Yaxın günlərdə onlarla yollar ayrılacaq və ictimaiyyətə məlumat veriləcək”.

Şaban Şirdanov, "Zaqatala”nın baş məşqçisi: "Hər görüşdə olduğu ki, "Şərurspor”la da oyundan qələbə gözləyirdik. Oyuna yaxşı başladıq. Artıq 22-ci dəqiqədə 2:0 hesabı ilə öndə idik. Lakin sonra gözlənilməz hadisələr baş verdi. Futbolçularımız uşaq əshvləri buraxdılar. Nəticədə qapımızda ardıcıl iki qol gördük. İkinci yarıda da hesab bərabər idi. Qol vurmaq üçün irəli atıldıq. Amma bu, əleyhimizə işlədi. Əks hücumda qapımıza 4-cü topu vurdular. Uduzmamaq üçün çox şey etdik, vuruşduq. Amma məğlubiyyətdən xilas ola bilmədik. Fasilədə komandada dəyişikliklərin olub-olmayacağını deyə bilmərəm. Bununçün hələ tezdi. Bizim maliyyə imkanlarımız o qədər böyük deyil ki, yüksək səviyyəli futbolçular alaq. Bu komandanı qorumağa çalışacağıq. Hazırda "Qəbələ” ilə kubok oyununu fikirləşirik. Ən azı özümüzü sınamaq istəyirik ki, premyer-liqada çıxış edə bilərik, ya yox. Əsas məsələ "Şərurspor”a məğlubiyyətdən sonra uşaqların psixoloji vəziyyətini düzəltməkdi”.

 

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar