15 in 13:54aktual

“Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi

“Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi
Rəfiqə Əziz: “Onsuz da stadionda çox vaxt kişilərin arasında oluram…”
Artıq bu gün Moskvadakı “Lujnıki” stadionuna toplaşanlar 21-ci dünya çempionatının açılış mərasimini və mundialın ilk oyununu - Rusiya – Səudiyyə Ərəbistanı görüşünü izləyəcəklər. Şübhəsiz, tribunlara toplaşan 81 min tamaşaçı ilə yanaşı, milyonlarla insanın da gözü Rusiyaya dikiləcək. Azərbaycanlı futbolsevərlər də istisna deyil. Bir ay davam edəcək mundiala kimi evində, kimi də dostları ilə birgə müxtəlif iaşə obyektlərində bir araya gələrək baxacaq. Artıq sosial şəbəkələrdə bununla bağlı müxtəlif elanlara rast gəlmək mümkündü. Çay evləri, klublar virtual olsa da, mundial həyəcanını yaşatmaq, 4 ildən bir keçirilən futbol bayramının ab-havasını hiss etdirmək üçün qollarını çırmalayıb. Bu yöndə rəqib olan obyektlər daha münasib şərtlər irəli sürməklə müştəri toplamağa çalışır. Belə obyektlərdən biri də Bakıda fəaliyyət göstərən “Çaynataun”du.
Bugünlərdə adını qeyd etdiyimiz çay evinin sosial şəbəkədə paylaşdığı elan gözümüzə sataşdı. Yazılanlardan belə məlum oldu ki, “Çaynataun”un rəhbərliyi matçları canlı, ancaq fərqli formada müştərilərinə təqdim etmək fikrinə düşüb. Belə ki, futbolsevərlər üçün qarşılaşmaları İlqar Mikayıloğlu, Amil Hacıyev, Gündüz Abbaszadə, Asif Bağırov, Rəfiqə Əziz və Sənan Şəfizadə şərh edəcək.
Bu təcrübə artıq neçə illərdi Avropada və Rusiyada uğurla tətbiq olunur. Bu yaxınlarda Rusiya mətbuatına müsahibə verən məşhur şərhçi Vasili Utkin tez-tez futbol oyunlarını canlı nümayiş etdirən klublardan təklif aldığını və bunu böyük həvəslə dəyərləndirdiyini bildirib. Hətta bunun o qədər asan olmadığını vurğulayıb.
Bəs görəsən, bizimkilər necə, azarkeşlərlə bir arada oyun şərh etməyin çətin, yoxsa asan olduğunu düşünür? Öncə Gündüz Abbaszadənin fikirlərini öyrəndik: “Bildiyiniz kimi, dünya çempionatı zamanı İTV-də şərhçilik edəcəm. Bu üzdən “Çaynataun”dakı oyunlarımın sayı o qədər çox olmayacaq. Hələ ki Portuqaliya – İspaniya qarşılaşmasının mənə həvalə olunduğunu deyə bilərəm. Klubda oyunu canlı şərh etmək təcrübəsi artıq bir neçə vaxtdı bizdə də yayılıb. Bəzi həmkarlarım ötən mövsüm oyunları bu formada şərh ediblər. Məncə, texniki problem olmasa, çətinlik yaranmayacaq. Bizim azarkeşlərin özünəxas xüsusiyyətləri var. Belə məkanlarda o da mütləq nəzərə alınmalıdı”.
Çiynində illərin təcrübəsi olan şərhçilərin arasında bir xanımın olması isə bizə bir qədər təəccüblü gəldi. Rəfiqə Əzizlə də əlaqə saxlayıb fikirlərini öyrəndik: “Artıq neçə illərdi ki, idman mediasındayam. Məni tanıyanlar futbola necə böyük həvəsimin olduğunu da bilir. “Çaynataun” rəhbərliyindən təklif gələndə və kimlərin orda olacağını biləndə, böyük məmnuniyyətlə razılaşdım. Belə deyək, həm həvəs, həm də maraq “hə” deməyimə səbəb oldu. Gündüzlə bir müddət bir yerdə çalışmışıq. Sənan Şəfizadə ilə tanışıq. Uşaqlıda Asif Bağırovun şərhlərini maraqla dinləmişəm. Odu ki, qarşıdakı bir ay mənim üçün əvəzsiz təcrübə olacaq. Çətin olub-olmayacağına gəlincə, heç nədən çəkinmirəm. Onsuz da stadionda çox vaxt kişilərin arasında oluram və heç bir problemlə üzləşmirəm. Düşünürəm ki, hər şey yaxşı olacaq”.
ANS məktəbinin daha bir məzunu, illər öncə Çempionlar Liqasının oyunlarını şərh edən Asif Bağırov isə bunları söylədi: “Buna qədər bəzi məkanlar belə layihələri reallaşdırsa da, geniş həcmdə ilk dəfə “Çaynataun”da təşkil olunacaq. Təklif gələndən sonra oturub söhbətləşdik, bəzi məsələlər barədə fikir mübadiləsi apardıq və sonda razılığa gəldik. Vasili Utkinin fikiləri ilə tam razıyam. Əlbəttə, ekran arxasında danışmaq başqa, azarkeşlərin arasında oturub oyun şərh etmək başqa. Təbii ki, kimsə sənin söylədiklərinlə razılaşmaya bilər. Və belədə etirazını bildirəcək. Ancaq bütün bunlar məni çəkindirmir. Anlaşmanın maliyyə tərəfi haqda danışmaq istəmirəm. Bu sirr kimi qalsa, daha yaxşı olar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar