12 in 00:24aktual

Samir Abasov iki elita klubunun təklifini geri çevirib

Samir Abasov iki elita klubunun təklifini geri çevirib
“Yəqin Nazim müəllim təcrübəsinə arxalanaraq razılıq verib”
Daim çarpıcı açıqlamaları, sözü üzə demək xasiyyəti ilə seçilən Samir Abasov “Sumqayıt”dan ayrılandan sonra işsizdi. Halbuki çoxları onun “kimyaçılar”la vidalaşandan sonra iddialı klublardan birinin “sükanı arxasına” keçəcəyini gözləyirdilər. Lakin proseslərin axarı elə alındı ki, Abasov hələ ki texniki zondan kənarda qalmaq məcburiyyətindədi. Çılğın xarakteri ilə seçilən 40 yaşlı mütəxəssisin hazırda nə işlə məşğul olduğunu bilmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən onunla söhbətləşdik.
- Klubsuz qalan Samir Abasov hazırda nə işlə məşğuldu?
- Evdə yazı-pozu işləri ilə məşğulam.
- Nə yazıb-pozursuz? Olmaya memuar yazırsız?
- Memuar yazmaq hələ tezdi. Əsas işimiz futbolla bağlı olduğundan bu sahədə iş görürəm. İstəyirəm futbolu bir qədər təkmilləşdirim (gülür). Ötən mövsüm yol verdiyimiz səhvlərə diqqət yetirib, çatışmazlıqları aradan qaldırmağa çalışıram.
- “Sumqayıt”dan ayrılandan sonra tezliklə yeni klubda işə başlayacağınız gözlənilirdi. Ancaq ehtimallar özünü dorultmadı. Sizcə işsiz qalmağınız nə ilə bağlıdı?
- Deməzdim ki, mənə etimad bitib və ya etibar yoxdu. “Sumqayıt”dan ayrılandan sonra iki klubdan təklif aldım. Onlardan biri “Səbail” idi. İkincisinin isə adını çəkə bilmərəm. Sadəcə, özüm razılaşmadım. Gözlədim ki, daha yaxşı variant olar. Yaxşı deyəndə, daha iddialı komanda nəzərdə tuturam. Məşqçi həyatında belə şeylər olur. Bir müddət işsiz qalmaq məni qorxutmur. İnşallah, vaxtımız gələr, yenidən iş başında olarıq, gəlməz də ki oturarıq evdə.
- Belə çıxır ki, “Səbail”in və adını çəkmədiyiniz klubun irəli sürdüyü şərtlər sizi qane etməyib?
- Şərtlər normal idi. Ancaq “Sumqayıt”da olduğu kimi yenidən, sıfırdan komanda qurmalıydım. Mən isə ötən dəfə sizə dedyim kimi, daha hazır komandanı çalışdırmaq istəyirəm. Bir var hər şeyə yenidən başlayasan, bir də var müəyyən mövqelərə əl gəzdirib yola davam edəsən. Uzunmüddətli layihələrə qol qoymaq istəmirəm. Bir qədər də gözləməyi lazım bildim. Onu da qeyd edim ki, “Sumqayıt”la müqayisədə “Səbail” daha yaxşı variant idi. Ən azı heyətlə bağlı müəyyən üstünlüklərim olacaqdı. Rəhbərliyə də birinci mənə dəvət göndərdiklərinə görə təşəkkür etdim. Aftandil Hacıyevə də gələcək işlərində uğurlar arzulayıram.
- Yayılan söz-söhbətə inansaq, “Səbail”in təklifini geri çevirməyinizin səbəbi başqadı. Siz öz köməkçilərinizlə çalışmaq istəsəz də, onlar buna razı olmayıblar.
- Xeyr, belə söhbət olmayıb. Danışıqlar zamanı bütün səlahiyyəti mənə verəcəklərini söylədilər. Hətta müəyyən yaş qrupları və əvəzedici heyət də mənim nəzarətim altında olacaqdı. Ötən mövsüm əsas heyətin məşqçilər korpusunda təmsil olunanlardan bu gün bir nəfər də qalmayıbsa, deməli, yeni gələn çalışdırıcı özünə yaxın köməkçilərlə işləməlidi.
- Sizə elə gəlmir ki, “Sumqayıt”dan ayrılmaq qərarınız səhv addım idi... Rəhbərlik də son ana qədər düşünürdü ki, fikrinizdən daşınacaqsız.
- Heç bir səhv addımdan söhbət gedə bilməz. İstəyirsiz inanın, istəmirsiz inanmayın, “Sumqayıt”dan ayrılmaqla elə bil çiynimdən ağır yük götürülüb. Bəlkə də kimlərsə düşünür ki, əsəbi olduğumdan belə qərar vermişəm. Bu haqda uzun müddət fikirləşmişdim. Köməkçilərimlə də söhbətdə qarşıya qoyulan məqsədə çata bilməyəcəyimiz halda klubdan ayrılacağımızı düşünmüşdük. İndi çox rahatam və özümü gümrah hiss edirəm.
- “Sumqayıt”ın yeni məşqçisinin də adı məlumdu. Necə düşünürsüz, Nazim Süleymanov uğur qazan biləcək? Onu da nəzərə almaq lazımdı ki, artıq sumqayıtlı azarkeşlər də komandadan nəticə tələb edir.
- Sumqayıtlıların tələbini başa düşürəm. Ən azı ötən mövsümdəki oyunları görüblər. Şəhərdə futbol ikinci gəncliyini yaşayırdı. Daim tribunalar dolurdu. İnsanlar oturub çay içəndə də istər-istəməz komandanın oyunundan, nəticələrdən söhbət edirdilər. Bir sumqayıtlı kimi sən də bunu görürdün. Birincisi, Süleymanova uğurlar arzulayıram. Onunla çox gözəl münasibətimiz var. İkincisi də Nazim müəllimin ilk müsahibəsini oxudum. Orda bildirib ki, rəhbərlik qarşısına keçənilki nəticələri yaxşılaşdırıb Avropa Liqasına vəsiqə qazanmağı məqsəd qoyub. Bu isə o deməkdi ki, “Sumqayıt” növbəti mövsümdə ən azı 3-cü pilləni hədəfləyib. 4-cü yer bir qədər risklidi. Ya da ölkə kubokunu baş üzərinə qaldırmaq istəyirlər. Deyərdim ki, bu çox cəsarətli addımdı. Bu həm də azarkeşlərə bir mesajdı ki, ötən mövsümlə müqayisədə daha güclü “Sumqayıt” görəcəklər. Əvvəlcədən qarşıya hədəf qoymaq çox yaxşı haldı. Yenə deyirəm, bu yolda Nazim müəllimə uğurlar diləyirəm. Yeri gəlmişkən onu da qeyd edim ki, Süleymanovla yolumuz hələ bir neçə il öncə kəsişə bilərdi. O U-19-un baş məşqçisi təyin olunanda məni yanına köməkçi-məşqçi aparmaq istəyirdi. Həmin vaxt “Sumqayıt”ın əvəzedici heyətini çalışdırırdım. Təklifi qəbul etmədim. Çünki mən həmişə baş məşqçi olmaq istəmişəm. Düşündüm ki, köməkçi-məşqçi olsam, geridönüş edə bilməyəcəm.
- Əfran İsmayılov, Elvin Məmmədov, Şəhriyar Əliyev, Yusif Nəbiyev yeni mövsümdə “Sumqayıt”ın şərəfini qoruyacaqlar. Sizcə, adını çəkdiyim oyunçularla qarşıya qoyulan məqsədə çatmaq mümkündü?
- Əfran da, Elvin də ölkə futbolunda sözlərini demiş oyunçulardı. Ancaq eyni problem yenə yaşanır. Hər iksi uzun müddətdi oyun təcrübəsi sarıdan əziyyət çəkirlər. Yenə mən deyən olur. İddialı, qarşısına ciddi hədəf qoyan klublarda heyətdən kənar qalan yerlilər “Sumqayıt”a üz tuturlar. Ad baxımından hər ikisi “çəkili oyunçudu”, ancaq bu gün üçün ideal formalarından uzaqdılar. Etiraf edək ki, nə Əfran, nə Elvin bir neçə il əvvəl gördüyümüz, oyunun taleyini təkbaşına həll edə biləcək formada deyillər. Ancaq bir məqama sevinmək olar. Əvvəllər “Sumqayıt”ın təklifinə isti yanaşmayanlar indi böyük məmnuniyyətlə bu komandaya üz tuturlar. Rəhbərlik mənə bu futbolçuların komandaya gələcəyini bildirsəydi belə, yenə qalmazdım. Çünki başqa klublar da əllərini yanlarına salıb sakit oturmayıblar.”Neftçi”, “Keşlə”, “Zirə”, “Səbail” - hamısı iş görür, legionerlərlə güclənirlər. Hələ mən “Qarabağ”ı demirəm. Mən indiki heyətlə bu işin altına girməzdim. Yəqin Nazim müəllim təcrübəsinə arxalanaraq razılıq verib. Azarkeşlər, fanatlar üçün yaxşıdı. Çünki komandalarının qarşısına konkret hədəf qoyulub. Ümid edirəm ki, yeni transferlər də özünü doğruldub, “Sumqayıt”ı avrokuboklara apara biləcəklər.
- Azərbaycan futbolunun özünəxas yazılmamış qaydalarından biri də yeni gələn baş məşqçinin əvvəlki ilə əlaqə saxlayıb hallalıq almasıdı. Süleymanov baş məşqçi təyin olunandan sonra sizinlə danışıb?
- Zəng vurmayıb. Açığı, mən bu qaydanı başa düşmürəm. Nazim müəllim niyə mənə zəng vurmalıdı? “Sumqayıt” nə Samirin, nə də atasının komandasıdı. Mən də harasa getsəm, köhnə baş məşqçiyə nə zəng vuracam, nə də görüşüb xeyir-dua alacam. Bir məşqçi gedir, başqası gəlir. Futbol bunun üzərində qurulub. Bu məsələdə yeganə xeyir-dua alınacaq insanlar komandanın azarkeşləridi. Şəhərin futbolsevərləri Süleymanova xeyir-dua verməli, ona dəstək olmalıdı.
RƏŞAD
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar