12 in 00:16aktual

Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib

Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib
“Bu, komandanın xarakterinin formalaşmasından xəbər verir”
Şənbə günü millinin səfərdə Latviya ilə matçını canlı izləyənlər arasında Vüqar Əsgərov da var idi. Vaxtilə “Sumqayıt”ın, “Araz Naxçıvan”ın şərəfini qoruyan qürbətçi futbolçumuz hazırda Latviya çempionatının birinci dəstəsində mübarizə aparan “Olayne”nin heyətində çıxış edir. Yığmanın 3:1 hesabıyla qalib gəldiyi oyundan sonra Vüqarla əlaqə saxlayıb söhbətləşdik. Qurban Qurbanovun komandasını xeyli tərifləyən Əsgərov yığmaya görə çox sevindiyini söylədi.
- Azərbaycan millisindən belə oyun gözləmirdim. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Latviyadan çox üstün futbol oynayaraq, layiqli qələbə qazandı.
- Stadiona tək getmişdin?
- Özüm Riqadan bir qədər aralı yaşayıram. Bir gün öncədən paytaxta yollanmışdım. Oyuna iki dostumla birgə baxdıq. Tribunada, azarkeşlər arasında oturmuşduq. Mənim kimi dostlarım, matçı izləyən latış azarkeşlər də Azərbaycan millisinin sərgilədiyi oyundan yaxşı mənada təəccübləndilər.
- 2012-ci ildə millinin heyətində 3 oyuna çıxmısan. Həmin yığma ilə indiki arasında hansı fərqi hiss etdin?
- Ən əsası meydanda sərgilənən intizamlı oyunu qeyd etmək lazımdı. Futbolçuların hər biri nə iş görməli olduğunu dəqiq bilirdi. Qurban Qurbanovun komandası taktiki cəhətdən də Latviyanı üstələdi. Bizimkilər daha çox qol vura bilərdilər. Məncə, hesab arasında fərq bundan da böyük olmalı idi. Ən azı 3-4 real qol imkanından yararlana bilmədilər. 3 gün əvvəl səfərdə Qazaxıstana böyük hesabla məğlub olan yığmanın növbəti görüşdə 3 qol vurmaqla qalib gəlməsi komandanın xarakterinin formalaşmasından xəbər verir.
- Milli üzvlərindən kimlərləsə görüşə bildin?
- Amil Yunanov, Slavik Alxasov və İlqar Qurbanovla görüşdüm. Digər futbolçularla da görüşüb söhbətləşmək istəyirdim. Lakin vaxt az olduğundan bu alınmadı. Geri qayıdıb məşqə çatmalıydım. Matç başa çatar-çatmaz “Olayne”nin baş məşqçisi mənə zəng vurub Azərbaycanın qalib gəlməsi münasibəti ilə təbrik etdi. Onu da bildirdi ki, Qurbanovun yetirmələri çox baxımlı və ağıllı oyun nümayiş etdirdilər. Bu gün (dünən) məşqdən öncə isə komanda yoldaşlarım millimizi xeyli təriflədilər.
- Azərbaycanda belə düşünürlər ki, Latviya yığması çox zəif olduğundan millimiz belə asan qələbə qazandı. Bəs sən necə düşünürsən?
- Bu gün Avropada zəif rəqib anlayışı yoxdu. İstənilən milli futbol oynamağı bacarır. Latviya yığmasını isə çox zəif adlandırmazdım. Sadəcə, şənbə günü onların oyunu alınmadı. Belə deyək, onların günü deyildi. Heyətdə yetərincə səviyyəli futbolçular cəmləşib. Aralarında Polşada, Rusiyada, Avstriyada legioner həyatı yaşayanlar var. Bu yaxınlarda Latviya millisi “Baltik kuboku”nun qalibi oldu. Əslində burda qeyri-adi heç nə yoxdu. Latviya artıq neçə illərdi ki, kuboku başı üzərinə qaldırır (gülür). Onu da unutmayın ki, yığmanın “sükanı arxasında” olan fin mütəxəssis işinə yeni başlayıb. O heç vaxt istəməzdi ki, rəhbərlik etdiyi komanda uduzsun. Bildiyim qədər qarşılaşma başa çatandan sonra Miksu Patelaynen milli üzvlərinə çox əsəbləşib. Latviya da Millətlər Liqasına çox ciddi hazırlaşır.
- Yəqin ki, Azərbaycanın qrupdakı rəqibləri haqda məlumatın var.
- Latviyada yaşamağıma baxmayaraq, millimizin, klublarımızın çıxışını diqqətlə izləyirəm. Premyer-liqa ilə daim maraqlanıram, nəticələrdən xəbərdaram. Millətlər Liqasında Kosovo, Malta və Farer adaları ilə qarşılaşacağımızı bilirəm. Fikrimcə, sentyabrda baş tutacaq ilk oyunun nəticəsindən çox şey asılı olacaq. Kosovonu Bakıda uda bilsək, şanslarımızı xeyli yüksəldə bilərik. Latviya ilə görüş göstərdi ki, millinin potensialı var. Latviyanın isə şansları bir qədər aşağıdı. Bunu elə stadionda oyunu izləyən azarkeşlər də etiraf etdilər. Onların əksəriyyəti “Qazaxıstan Azərbaycana 3:0 hesabı ilə qalib gəlirsə, Azərbaycan isə Riqada Latviyaya eyni sayda qol vurursa, deməli, qrupun favoriti Qazaxıstandı” deyirlər. Hələ mən gürcüləri demirəm. Onların millisindən də sürpriz gözləməyə dəyər.
- Ümumiyyətlə, bu gün Latviya futbolunda vəziyyət necədi?
- Nə mənada soruşursuz? Ümumi səviyyəni nəzərdə tutursuzsa, Azərbaycandan geri qalır. Bunu klubların avrokuboklardakı nəticələrinə baxanda da görmək mümkündü. Heç maliyyə cəhətdən də Latviya klublarını Azərbaycan təmsilçiləri ilə müqayisə etmək olmaz. Burda güclülər dəstəsində çıxış edən 3-4 klub oyunçulara normal maaş verir. O birilərində əməkhaqqı aşağıdı. Azərbaycanda iddialı klublar futbolçulara burdakından dəfələrlə artıq pul ödəyir.
- Normal deyəndə, söhbət hansı məbləğdən gedir?
- İddialı klublarda əməkhaqqı 1500-3000 avro aralığında dəyişir. Bundan başqa, müəyyən bonuslar və mükafatlar da olur. Bəlkə də buna görə latviyalı futbolçular daha çox ölkə xaricində top qovmaqda maraqlıdılar. Açıq deyim, Latviya futbol ölkəsi sayılmır. Baltikyanı respublikalarda qış idman növləri çox populyardı. Hokkey və basketbola daha çox diqqət ayrılır.
- Artıq neçə ildi birinci dəstədə çıxış edirsən. Məhsuldarlığın göz oxşasa da, nədənsə elita klubları səninlə maraqlanmır...
- Belə deməzdim. Bu yaxınlarda güclülər dəstəsində çıxış edən və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klublardan biri mənə təklif göndərmişdi. Sadəcə, özüm getmədim. “Olayne” iki ildi yaranıb və mən də ilk gündən düşərgədəyəm. Rəhbərliklə, komanda yoldaşlarımla münasibətlərim yüksək səviyyədədi. Müqavilə şərtləri də məni qane etdiyindən klubu dəyişmək istəmədim. Burda mənə inanırlar və rəhbərliyin gələcəklə bağlı böyük planları var.
- Azərbaycana gəlmək fikrin var?
- Hansı mənada? İşlə bağlı, yoxsa vətənə baş çəkmək baxımından soruşursuz?
- Elə hər iki mənada.
- Elita klublarından normal təklif alsam, oturub fikirləşməyə dəyər. 5 manat artıq pula görə tez-tez klub dəyişməyi xoşlamıram. Hazırda “Olayne”də məni hər şey qane edir. Vətənə isə hər il baş çəkirəm. Anam Azərbaycanda yaşadığından hər dəfə mövsüm başa çatandan sonra evimizə yollanıram. Bu dəfə də noyabrın sonunda Azərbaycana gələcəm. İstirahətimin bir hissəsini vətənimdə keçirməyi xoşlayıram.
RƏŞAD
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar