08 in 23:22aktual

“Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər

“Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV, qol.az
Tarix
Bu mövzuya müraciət etməyimin səbəbkarı yeni dövrdə ölkədə futbol mətbuatının bacarıqlı naşiri və istedadlı qələm sahibi Mahir Rüstəmli oldu: hərəkətsizliyimi nəzərə alaraq televiziya çəkiliş qrupu ilə yaşadığım evə gəldi və xahiş elədi ki, Azərbaycanda idman jurnalistikasının tarixi barədə bir-iki kəlmə söz söyləyim. Mən də müvafiq qeydlər olmadan kameranın qarşısında əyləşib nə söyləmək mümkünsə, onu da dedim...
Üstündən təxminən bir ay keçəndən sonra “Futbol+” qəzetindən bir cavan oğlan zəng vurdu və bu mövzuda məndən müsahibə almaq istədiyini bildirdi. Mən telefonla müsahibə vermək kimi iş üslubuna alışmadığıma görə müsahibədən imtina elədim. Amma bilmədim ki, bu mövzu həmin qəzetin səhifələrinə çıxdı, ya yox. İndiki yazı bir növ həmin cavanın sorğusuna cavabımdı. Bu həm də “feysbuk”da AFFA yanında Media Komitəsinin (bilməyənlər üçün deyim ki, onun da rəhbəri M.Rüstəmlidi) himayəsi ilə hazırlanmış bir müsahibədəki yanlış fikirlərə bir növ aydınlaşdırmadı. Həmin müsahibəni verən şəxs bilərəkdən və ya bilməyərəkdən özünün vaxtilə redaktoru olduğu xəbər qəzetini az qala Azərbaycan futbolunun salnaməsi kimi qələmə vermiş, futbolumuzun təşəkkül tarixini də özünün bildiyi, yaxud belə deyək, özünə sərf eləyən tərzdə şərh eləmişdi.
Təbii ki, o da, mən də bir məqsəd güdürük: tarixi indiki və gələcək nəsillərə çatdırmaq. Bunun üçünsə deyilənlər kiminsə mənafeyi baxımından deyil, olduğu kimi, tarixi həqiqət kimi izah olunmalıdır...
***
Əvvəl idman, daha doğrusu, futbol mətbuatının tarixi barədə.
Sovet illərində Azərbaycanda idman mətbuatı adına bircə ixtisaslaşmış qəzet vardı – 1932-ci ildən 1970-ci il yanvarın 1-dək “Azərbaycan bədən tərbiyəçisi” – “Fizkulturnik Azerbaydjana” adı ilə Azərbaycan və rus dillərində nəşr olunan “İdman” – “Sport” qəzeti. Mənim həmin qəzetlə daimi oxuculuğa başladığım 1967-ci ildən bəri bu nəşrə mərhum Mirpaşa Miriyev rəhbərlik edirdi. Redaksiyada peşəkarlar çalışırdı, çoxu da idman veteranları idi, amma aralarında xalis jurnalistlər də vardı – elə həmin Mirpaşa müəllim, sovet dövründə respublikadakı azsaylı əməkdar jurnalistlərdən olan Aqşin Kazımzadə, indi “Xalq qəzeti”ndə çalışan Oqtay Bayramov, sonralar Bakıda və Moskvada çıxan digər qəzet-jurnal redaksiyalarında işləyən Yuli Segeneviç, Aleksandr Kiknadze, Telman Fərəcov, Rafiq Sədrəddinov və başqaları.
İxtisaslaşmış olmayan nəşrlərdə də çox peşəkar və istedadlı idman yazarları vardı: “Bakı”da Şamil Şahməmmədov, “Baku”da Oqtay Atayev və Mark Peyzel, “Vışka”da Vaqif Əliyev, “Kommunist”də Zahir Zahirov, “Azərbaycan gəncləri”ndə Firdovsi Zamanov, Yusif İsmayılov və Urxan İsmayılov, “Bakinski raboşi”də Aleksey Balayan və Harun Akopov. Daha əvvəllər – 40-cı illərin sonu və 50-ci illərdə də bu qəzetlərdə azı “statistik” fəaliyyəti ilə məşğul olanlar çalışmışdı. Onların hər birinin həm mətbuat aləmində və həm də oxucular arasında öz nüfuzu və xüsusi “çəki”si vardı...
Sovet dönəminin “yıxılmağıyla” mətbuat sahəsində də bir boşluq yarandı və bu, daha çox maddiyyatla bağlı idi. Deyək ki, o vaxt respublikada idman işlərinə rəhbərlik edən Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin ləğv edilməsi adını çəkdiyim “İdman” – “Sport” qəzetini də Allahın ümidinə qoymuşdu. İndiki “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində bu qəzetin neçə illik bağlamalarının və digər redaksiya müxəlləfatının dəhlizdə qalaqlandığını günlərin birində öz gözlərimlə görmüşəm.
Bax, elə təxminən o dövrdə, yəni 1992-ci il martın 12-dən respublikada A4 formatlı “Futbol dünyası” – “Mir futbola” qəzeti çıxmağa başladı. Hər iki nəşrin baş redaktoru bundan əvvəl “İdman” – “Sport” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri, bizim Mişa deyə çağırdığımız Mixail Panin, təsisçiləri isə “Neftçi” futbol klubu və redaksiyaların yaradıcı kollektivi idi. İndiki meyarlarla yanaşanda məhdud sayda yaradıcı heyətlə araya-ərsəyə gələn qəzet yetərincə normal tirajla çap olunurdu: Azərbaycan dilində – 7000, rus dilində 3500 nüsxə tirajla.
Həftədə bir dəfə çıxan qəzetdə o dövr üçün nələr yox idi? İlk nömrədə baş redaktor yazırdı: “Əziz oxucumuz, bizim həftəliyi alsan, birinciliyin (hələ necə olacağı bilinməyən futbol üzrə ölkə çempionatı nəzərdə tutulur – Ş.Y.) gedişindən ətraflı xəbər tuta biləcəksən. Sən həm də planetimizin qalan yerlərində, o cümlədən də keçmiş İttifaqda baş verən futbol hadisələrindən hali olacaqsan. Biz səni Azərbaycan futbolunun yarandığı vaxtdan indiyədək onun tarixi ilə tanış edəcək, respublikamızın və dünyanın keçmişdə və indiki məşhur futbolçularından söhbət açacaq, Cimmi Qrivsin, Ələkbər Məmmədovun, Mişel Platininin, Renat Dasayevin, Toni Şumaxerin, Tofiq Bəhramovun, İvo Viktorun, Eduard Streltsovun xatirələrini təqdim edəcək, Pele, Qarrinça, Bekkenbauer haqqında kitabların qəzet variantını verəcəyik...”
Elə təqdimat nömrəsinin rubrikaları çox şeydən xəbər verirdi: “Həftədən-həftəyə”, “Azərbaycan futbolunun qvardiyaçıları”, “Ev-eşik qayğıları”, “13-cü səhifənin qonağı”, “Ətrafımızda və yanımızda”...
12-ci nömrədən, yəni 28 may 1992-ci ildən etibarən AFFA-nin loqosu ilə nəşr olunan, 31-ci nömrədən etibarən isə təsisçilərinin sırası (AFFA və redaksiyanın yaradıcı kollektivi) təzələnən qəzet sonuncu dəfə 5 noyabr 1992-ci ildə 1-ci səhifədəki “Çempionat başa çatdı...Yekunları növbəti nömrədə” manşet-anonsuyla çıxdı. Sonrakı nömrələri isə gözləməyə lüzum qalmadı: naşirlər, yəni təsisçilər öz fəaliyyətinə nöqtə qoymuşdular.
Cəmi 7 aylıq fəaliyyətinə baxmayaraq, “Futbol dünyası” – “Mir futbola” qəzeti sözün əsl mənasında 1992-ci il üçün Azərbaycan futbolunun tarix salnaməsidir! Burda müstəqil Azərbaycanda futbolun təşəkkülü, ilk çempionatın təşkili və keçirilməsi, milli yığma komandanın formalaşdırılması və Gürcüstan milli seçmə kollektivi ilə ilk yoldaşlıq matçının keçirilməsi və s. barədə vacib tarixi əhəmiyyəti olan məlumatlar toplanmışdır.
“Futbol dünyası” – “Mir futbola” qəzeti bağlandıqdan təxminən iki ay sonra – 1993-cü il yanvarın 6-da rus dilində eyni formatlı “Futbol-ekspress” qəzeti nəşrə başladı. “Centaur corporation” adlı kiçik müəssisənin təsis etdiyi bu qəzet sanki bir qədər əvvəl nəşrini dayandırmış qəzetin davamı idi. Belə ki, yeni qəzetin 5000 nüsxə tirajla çap olunmuş birinci nömrəsinin təxminən yarısı Azərbycanın futbol üzrə ilk çempionatının yekunlarına, o cümlədən “İlin ən yaxşı futbolçusu”na həsr olunmuşdu. Nömrədə tarixi mənada əhəmiyyət kəsb edən əsas material isə AFFA İcraiyyə Komitəsinin 1993-cü il dekabrın ortalarında keçirilmiş iclası barədə məlumatdı.
“Futbol dünyası” – “Mir futbola” ilə müqayisədə fakt və rəqəmlərlə bol olan bu qəzet də 1993-cü ildəki nəşrini noyabrın 27-də dayandırmışdır. Qəzetin sonrakı – 47-ci nömrəsi təxminən beş ay sonra... 1994-cü il aprelin 21-də çıxmış və bununla da qəzet öz varlığına son qoymuşdur. Hər halda, “Futbol-ekspress”dən ikinci və üçüncü çempionatlar barədə kifayət qədər məlumat əldə etmək olur.
1994-cü ildə AFFA ikinci dəfə qəzet nəşr etdirməyə təşəbbüs göstərmiş və “AFFA news” qəzetini təsis etmişdi. Maddi çətinliklər ucbatından yetərincə ardıcıl çıxmayan bu qəzetin əsas nöqsanı onun idarə mənafeləri çərçivəsindən kənara çıxmaması idi. Təxminən bir il sonra AFFA bu qəzeti İcraiyyə Komitəsinin üzvü, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin himayəsinə verdi. Artıq bu prosesdə mən də iştirak edirdim. 1995-ci il noyabrın 17-də qəzetin 25-ci nömrəsini buraxdıq. Bir sıra vacib yeniliklər etdik: məsələn, qəzetin əvvəlki nömrələrində olmayan oyun protokollarını dərc etməyə, protokollarda yol verilmiş xətaları düzəltməyə başladıq, həmin dövrdə ölkənin futbol həyatında baş verən hərc-mərcliyə məhəl qoymayaraq, qalmaqallı materiallar vermədik, bir sözlə, klassik qəzet nəşr elədik. Və bu qəzet də pulsuzluğun badına getdi: 1998-ci il yanvarın 11-də qəzetin 128-ci nömrəsini buraxdıq və bununla da “AFFA news”u tarixin arxivinə verdik...
Bundan təxminən 8 il sonra AFFA “Futbol dünyası” adlı qəzetin nəşrinə başladı, daha doğrusu, bu adda qəzetin nəşrini bərpa etdi. Baş redaktoru ali futbol qurumunun şöbə müdiri Mikayıl Nərimanoğlu olan qəzetin ilk nömrəsi 2006-cı il aprelin 12-də çıxmış və Bakıda keçiriləcək Azərbaycan - Türkiyə yoldaşlıq matçına həsr olunmuşdu. Həftədə üç nömrə olmaqla çıxan qəzetin sonuncu nömrəsi 21 dekabr 2015-ci ildə işıq üzü görmüşdü. O vaxt bəyan edilmişdi ki, “2016-cı ildən qəzet buraxılmayacaq. Futbolun təbliği üçün sosial şəbəkələrdən – facebook və twitterdən istifadə ediləcək. “Futbol dünyası” isə sayt formasında da aktiv olmayacaq”.
Belə də oldu. Amma bizim bununla işimiz yox, bu, sonranın – idman (futbol) nəşrlərinin yetərincə bol olduğu bizim günlərin söhbətidi, buna isə ilk nömrəsi 1997-ci il oktyabrın 21-də çıxan müstəqil “Futbol+” qəzeti rəvac vermişdi. Həmin vaxtdan bəri ölkədə futbol qəzetləri və saytlarının sayı-hesabı bilinmədi. Qəzet aləmində baş verən müxtəlif dərəcəli çətinliklərə duruş gətirən də elə bu qəzet oldu: artıq 21-ci ildi ki, normal dövriliklə çıxmaqda davam edir...
Люди кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar