08 in 23:20aktual

Futbol Lənkərana qayıdır

Futbol Lənkərana qayıdır
“Bu layihə “Xəzər Lənkəran”ın qayıdışına çağırış aksiyasıdı”
Ölkəmizdə yeni klub təsis edilib. Bir neçə gün əvvəl “Xan Lənkəran” fəaliyyətə başlayıb. “Xəzər Lənkəran” kimi bayrağının rəngi ağ-yaşıl olan yeni klub müasir idarəçilik üsuluyla seçilməyi hədəfləyib. Dünən “Xan Lənkəran”ı daha yaxından tanımaq, görülən və bundan sonra görüləcək işlərlə bağlı məlumat almaq üçün klubun yaranmasının ideya müəllifi olan sabiq həmkarımız Rəsul Şükürsoyla danışdıq.
- Belə klub modeliylə bağlı uzun müddət yazılar yazırdım. Fikrim belədi ki, ölkəmizdə bütün klubların modeli etibarsızdı. Çünki bir nəfərin iradəsindən, onun futbola həvəsindən asılıdı. Ukraynada bu işin içində olmuşuq, beynəlxalq təcrübəni araşdırırıq. Cənub bölgəsində bunun üçün yaxşı resurs var. Burda da əsas məqam azarkeş amilidi. Həmişə Lənkəranda tribunalar dolu olub. Bu klubu formalaşdırmaq da ictimaiyyətə hesablanıb. İlk təşəbbüs elə azarkeşlərdən gəldi. Onlar bu işdə öncüllük etməyimizi təklif etdilər. Əvvəlcə Təşəbbüs Qrupu yaratdıq. Daha sonra bu qrup Təşkilat Komitəsinə çevrildi. Lənkəranda - Gənclər və İdman İdarəsində görüşümüz oldu. Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə ilə müzakirələr apardıq. Gördük ki, maraq böyükdü. Sadəcə, bir az təbliğata və maarifləndirməyə ehtiyac var. Bu tədbirləri davam etdirə-etdirə yolumuza davam etdik. Sabah (bu gün) Lənkəranda növbəti görüşümüz olacaq. Klubun mülkiyyətçilərinin yerli insanlardan olmasını planlaşdırmışıq. “Xan Lənkəran”ın hissələrinə sahib olanlar həm də klubun mülkiyyətçiləri olacaq. Bunu da ianə formasında başlayırıq. Ancaq biz ianəylə klub saxlamağı planlaşdırmırıq. Əslində bu ianələr klubun səhmdarlarını müəyyənləşdirən vasitədi. Bu ianələr kapital qoyuluşuna çevriləcək və hissələrə bölünəcək. İlk mərhələdə 10 min hissəni təklif etməyi düşünürük. Bunun 4 minini qarşıdakı 15-20 gün ərzində paylaşdırmaq istəyirik. Qalan hissələri qarşıdakı 3 ayda paylaşdırmağı hədəfləmişik. Holoqramlı hissə sənədləri veriləcək.
- Klubun loqosu da müəyyənləşib. Üzərində Lənkəran qalasının və bəbirin təsvir olunduğu rəmzi Təşkilat Komitəsi, yoxsa azarkeşlər seçib?
- Komitə əvvəlcə loqoyla bağlı təklifləri topladı. Müxtəlif dizaynerlərin variantları səsverməyə qoyuldu. Komitənin hər üzvü rənglərlə bağlı iki variant təqdim etdi. Bunu da səsverməyə qoyduq. Sosial şəbəkədə azarkeşlərin səsverməsinə əsasən ağ-yaşıl rəng və həmin loqo seçildi. Qarşıda duran məsələlərdən biri də klubun İdarə Heyətini müəyyənləşdirməkdi. Gələn həftə bununla bağlı addımlar atılacaq. Hazırda namizədlərin müzakirəsi gedir. Bunu Lənkəran camaatının ümumi rəyinə əsasən formalaşdıracağıq. Çalışacağıq ki, İdarə Heyətində onların tanıdığı adamlar yer alsın. Ancaq bu müvəqqəti İdarə Heyəti olacaq. Hissədarlar bəlli olduqdan sonra seçkili sistemlə yeni rəhbərliyi müəyyənləşdirəcəklər.
- Məndə olan məlumata görə, ianələr “E-Manat” və “Milli Ön” aparatlarından ödəmələr vasitəsilə qəbul ediləcək...
- İanələr ancaq onlayn qaydada qəbul ediləcək. Məqsəd azarkeşlərin xoş niyyətindən yararlanmaq istəyən mənfur insanların düşüncələrini puça çıxarmaq, həmin vəsaitin təhlükəsizliyini və şəffaflığı təmin etməkdi. Çünki bu, çox ciddi məsələdi.
- Hansı bankda hesab açmağı planlaşdırırsız?
- “Yapı Kredi Bank”la əməkdaşlıq etmək fikrindəyik. Ancaq “Kapital Bank”da da hesab aça bilərik. “Paypoint” və ya hesablar üzərindən ödəmə mümkündü. Bankların xidmətləriylə tanış olduqdan sonra seçimimizi edəcəyik.
- Əsas problem baza və stadiondu. Bu məsələni necə həll edəcəksiz?
- Ümumiyyətlə, bu layihəmiz “Xəzər Lənkəran”ın qayıdışına çağırış aksiyasıdı. Bu məsələni hər zaman gündəmdə saxlayırıq. “Xəzər Lənkəran” rəhbərliyi ilə görüşəcəyik. Onlarla stadion məsələsini müzakirə edəcəyik. İcarə əsasında “Fırtınalar meydanı”ndan yararlanmağımız mümkündü. Alternativ variant kimi Lənkəran Olimpiya Kompleksinin stadionundan yararlana bilərik.
- Bu ianələrə etibar edib, klub saxlamaq olmaz. Mövsümün gedişində yığımlar azala bilər...
- Biz bununla klub saxlamaq fikrində deyilik. Bu, kökündən avantüradı. Fikirləşirik ki, ianə yığımı kapitalçıları müəyyənləşdirsin. Ondan sonra sponsor planlarımızı həyata keçirəcəyik. Bizə sponsorluqla bağlı müraciət edənlər var. Onların arasından seçim edəcəyik. Forma, tibbi xidmət, təhlükəsizlik sponsorlarımız olacaq. Üstəlik, şirkətləşməyə doğru addımlar atacağıq. Futbolçu transferində Latın Amerikası metodikasını tətbiq etmək istəyirik. Orda futbolçuların mülkiyyəti klubda yox, ayrı şirkətdədi. Bundan başqa, Lənkəranda futbol təmayüllü peşə məktəbi açmağı planlaşdırırıq. Bunların hamısını ilk növbədə kapitalçılarla müzakirə edəcəyik. Bütün ictimaiyyətə açıq layihə olacaq. Futbolsevərlərlə ortaq biznes fəaliyyəti qurub, həm onlara qazandırmaq, həm də maliyyə bazamızı formalaşdırmaq fikrindəyik. Ola bilər, illik yığımlar kapital bazamızın 5 faizi dəyərində olmasın. Yəni biz sırf yığımlara etibar etmirik. Səhmdarlar yatırdıqları kapital fonunda gəlir əldə etməlidi. Deyək ki, klubun 4 min səhmdarı var. Bir səhmi 100 manata satacağıq. Ancaq növbəti ay bir səhm 200 manata olacaq. Bunun da iqtisadi əsası var. Bütün gəlirlər əvvəl nizamnamə fondunda toplanacaq. Bu zaman avtomatik klubun səhmlərinin dəyəri artacaq. Daha sonra xərclənəcək.
- Sabahki görüş kiminlə olacaq?
- Təşkilat Komitəsi olaraq lənkəranlı futbol veteranları ilə görüşəcəyik. 1968-ci ildə ilk dəfə Lənkəranın “Xəzər”i ölkə çempionatında iştirak edib. Onların mənəvi varisi kimi bu işi davam etdirmək istəyirik. Bu da bütün veteranları bizə bağlayır. Onların da sosial vəziyyətinin yaxşılaşdırılması, Lənkəran futbol tarixinin araşdırılması ilə bağlı da planlarımız var. Bu görüşdə futbol ictimaiyyətinin başqa nümayəndələri də iştirak edəcək.
- “Xan Lənkəran” gələcəkdə “Xəzər Lənkəran”a çevrilə bilər?
- Bu, “Xan Lənkəran”ın üzvlərinin qərarı əsasında mümkündü. Biz müvəqqəti idarəçiyik. Maksimum 1-2 illik idarəçilikdən sonra ictimaiyyətin öhdəsinə verəcəyik. Onların gələcəkdə verəcəyi qərardan asılıdı bu məsələ.
- Belə başa düşdüm ki, prezident də hər dəfə klubdaxili seçki üsuluyla müəyyənləşəcək.
- Bəli. “Qalatasaray”ı misal çəkim. Azərbaycanda filan klubun yiyəsi var. Amma bunu “Qalatasaray” haqda deyə bilərsizmi? Sahibi yoxdu, klub ictimaiyyətindi. Biz də bu modelə uyğun klub formalaşdırırıq.
- Səhv etmirəmsə, gələn həftə saytınız işə düşəcək.
- Bəli. Ya bazar ertəsi, ya da çərşənbə axşamı saytımız istifadəyə veriləcək. Sosial reklam çarxları çəkirik. Sabah ilkini təqdim edəcəyik. Saytın da ilkin versiyası hazırdı. Yığımların şəffaf şəkildə təqib edilməsi üçün bir vasitə olacaq.
- Klubun strukturu müəyyənləşib?
- Əvvəl Direktorlar Şurasını müəyyənləşdirməliyik. O da İdarə Heyətinin sədrini seçəcək. Həmin şəxs də strukturu quracaq. O cümlədən də mətbuat katibi müəyyənləşəcək.
- Növbəti mövsüm 1-ci divizionda oynamağı planlaşdırırsız. Görüləcək iş isə xeyli çoxdu. Çatdıra biləcəksiz?
- Bu, ictimaiyyətin nə dərəcədə operativ reaksiya verməsindən asılıdı. Biz uzun müddətdi təbliğat aparırıq. Bu layihə qarşıdakı 15-20 gündə nəticə verəcək. İlkin kapital yığılsa, deməli, hər şey ciddidi və cəmiyyətə sözümüzü deyə bilmişik. Bundan sonra təşkilati işləri yekunlaşdırıb, komandanın qurulmasına start verəcəyik.
- Bu ideya yarananda lənkəranlı futbolsevərlər arasında fikir ayrılığı yarandı. Bu nədən irəli gəlirdi?
- Bu mənə də qaranlıq qaldı. Bu layihəni davam etdirib-etdirməməyi də səsvermə yoluyla müəyyənləşdirdik və çoxluq müsbət cavab verdi. Hətta layihənin davam etməsini istəməyənləri də toplantımıza dəvət etdik. Onlardan mənfi reaksiyanın səbəbini soruşmaq istədim. İnsanıq da, hansısa səhvimiz ola bilər. İqtisadi və hüquqi baxımdan nəyisə düzgün etməyə bilərik. Buna real layihə gözüylə baxmayanlardan heç biri ortaya səbəb qoymayıb. Mən narazı tərəfi 3 qrupa bölürəm. Biri, ümumiyyətlə, layihəni başa düşməyən qrupdu. Onlar zamanla başa düşəcək. Sadəcə, maarifləndirməyə ehtiyac var. İkincisi, oxumadan mənfi rəy yazanlardı. Onları başa düşmürəm. Üçüncü qrup isə qərəzlilərdi. Müəyyən şəxslər tərəfindən idarə olunurlar. Bunu da normal qarşılayırıq.
- Bu klubun gələcəkdə AFFA-nın himayəsinə keçəcəyindən narahat olan insanlar var.
- Onlar ya layihəni başa düşmür, ya da oxumayıblar. “Qalatasaray”ın TFF-nin nəzarəti altına keçməsini təsəvvür edə bilirsiz? Bunun nəticəsi nə olar? Abramoviçi “Çelsi”nin sahibi sayırıq. Əslində o klubun səhmlərinin sahibidi. “Çelsi” özü bir markadı. Sabah klubun strategiyasına uyğun olmayan siyasət yeritsə, hüquqi qaydada onun səhmləri əlindən alınıb, satışa çıxarıla bilər. Bütün bunları başa düşmək lazımdı.
SƏRXAN
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar