08 in 23:11aktual

Qurban Qurbanovun gözlənilən “11-liy”i

Qurban Qurbanovun gözlənilən “11-liy”i
Bədavi ilə Riçard sağalmalı, Rəşad qayıtmalı, Rauf formaya düşməlidi
Milli sabah Latviya ilə oyuna çıxacaq ki, bu görüş Millətlər Liqası ərəfəsində sonuncu olacaq. Qurban Qurbanov “sukan arxasına” keçəndən sonra Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edən yığma cəmi bir qələbəyə sevinib. Mayın 29-da Qırğızıstanı üstələmək mümkün olub – 3:0. Daha iki qarşılaşmada isə Belarusa 0:1, Qazaxıstana 0:3 hesabı ilə məğlub olmuşuq.
Təbii, xoş görüntü deyil. Beş ay ərzində bu sayda oyun keçirib, cəmi bir dəfə qələbəyə sevinmək - o da olduqca zəif qırğızlarla matçda – Millətlər Liqasının qalibi olmağı arzulayan komanda üçün fiaskodu. Qırğızıstanla qarşılaşmanı çıxsaq, Qurbanovun rəhbərlik etdiyi kollektiv 4 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapıb ki, onda da Riçard Almeyda türkiyəli hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Stole Dimitrievski ilə mübarizədən qalib ayrılmışdı. Yəni bu gün 3 ay sonraya ümidlə boylanmaq üçün əlimizdə heç bir əsas yoxdu. Yalnız baş məşqçinin təcrübəsinə ümid etmək olardı ki, futbolçular Latviya ilə sabahkı oyundan sonra istirahətə buraxılacaq, ardınca klublarına qoşulacaqlar. Belə deyək, Qurban Qurbanovun nəyisə dəyişmək üçün nə vaxtı var, nə də imkanı.
Ən acınacaqlı durum isə yığmanın optimal heyətinin olmamasıdı. Təcrübəli mütəxəssis iş başına keçəndən sonra fərqli futbolçulara özlərini göstərmək imkanı yaratsa da, indiyə qədər lazım olan “11-liy”i müəyyənləşdirə bilməyib. Çox güman, latışlara qarşı da fərqli start heyəti görəcəyik. Halbuki ilk dörd oyun xaric, Qazaxıstan və Latviya ilə görüşlərdə əsas heyətdə meydana çıxanlar sentyabrın 7-də Kosovoya qarşı mübarizə aparacaq futbolçular olmalıydı. Yəni komandanın “skelet”i ilə tanış olmalıydıq.
Riçard Almeydanın zədəsini əsas gətirib düşərgədən ayrılması, Bədavi Hüseynovun zədəsini tam sağaltmaması, Rauf Əliyevin oyun təcrübəsinin yoxluğundan əziyyət çəkməsi Qurbanovun planlarını pozmaya bilməz. Əlbəttə, “11-liy”in formalaşmamasında bu amilin də xüsusi rolu var. Şübhəsiz, necə olacağına baş məşqçi qərar verəcək. Biz, sadəcə, geridə qalan 5 oyunda start heyətində meydana çıxanların adlarına nəzər salıb, sentyabrdakı təxmini “11-liy”i müəyyənləşdirməyə çalışdıq.
Moldova - Azərbaycan 0:0
Kamran Ağayev, Pavel Paşayev, Ruslan Abışov, Maksim Medvedev, Abbas Hüseynov, Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Mahir Mədətov.
Azərbaycan - Belarus 0:1
Kamran Ağayev, Şəhriyar Rəhimov, Ruslan Abışov, Maksim Medvedev, Pavel Paşayev, Coşqun Diniyev, Riçard Almeyda, Namiq Ələsgərov, Cavid İmamverdiyev, Ruslan Qurbanov, Amil Yunanov.
Makedoniya – Azərbaycan 1:1
Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Dmitri Nazarov, Araz Abdullayev, Amil Yunanov.
Azərbaycan – Qırğızıstan 3:0
Səlahət Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Emin Mahmudov, Namiq Ələsgərov, Cavid İmamverdiyev, Araz Abdullayev, Ramil Şeydayev.
Qazaxıstan – Azərbaycan 3:0
Kamran Ağayev, Təmkin Xəlilzadə, Ruslan Abışov, Maksim Medvedev, İlqar Qurbanov, Qara Qarayev, Cavid Hüseynov, Mahir Mədətov, Dmitri Nazarov, Araz Abdullayev, Ruslan Qurbanov.
Təbii, Kosovoya qarşı oynayacaq “11-lik” bunlardan heç biri olmayacaq. Bədavi heç birində yoxdusa, Riçard son iki matçda iştirak etməyib. Üstəlik, Qurban Qurbanov Şəhriyar Rəhimov, Tural Axundov, İlqar Qurbanov, Amil Yunanov, Abbas Hüseynov, Əfran İsmayılov kimilərə şans verirdi ki, adı çəkilənlərdən heç birinin yığmanın əsas heyətində yer almaq gücündə olmadığı dəqiqdi. Həm baş məşqçinin heyət seçimi, həm də öz mülahizələrimiz istiqamətində millinin optimal heyətini tapmağa çalışacağıq. Nə dərəcədə dəqiq olacaq, bunu zaman göstərəcək.
Qapı
Kamran Ağayev yalnız Qırğızıstanla oyunu kənardan izləmişdi. Bu da məlum səbəbdən. Mayın 28-də “Qəbələ” ilə “Keşlə” kubokun finalında üz-üzə gəlmişdi deyə, bir gün sonra qapıçının millinin formasını geyməsi mümkün deyildi. Odu ki, Qurbanov kapitan sarğısını qoluna bərkidən təcrübəli futbolçuya şans verməmişdi. Qalan 4 görüşün hamısında start heyətində yer alması Kamranın əvəzolunmaz olduğunu göstərir. Bu gün ölkədə “bir nömrə” sayılan Ağayev Millətlər Liqasında əsas güvən yerimiz olacaq.
Müdafiə
Başlayaq sol cinahdan. Burda kimlər oynamayıb ki?! Pavel Paşayev, Şəhriyar Rəhimov, Təmkin Xəlilzadə və iki dəfə Ürfan Abbasov. Vaxtilə “sol”da oynatmağa futbolçu tapılmırdısa, indi onların sayı yetərincədi. Hələ Slavik Alxasovla Ufuk Budak da var. Qurban bəy üç nəfər – Təmkin Xəlilzadə, Ürfan Abbasov və Pavel Paşayev arasında seçim etməli olacaq. Ürfanın hücuma qoşulmaq bacarığının yetərli olmadığını və işlək ayağının sağ olduğunu nəzərə alsaq, Təmkin onu üstələyir. Pavel isə daha etibarlı və təcrübəlidi. Güman olunur ki, Qurbanov müdafiənin “sol”unu Pavelə həvalə edəcək.
Əks cinahla bağlı baş qaşımağa ehtiyac yoxdu. Bədavi sıraya dönəcəyi halda, sağ cinahın ağası sayılan Maksim Medvedev yerinə qayıdacaq. Medvedev mərkəzdə oynadığı dövrdə ona doğma olan cinahda Tural Axundov, Abbas Hüseynov, Pavel Paşayev və İlqar Qurbanov yer alıb ki, onların heç biri “5 nömrə” qədər effektli deyil. O başqa məsələ ki, Bədavi sıraya qayıtmasa, Allah eləməsin, zədəsini təzələsə, Maksim yenidən müdafiənin mərkəzinə çəkiləcək və onun yerində Paşayev oynayacaq. Belədə “sol”un Təmkinə tapşırılması mümkündü.
Müdafiənin mərkəzində yer alanların adları həm az, həm də məlumdu. Qurbanovun istəsə də, istəməsə də, güvəndiyi adlar Ruslan Abışovla Bədavi Hüseynov olacaq. Yox, Rəşad Sadıqov yenidən yığma formasını geyməyi qərara olsa, o zaman çox şey dəyişəcək. Çox güman, Abışov Robert Prosineçkinin dönəmində olduğu kimi yenə ehtiyatda qalacaq. Lakin Sadıqovun qayıtmaq ehtimalı olduqca azdı.
Yarımmüdafiə
İki dayaq yarımmüdafiəçisindən biri Qara Qarayev, digəri Riçard Almeyda olacaq. Həm yoldaşlıq oyunlarındakı heyətlər, həm də Qurbanovun futbol fəlsəfəsi belə düşünməyə əsas verir. Belə baxanda, ən optimal variant elə budu. Onların qarşısında oynamağa, belə deyək, pleymeyker funksiyasını daşımağa iki əsas namizəd var – Cavid İmamverdiyevlə Dmitri Nazarov. Təcrübəni və ustalıq səviyyəsini nəzərə alsaq, Almaniyada çıxış edən Nazarovun İmamverdiyevdən bir addım öndə olduğu faktdı. Çox güman, “11-lik”də Dmitri yer alacaq.
Cinahlarla bağlı da məsələ aydındı. “Sağ”da birmənalı Araz Abdullayev çıxış edəcək. Baş məşqçi Əfran İsmayılovla Ruslan Qurbanovu orda sınasa da, son 3 matçda Araza şans verib. Əks cinahda isə üstünlük Namiq Ələsgərovun tərəfindədi. Baş tutan 5 oyunun 3-də sol cinah yarımmüdafiəçisi kimi məhz “Neftçi”nin futbolçusu yer alıb. Di gəl ki, Qırğızıstanla görüşdə Namiqi əvəzləyən Mahir vurduğu qol və verdiyi məhsuldar ötürmə ilə əsas heyətə layiq olduğunu göstərdi. Qazaxıstanla oyunda isə Mədətov artıq start heyətində idi. Texnikada və boy-buxunda Ələsgərovu üstələyən Mahirin ilk dəqiqədən meydanda olacağı inandırıcıdı.
Hücum
Yığmanın ən başıbəlalı mövqeyi. Qurbanov 5 oyunda 3 fərqli forvarda şans verib ki, Mahir Mədətov, Ruslan Qurbanov və Ramil Şeydayevhərəyə bir dəfə “11-lik”də şans qazandığı halda, Amil Yunanov iki dəfə bu imkandan istifadə edib. Bu oyunlar göstərdi ki, başa çatan mövsümdə “Sumqayıt”ın “qol silahı” sayılan Yunanovun əsas heyətdə yer alması, sadəcə, mümkünsüzdü. Beynəlxalq oyun təcrübəsinin yoxluğu özünü göstərir. Hücumun sivri ucu heç Ruslanlıq da deyil. Sürəti ilə öyünən Qurbanov yarımmüdafiənin cinahlarında daha effektli görünür. Ümid qalır Mahirlə Ramilə. Mədətovun cinahda çıxış etmək şansının çox olduğunu nəzərə alsaq, üstünlük Şeydayevin tərəfinə keçir. Amma burda bir məsələ də var.
Sentyabrın 7-nə qədər 3 ay vaxt var. Bu müddətdə Rauf Əliyevin forma yığıb yenidən yığmaya qayıtması mümkünsüz deyil. “Qəbələ” hazırlıq dönəmində azı 5-6 oyun keçirəcək. Azı 2-4 oyunun da Avroliqada baş tutmaq ehtimalı var. Bunun üzərinə avqustun ortalarında başlayacaq çempionatın 2-3 turunu da gəlsək, Əliyev Kosovo ilə matça kimi azı 10 oyunda iş başında olacaq. Əvvəlki günlərini xatırlatması məhz həmin dönəmdən asılıdı. Özünə gələ bilsə, Qurbanov məhz Əliyevə güvənəcək. Dəniz Yılmazı da unutmamalıyıq. İllərdi Türkiyə superliqasında top qovan forvardın ən pis vəziyyəti belə Mahirlə Ramilin yaxşı günündən üstündü.
Payıza qədər kimlərsə zədələnə, formadan düşə, yaxud hansısa hərəkətə görə yığmadan uzaqlaşdırıla bilər. Sonda sizə Qurban Qurbanovun gözlənilən və özümüzün arzuladığımız “11-liy”i təqdim edirik.
Gözlənilən heyət: Kamran Ağayev, Pavel Paşayev, Ruslan Abışov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Dmitri Nazarov, Araz Abdullayev, Ramil Şeydayev.
Arzulanan heyət: Kamran Ağayev, Təmkin Xəlilzadə, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Dmitri Nazarov, Araz Abdullayev, Rauf Əliyev.
HƏBİB
Люди кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar