08 in 00:14aktual

Qazaxlar Cavid Hüseynovla məzələndilər

Qazaxlar Cavid Hüseynovla məzələndilər
“Azərbaycan “Astana Arena”da heç nə ilə yadda qalmadı”
Srağagün Astanada keçirilən və millinin Qazaxıstana böyük hesabla uduzduğu matça qazax həmkarlarımız böyük diqqət ayırıb. Ölkənin, demək olar ki, bütün idman və ictimai-siyasi saytları bolqar mütəxəssisin rəhbərlik etdiyi “sarı-göylər”in baxımlı oyun fonunda sərfəli nəticə qazandığını, rəqibi, yəni Azərbaycanı meydana çıxdığına peşman etdiyi vurğulayıb. Qazaxıstan mediasından oyunla bağlı maraqlı görünən məqamları nəzərinizə çatdırmağı lazım bildik.
Prosport.kz: “Stanimir Stoilovun rəhbərlik etdiyi milli ilk dəfə “doğma divarlar” arasında oyuna çıxdı. Stoilovun matçın başlamasına saatlar qalmış heyəti açıqlamasına artıq öyrəşmişik. Ola bilsin, bu ancaq yoldaşlıq oyunuları üçün nəzərdə tutulub. Ancaq baş məşqçinin addımı çox maraqlıdı. Bəlkə də bolqarıstanlı mütəxəssis belə etməklə qarşılaşmadan öncə futbolçuları əlavə gərginlikdən azad edir. Oyunun sxeminə gəlincə, bolqar heç bir yeniliyə əl atmadı. Müdafiə xəttində “Astana”nın 4 futbolçusu çıxış edirdi. Mərkəzdə Kuat, İslamxan və Mujikovdan ibarət “üçlük” baş məşqçinin etimadını doğrultmağa çalışırdı. Yeri gəlmişkən, onu da bildirək ki, onlar üzərlərinə düşən missiyanı artıqlaması ilə yerinə yetirdilər və kreativ oyun nümayiş etdirməklə alqış qazandılar. Cinahlarda yer alan Murtuzayev və Tunqışbayev yenə göz oxşadılar. Hər iki futbolçu Stoilovun rəhbərliyi altında əvvəlki iki görüşdə də əla təsir bağışlamışdılar. Taran forvard qismində isə bu dəfə Aleksey Şotkin çıxış edirdi. İlk 10 dəqiqədə meydan sahibləri rəqibi öz qapısına doğru sıxıb, demək olar ki, istədiyini etməyi bacardı. Xüsusilə sol cinah tam Qazaxıstanın nəzarəti altında idi. Şomkonun məhz həmin cinahdan keçidi, ardınca isə təhlükəli zərbəsi göstərdi ki, Azərbaycanı bu cinahdan “sıxmaq” olar. Birinci qola qədər Şomko və Murtuzayev fərqlənə bilərdi. Şotkinin təhlükəli zərbəsini Ağayev çətinliklə də olsa, zərərsizləşdirə bilmişdi. Ancaq şox keçmədən qonaqlar meydanın mərkəzinə dəvət olundular. İslamxanın standart vəziyyətdən cərimə meydançasına asmasını Murtuzayev başla dəqiq qapadı. Qoldan sonra Stoilovun komandasının təzyiqi azaldacağını düşünmək olardı. Lakin çox keçmədən heç də özünə bənzəməyən, meydanın mərkəzini keçməkdə çətinlik çəkən qonaqlar qapılarında ikinci qolu gördü. Mujikovun cinahdan ötürməsini Serikjan qrossmeystersayağı dəyərləndirdi. Bir hərəkətlə müdafiəçiləri işsiz qoyan futbolçu sol ayaqla qapını dəqiq nişan aldı. Bu qoldan sonra Qazaxıstan yığması tempi aşağı salmağı lazım bildi. Fasilədən sonra hər iki komandanın baş məşqçisi çoxsaylı əvəzetmələr etdiyindən meydanda istənilən səviyyədə oyun görmədik. Buna baxmayaraq, son dəqiqələrdə yığma 3-cü qolu vurmaqla Millətlər Liqasının startına az qalmış bizə gələcəyə nikbin baxmağa əsas verdi. Azərbaycan isə “Astana Arena”dakı görüşdə heç nə ilə yadda qalmadı. Rəqibin “çərçivə”yə gedən bir zərbəsinin olmaması çox şeydən xəbər verir”.
Sport.kz saytı isə qarşılaşmaya başqa prizmadan yanaşıb və oyunla bağlı ölkənin tanınmış futbol mütəxəssislərinin fikrini öyrənib. Andrey Ferapontov bunları söyləyib: “Yığmanın hazırlığına və Stoilovun bu sınaqdan da üzüağ çıxacağına şübhə etmirdim. Hiss edirdim ki, qalib gələcəyik, özü də böyük hesabla. Oyuna yaxşı başaladıq və iki erkən qol vurduq. İlk hissədə oyuna tam nəzarət edirdik. Fasilədən sonra bir qədər ərazi üstünlüyünü rəqibə verdik ki, bu da anlaşılandı. Azərbaycan isə bundan istifadə edə bilmədi. Topa nəzarət etmələrinə baxmayaraq, heç nə edə bilmədilər. Bizim futbolçuların oyununa baxanda hiss olunurdu ki, gücləri yetərincədi və lazım olacağı halda bir qədər də artıra bilərlər. Millimizlə bağlı fikrimi qısaca belə izah edərdim: əla yığma və xoş gələcək vəd edən gənclik. Azərbaycanla matçda yığmamız bütün göstərcilərdə onlardan üstün idi. Zaynutdinov sonradan meydana çıxsa da, oyuna yaxşı qoşuldu. İslamxan komandanın əsl lideri idi və bütün hücumlar onun üzərindən qurulurdu. Rəqibdə isə dirijor gözə dəymədi. Yığmamızın son oyununu izlədikdən sonra gələcəyə ümid yarandı və komandanın perspektivi göz önündədi”.
Qazaxıstan futbolunun daha bir tanınmış veteranı Yusup Şadiyev isə bunları söylədib: “Çoxdanmillimizin belə gözəl futbol sərgilədiyini görməmişdim. Bütün hücumlar düşünülmüş şəkildə həyata keçirildi. Qarşılaşmadan çox böyük həzz aldım. Stoilov hər bir futbolçuya ondan nə tələb olunduğunu çox yaxşı aşılayıb. Taktiki cəhətdən də savadlı oyun oldu. Azərbaycandan fərqli, yığmamız intizamlı oyun nümayiş etdirdi. Qazaxıstan – Azərbaycan qarşılaşmasından sonra Rusiya – Türkiyə görüşünü izlədim. Məndə elə təəssürat yarandı ki, sanki dünya çempionatına Rusiya yox, Qazaxıstan hazırlaşır və bir neçə gündən sonra mundialın açılış oyununda bizim komandamız meydana çıxacaq”.
Cavid Hüseynovun “rəqibin son oyununu yaxşı təhlil etmişdik. Norveçlə matçı izlədikdən sonra bilirdik ki, Qazaxıstan erkən qol vurmağa çalışacaq” açıqlaması Qazaxıstan mediasında ironiya ilə qarşılanıb. “Azərbaycanın yarımmüdafiəçisi rəqibləri səhv saldı” başlıqlı yazıda Roman Aleksandrov adlı köşə yazarı “ola bilsin, Hüseynov düz deyir. Azərbaycan yığması Norveçin oyununu təhlil edib. Ancaq pilotun kobud səhvi üzündən Qurban Qurbanovun komandası Oslo əvəzinə Astanada meydana çıxmalı olub. Bəlkə də buna görə Azərbaycan millisinin üzvləri 90 dəqiqə ərzində arxada topu bir-birinə ötürməkdən başqa heç nə ilə yadda qalmadılar” yazaraq, “Qəbələ”nin intizamsız kapitanının məsuliyyətsiz açıqlamasından yararlanaraq, millinin “bostanına daş atıb”.
Yığmanın “Astana Arena”dakı matçı Bolqarıstan mətbuatında da işıqlandırılıb. Bolqar jurnalistlər həmyerlilərinin çalışdırdığı Qazaxıstan yığmasının Azərbaycan üzərindəki qələbəsini “klassik qələbə -3:0” kimi dəyərləndirərək, Stoilovun rəhbərliyi altında komandanın çox inkişaf etdiyini, Avropa səviyyəli futbola yaxınlaşdığını qeyd ediblər.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar