04 in 13:25aktual

Qriqorçuk “Qəbələ”nin azarkeşlərindən üzr istədi

Qriqorçuk “Qəbələ”nin azarkeşlərindən üzr istədi
“İndi içimdən gələn səs “Azərbaycanı kuboksuz tərk etməməliydin” deyir”
Roman Qriqorçukun “Qəbələ”dən gedişi gözlənilməz olmadı. Yəni mayın 28-dəki kubok “Keşlə”yə yox, onun komandasına qismət olsaydı da, ukraynalı çalışdırıcının karyerasını Azərbaycanda davam etdirəcəyi inandırıcı deyildi. Hələ yanvardan adı “Astana” ilə yanaşı çəkilən mütəxəssisin son vaxtlar özünü suda balıq kimi hiss etmədiyi aşkar görünürdü. Açıqlamalarında hər nə qədər ölkəmizdən ayrılacağını gizlətməyə çalışsa da, reallıq Qriqorçukun Qazaxıstana yollanacağını deyirdi.
Kubokun əldə olunmaması rəhbərliyə “gedirəm” demək üçün yaxşı səbəb oldu. Dedi və getdi. Amma getməmişdən əvvəl, dəqiq desək, mayın 31-i günorta saatlarında onunla əlaqə yarada bildik. Daim futboldan söhbət etməyə alışdığımız çalışdırıcı ilə bu dəfə fərqli mövzuda danışdıq. Lap dəqiq desək, vida müsahibəsi ilə bağlı sualları cavabladı.
- Ağır mövsüm başa çatdı, dincəlmək zamanıdı. Maraqlıdı, Roman İosifoviçin üzü gülür, yoxsa əksinə?
- Səmimi deyim? Kubokun final qarşılaşmasından sonra hələ də özümə gələ bilməmişəm. Sonuncu dəfə bu dərəcədə üzüldüyüm yadıma gəlmir. Ona görə də hansısa bayram əhval-ruhiyyəsindən danışmağa dəyməz. Sizi inandırım, istirahət heç yadıma da düşmür. Bura gəldiyim gündən bir məqsədim vardı: klubun muzeyinə kubok qazandırmaq. Ötən il rəqib “Qarabağ” idi deyə bu dərəcədə təəssüflənməmişdim. Reallığı qəbul edir, yenilgini anlayışla qarşılayırdım. Lakin bu dəfə adımıza layiq olmayan məğlubiyyət aldıq. Amma nə etməli? Başımızı qaldırıb, irəli boylanmalıyıq. Həyatın hər üzü var, ona görə də hər şeyə hazır olmalıyıq.
- Bakını nə vaxt tərk edirsiz?
- Təxminən 2 saat sonra hava limanında olmalıyam.
- Çemodanlar hazırdı?
- Sizinlə danışa-danışa əşyalarımı toplayıram. Demək olar, hazırdı.
- Neçə çemodandı?
- (gülür) Sayını dəqiq bilmirəm. Sayım?
- Sayın...
- Altı çemodanın olacağı dəqiqdi. Bu gedişlə birini də əlavə edəcəm. Görək hava limanında qəbul edəcəklər (gülür).
- O qədər çemodanın içində nə var?
- Özümə məxsus əşyalardı, qış və yay geyimləri, ayaqqabılar, kəmərlər...
- Dedim, yəqin Azərbaycandan xatirə olaraq nələrsə aparırsız.
- Geridə qalan üç ilyarımda lazım olan hədiyyələri, suvenirləri alıb aparmışam. Evimdə Azərbaycanı xatırladacaq əşyalar çoxdu. İki həftə öncə Ukraynaya getmişdim. Həmin vaxt müəyyən hədiyyələr alıb aparmışdım.
- Nə kimi hədiyyələr?
- Azərbaycan konyakı, şərabı və şirniyyatlar. Əsas da paxlava (gülür). Hə, bir də çay.
- Azərbaycandan Ukraynaya sonuncu səfərinizdi. Yəni birtərəfli biletə sahibsiz. Gedirsiz, amma geri dönməyəcəksiz. Təsəvvür edə bilirsiz?
- Təsəvvür etdikcə içimdə sözlə ifadə edə bilmədiyim nələrsə məni sıxır, boğur. Bəlkə də indi o qədər üzüntülü deyil. Yol üstəyəm, tələsirəm, çemodanları yığıram. Belə deyim, baş qarışıqdı. Amma təyyarədə oturub pəncərədən çölə baxanda mütləq hansısa hisslər mənə sakit oturmağa imkan verməyəcək.
- 5-10 il keçəcək və nə vaxtsa Azərbaycandan söhbət düşəcək. Maraqlıdı, nə danışacaqsız, hansı xatirələri yada salacaqsız?
- Azərbaycana, belə deyim, “Qəbələ”yə gəlməklə karyeramın ən doğru qərarlarından birini verdim. Bu müddət ərzində heç vaxt peşmanlıq hissi keçirmədim. Əksinə, bu cür komandanın baş məşqçisi olduğum üçün qürur duyurdum. Yaxşı və pis günlərimiz oldu. Avrokuboklardakı uğurlar, inanılmaz qələbələr mən yaşadıqca yaşayacaq. Amma ən vacibi, mən burda yaxşı dostlar qazandım, daim insanların sevgisini hiss etdim. Baxın, finaldan üç gün keçib, amma telefonum susmaq bilmir. Ağlıma gətirə bilməyəcəyim adamlar zəng vurub, təşəkkür edir, karyeramda uğurlar arzulayırlar. Bundan gözəl hiss ola bilməz. Adını çəkmək istəmədiyim bir nəfər zəng vurmuşdu, elə sözlər dedi ki, inanın, özümü uşaq kimi ağlamaqdan güclə saxladım. Dəstəyi asandan sonra bir neçə dəqiqə özümə gələ bilmədim. O zaman hiss edirsən ki, əziyyət çəkmisən və insanlar bunu görüb. O gün “Qəbələ”nin uşaqları ilə restoranda yığışmışdıq. Deyib-gülürdük, nələrisə yada salırdıq. Birdən bu insanlarla sonuncu belə görüşün olması yadıma düşəndə ölüb-dirilirdim. Azərbaycana gələndə hər şeyin bu cür davam edəcəyini təsəvvür etmirdim. Amma qısa zamanda doğmalaşdıq, bir-birimizə əziz olduq.
- Hansı xatirələri aparırsız özünüzlə?
- Danışmağa başlasam, həm mən təyyarəyə gecikəcəm, həm də siz bezib hamısını yazmayacaqsız. Ona görə də qısa deyim, siz gördüyünüz və görmədiyiniz nə vardısa, hamısı səhnə kimi gözümün qabağındadı.
- Bəs Azərbaycan deyəndə yadınıza salmaq istəmədiyiniz nələr var?
- Yalnız və yalnız buranı kuboksuz tərk etməyim. Buna inana bilmirəm, qəbul etmək çətindi. Halbuki qazanmalıydıq. Rəhbərlik də bilir ki, “Qəbələ”yə kubok vermək üçün əlimdən gələn hər şeyi etdim. Bəlkə də bunu məndən çox istəyən yox idi. Ən çox azarkeşlərə görə üzüldüm. Məğlubiyyətdən sonra onların üzünə baxmaq həqiqətən çox çətin idi. Hər birindən üzr istəyirəm. Azərbaycan mənim üçün yaxşı mənada böyük təcrübə oldu. Həm həyat dərsi verdi, həm də futbol sahəsində bilmədiklərimi öyrətdi.
- Sizcə, getmək zamanı çatmışdı?
- Həyatda hər şeyi zamanında etmək yaxşıdı. Necə deyərlər, hər yaşın öz gözəlliyi var. Məncə, əsl getmək vaxtı idi. Vacib olan odu ki, bunu heç kimi incitmədən etdim, hamıyla mehriban ayrılıram. Bilirəm ki, sabah yenə bura gəlsəm, azı 3-5 nəfərə zəng etməyə ərkim çatacaq.
- Cavid Hüseynova inanılmaz dəstək nümayiş etdirdiz. İstər həbsindən əvvəl, istərsə də sonra. Hətta bəzən Cavid haqsız olduğu məqamlarda belə ona haqq qazandırırdız. Və çəkinmədən “sevimli futbolçumdu” deyirdiz. Qəbul edirsiz?
- Əlbəttə, qəbul edirəm. O cür futbolçuya, kapitana mütləq dəstək olmalıydım.
- Elədisə, “Astana”da, yaxud başqa komandada çalışacağınız halda Hüseynovu da yanınıza aparacaqsız?
- Bu dəqiqə harda işləyəcəyimlə bağlı söz deməkdə çətinlik çəkirəm. Ona görə də komanda adının hallandırılmasını yaxşı qəbul etmirəm. O ki qaldı Cavidə, üz tutacağım komandadakı vəziyyətə baxmalıyam. Rəhbərliyin siyasəti nədi, hansı mövqelər “axsayır” və s. İndi də olmasa, nə vaxtsa əməkdaşlığımız ola bilər. Cavid çox yaxşı futbolçu, ideal insandı. Dünənki görüşdə özünə də dedim, sən ən çətin dönəmi geridə qoydun və qısa zamanda özünə gəldin. Bundan sonra əsəblərinə hakim olub, yalnız və yalnız futbol haqda düşünməlisən. Cavidi çox istəyirəm, belə də qalacaq. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.
- “Qəbələ”ylə yolları ayırdız, iki saatdan sonra da hava limanında olmalısız. Bəlkə getməmişdən o sirri açasız?
- Hansı sirri? (gülür)
- “Astana” sirrini...
- Bilirəm, inanmayacaqsız, inandırmaq üçün isə başqa üsul bilmirəm. Belə deyim, hazırda hansı komandanı çalışdıracağımı heç özüm də bilmirəm. Bütün suallar açıq qalıb. Bu dəqiqə gözləmə mövqeyindəyəm. “Astana” deyirsiz, bəlkə başqa komanda oldu, onda necə? Futbolda bir saniyə ərzində çox şey dəyişir. Ona görə də səbrli olaq. Yaxın bir həftə ərzində hansısa xəbər olacaq.
- İçinizdən gələn səs “Qazaxıstanda işlə” deyir?
- İndi içimdən gələn səs “Azərbaycanı kuboksuz tərk etməməliydin” deyir. Başqa heç nə. Səmimi deyirəm, hələ heç nə bəlli deyil.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar