17 fev 13:27aktual, secilmisler, manset

SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi

SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi
Veteran futbolçu, Regional Futbol Federasiyasının vitse-prezidenti Maşallah Əhmədovun həbs olunması nəinki ölkəmizdə, keçmiş SSRİ məkanında böyük ajiotaja səbəb olub. Dünən redaksiyamıza Moskvadan məktub daxil olub. Ölkə prezidenti İlham Əliyevə ünvanlanan açıq məktubun surəti redaksiyamıza da göndərilib.
Çox hörmət bəslədiyimiz İlham Heydəroviç!
Biz, Rusiya və keçmiş SSRİ-nin futbol veteranları, aparıcı klubların məşqçiləri, sabiq müttəfiq respublikaların çoxmilyonlu idman ictimaiyyəti, bütün futbolsevətlər adından bizi narahat edən bir məsələyə görə sizə müraciət edirik. Söhbət bizim köhnə dostumuz, uzun illər “Neftçi”nin, SSRİ yığmasının heyətində sərgilədiyi oyunla könülləri fəth edən, uzun illər Azərbaycan Futbol Federasiyasının rəhbərliyində təmsil olunan Maşallah Əhmədovun başına gələn bədbəxt hadisədən gedir. Onun idman sahəsində xidmətlərini sizə xatırltmaq istəmirik, bilirik ki, bütün bunlardan xəbərdarsız. Onu da xatırladaq ki, 1990-cı ilin qanlı-qadalı yanvar günlərində Əhmədov müdafiəsiz qalmış günahsız insanları gözüqızmış kütlənin əlindən xilas etməklə bakılılara xas kişilik nümayiş etdirərək, əsl insanlıq nümunəsi göstərmişdi.
Təəssüf ki, ailəsini dolandırmaq xatirinə yaxın vaxtlarda biznes fəaliyyətinə başyan veteran futbolçu nəticədə xoşagəlməz olayla – tikinti materialları almaq üçün borc almalı olub və onu qaytara bilməyib – üzləşib. Biz onun bu yanlış addımını dəstəkləmirik. Lakin yerli idman ictimaiyyəti kimi, Azərbaycan futbolunun fəxrinin, ölkənin adını yüksəldən veteranın Bakı məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum olunması ilə də razılaşa bilmirik.
Onu da nəzərə almaq lazımdı ki, borcun müəyyən hissəsinin bağlanması üçün Maşallah sabiq futbolçu yoldaşlarından topladığı pulu zərərçəkənə ödəmək istəyib. Ancaq o nümayişkəranə şəkildə bundan imtina edib.
Fikrimizcə, 60 illik həyatında ilk dəfə səhv edən, ömrünün ən yaxşı çağlarını mərkəz hücumçusu kimi milyonlarla həmyerlisinin sevinməsinə həsr edən insana qarşı bu cəza həddən artıq sərtdi.
Sizi idmanın inkişafına çalışan bir dövlət başsısı kimi tanıdığımızdan (son illərdə azərbaycanlı idmançıların dünya çempionatlarında və Olimpiya Oyunlarında göstərdiyi nəticələr hamı tərəfindən qibtə hissi ilə qarşılanır ki, bunda da sizin danılmaz əməyiniz var), ümid edirik ki, Azərbaycanın tanınmış veteran idmançısının işinə yenidən baxılmasını diqqətinizdə saxlayacaqsız. İnanırıq ki, obyektiv araşdırma daha dəqiq nəticə verəcək. Ailənin və azyaşlı uşağın da başsız qaldığını yüngülləşdirici hal kimi qəbul etmək olar. Böyük hörmət bəslədiyimiz İlham Əliyevin idman dünyasının bu müraciətinə Əliyevlərə xas obyektilik və humanistliklə qarşılıq verəcəyinə ümidimiz çox böyükdü. Gələcəyə inamla addımlayan Azərbaycanın gələcəyi naminə sizə möhkəm və əsl idmançı sağlamlığı arzulayırıq.
Məktubu Valeri Sısoyev, Oleq Bloxin, Valeri Qazzayev, Nikolay Tolstıx, Yuri Syomin, Hacı Hacıyev, İqor Ponomaryov, Vladimir Mixaylevski, Vladimir Qutsayev, Aleksandr Çivadze, Otar Qabeliya, Tengiz Sulakvelidze, Vagiz Xidiyatullin, Oleq Romantsev, Mixail Gerşkoviç, Georgi Yartsev, Eduard Markarov, Rafiq Quliyev, Nikolay Smolnikov, Rafiq Əlizadə və Aleksandr Lvov imzalayıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar