03 in 12:14aktual

“Neftçi” Tərlan Əhmədovla yolları ayırdı

“Neftçi” Tərlan Əhmədovla yolları ayırdı
Rüstəm Allahverdiyev: “Yeni baş məşqçi əcnəbi olacaq”
Gözlənilən an yetişdi. Əslində Tərlan Əhmədovun “Neftçi”li günlərinin çox çəkməyəcəyi gün kimi aydın idi. Baş məşqçinin müqavilə müddəti mayın sonuna qədər nəzərdə tutulmuşdu ki, rəhbərliyin onunla yeni işbirliyində maraqlı olmadığını uşaqdan-böyüyə hamı bilirdi. Bircə qalırdı vaxtın yetişməsi və klub saytının bu haqda xəbər yayması. Həmin məlumat isə dünən saytda yerləşdirildi: "Neftçi” əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb. Müşahidə Şurasının və təsisçilərin qərarı ilə onunla qüvvədə olan müqavilə yenilənməyib. "Neftçi” olaraq Tərlan Əhmədova xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Belə də olmalıydı. Hələ mövsümün gedişində klubun idman direktoru Ceyhun Sultanovun futbolçu dalınca xarici ölkələrə səyahət etməsi klub rəhbərliyinin gələcək planlarının tərkib hissəsi idi. Klub rəsmisinin baş məşqçidən xəbərsiz namizəd futbolçuları izləməyə yollanması yayda başqa mütəxəssislə işbirliyinin qurulacağı anlamına gəlirdi. Tərlan bəyin hər fürsətdə qazandığı nəticələri ön plana çəkməsi və müqavilə ilə bağlı heç kimə yalvarmayacağını deməsi də “torbadakı pişiy”in göstəricisi sayıla bilər. Qısası, klub başbilənləri ilə çalışdırıcının soyuq münasibətinin sonu olmalıydı.
Lakin bütün bunlara baxmayaraq, Tərlan Əhmədovla müqavilənin yenilənməməsi anlaşılmazdı. Adam “Neftçi”yə baş məşqçi təyin olunanda komanda 1 xalla 8 komanda arasında 7-ci pillədə yer almışdı. Avrokuboka vəsiqə nədi, “ağ-qaralar”ın elitada qalıb-qalmayacağı müzakirə olunurdu. Lakin qısa vaxt ərzində daxili ab-havanı yaxşıya doğru dəyişən təcrübəli mütəxəssis uğurlu nəticələrlə azarkeşləri sevindirməyi bacardı. Kubokun yarımfinalında “Qəbələ”yə məğlub olan bakılılar çempionatı 3-cü pillədə başa vurub, 2013-cü ildən sonra ilk dəfə medal arzusuna qovuşdu. Mövsümün sonlarına yaxın komandanın parlaq çıxışla qələbələri sıralaması “Neftçi”nin Avroliqada inamlı çıxış edəcəyindən xəbər verirdi. Bunun üçün heyət güclənməli, baş məşqçi ilə yeni anlaşma əldə olunmalıydı. Lakin rəhbərliyin iş prinsipləri ilə razılaşmayan Tərlan Əhmədovun bu xüsusiyyəti klub başbilənlərinə sərf etmirdi. Əslində rəhbərliyi də anlamaq olar. 3-cü yer flaqman üçün elə də uğurlu nəticə deyil. Digər tərəfdən yeni prezidentin yola başqası ilə davam etmək haqqı var.
“Neftçi” Əhmədovun postunu tutacaq mütəxəssisin axtarışı yönündə inadla çalışır. “Kayserispor”dan ayrılandan sonra işsiz qalan Marius Şimuditsanın izinə düşən klub rəhbərliyinin ilk cəhdi uğursuz alınıb. Rumın çalışdırıcı sport24.az saytına verdiyi açıqlamada faktı təsdiq etməklə yanaşı, imicini “Neftçi”də xərcləmək istəmədiyini qeyd edib. Bu azmış kimi, “ağ-qaralar”ın büdcəsinin və özünə təklif olunan illik məvacibin sərf etmədiyini dilə gətirib.
Növbəti hədəf isə Temuri Ketsbayadı. Məşqçi kimi ən uğurlu dönəmi 2005-09-cu illər aralığında “Anortosis”də yaşayan, sonradan Gürcüstan yığmasında, APOEL, AEK və son mövsümü “Orenburq”da çalışan gürcü mütəxəssislə danışıqlar davam etdirilsə də, Ketsbaya son qərarını verməyib. Çox güman, hədəfdə olan təkcə Temuri deyil. Daha bir neçə məşqçi ilə də müzakirələrin aparılması iddia olunur.
Lakin ehtimal olunur ki, əcnəbi çalışdırıcıların imtinasından sonra boş qalmış post Samir Abasova həvalə olunacaq. Halbuki bu da inandırıcı deyil. Çünki Abasov onu mövsümün həlledici anında yarıyolda qoyub “Neftçi”yə yollanan Kamran Quliyevdən bir qədər incikdi. Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev qəzetimizə açıqlamasında bütün şübhələrə son qoydu: “Tərlan Əhmədovla müqavilənin yenilənməməsindən sonra klub rəhbərliyinin əsas məqsədi yeni baş məşqçini müəyyənləşdirməkdi. Hazırda bu yöndə ciddi işlər görülür. Yeni baş məşqçi əcnəbi olacaq, bu birmənalıdı. Yaxın bir həftə ərzində komandanın başına gətiriləcək mütəxəssisin kimliyi haqda məlumat veriləcək. Rəhbərliyin istəyi nəticə qazanmağı bacaran, hədəfləri yüksək olan məşqçiylə anlaşmaqdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar