30 noy 14:50aktual

Rəhbərliyə olan hirsini başqalarından çıxan Tərlan Əhmədov... ...və ya AZAL-ın baş məşqçisinin aqressivliyinin xronologiyası

Artıq ikinci mövsümdü ki, AZAL məhdud büdcəylə premyer-liqada mübarizə aparır. Xatırladaq ki, ötən ilin yayında klub strategiyasını dəyişdi və yalnız yerli futbolçularla ölkə çempionatında çıxış edəcəyini açıqladı. Hətta klubun yarımillik büdcəsinin 150 min manatı aşmadığı da deyilirdi. Təbii, bu məbləğ heç birinci divizion klublarını razı salmır. Düzdü, sonradan təkcə yerlilərlə premyer-liqada tab gətirməyin mümkünsüzlüyünü anlayan rəhbərlik az maaşa oynamağa razılıq verən bir neçə legionerlərlə anlaşdı. Bir sözlə, artıq ikinci mövsümdü ki, AZAL ölkə birinciliyində bu minvalla mübarizə aparır.

 

Ötən mövsüm öyünmək üçün səbəb var idi...

Əslində 2015/16 mövsümünə də AZAL olduqca bərbad start vermişdi. Belə ki, "təyyarəçilər”in ilk 5 turdan sonra hesabında nə xalı vardı, nə də qolu. Lakin Əhmədov hər açıqlamasında belə davam etməyəcəyini, uşaqlara inandığını, qənaətbəxş nəticələrin gec-tez gələcəyini söyləyirdi. Belə də oldu. Yavaş-yavaş toparlanan komanda xallar qazandı, son pilləni tərk etdi. Hətta "AZAL Arena” rəqiblər üçün qorxulu səfər sayılırdı. Vəziyyət o həddə çatmışdı ki, Tərlan bəyin komandasının Avroliqaya yollanmaq şansı yaranmışdı. Ancaq son turlarda uğursuz gedişat bu imkanı əldən verdi. Ancaq hər halda, Əhmədovun öyünmək üçün səbəbi var idi. O klubunda şans qazanmayan, futboldan uzaq, çox az legionerlərin yer aldığı döyüşkən kollektiv formalaşdırmışdı. Çoxları artıq onun premyer-liqanın iddialılarından birini çalışdıracağı ilə bağlı proqnozlar verirdi. Lakin bu baş vermədi və Tərlan bəy yenə də yarıac-yarıtox AZAL-ın "sükanı”nı sağa-sola hərləməli oldu.

 

...bu mövsüm isə yox!

AZAL cari çempionata da yaxşı start verə bilmədi. Özü də heyətdə çox ciddi dəyişikliklər var idi. Komandanın lideri Rail Məlikov, "çərçivə”də ən etibarlılardan sayılan Stanislav Namaşko Şüvəlan təmsilçisini tərk etmişdi. Lakin Əhmədov yenə də ötənilki ssenarinin təkrarlanacağını gözləyirdi. Olmadı. Əslində "Qarabağ”la görüşdəki rüsvayçı məğlubiyyət (0:6) bütün bunların göstəricisi idi. Lakin Tərlan bəy dözdü, dözdü... Ta ki 5-ci turda "Qəbələ”yə səfərdə 0:3 hesablı məğlubiyyətdən sonra AZAL-ın çalışdırıcısı dilə gəldi və gedəcəyinə işarə vurdu: "Deməyə söz tapmıram. Ola bilsin, komandanı tərk edim. Özümə zülm edəsi deyiləm. Heç kim deməsin ki, komandanı yarımçıq qoyub gedirəm. Ötənilki heyətdən komandanın lideri Rail Məlikov və Stanislav Namaşko gedib, Murad Səttarlı da yoxdu. Onların boşluğunu doldura bilmədik. Bunun da səbəbi maliyyə problemidi. Yeni gələnlər onları əvəz edə bilmədi. Mənim üçün çətindi. Bu büdcə ilə, belə şəraitdə nəsə etmək çox çətindi. Buna dözmək olmur. Bu gün imicdən çox gələcəyi düşünürəm. Ola bilər, "İnter”lə oyun mənim üçün sonuncu olacaq. Fikrimin dəyişib-dəyişməyəcəyini bilmirəm. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq”. Lakin həmin görüşdə rəhbərlik nə dedi-demədi, nə vədlər verildi-verilmədi, Əhmədov komandanı tərk etmək fikrindən daşındı. Ancaq dəyişən heç nə yox idi. Tərlan bəyin yalan vədlərə aldandığını söyləmək də doğru olmaz. Vaxtilə yığmanın şərəfini qoruyan, əsas komandanın kapitanı sarğısını daşıyan, "Neftçi” kimi klubda məşqçilik təcrübəsi toplayan birinin klub rəhbərliyinin artıq neçənci dəfə "hər şey yaxşı olacaq” sözlərinə ümid etməsinə ən sadəlövh futbol azarkeşi belə inanmaz. Bir sözlə, 13 turdan sonra qələbə qazanmayan, hətta tarixinin ən pis dönəmini yaşayan "Neftçi”ni belə qabaqlaya bilməyən və bu gedişlə turnir cədvəlinin son pilləsini tərk etməsi inandırıcı görünməyən komandanın baş məşqçisinin öyünməsi üçün heç bir səbəbi yoxdu.

 

Azarkeşin tələbi nəticə, baş məşqçinin işi oyunu təşkil etməkdi!

İstənilən baş məşqçi komandasının uğurunu arzulayan azarkeşin tənqidlərinə dözməlidi. Necə ki, müsbət nəticə olaanda azarkeş çalışdırıcının əməyini qiymətləndirir, onu alqışlayır. Deməli, fanatın uğur tələb etməyə, eləcə də iradlarını bildirməyə tam haqqı çatır. Ancaq "Sumqayıt”la görüşdə fərqli mənzərə yaşanıb. Belə ki, azarkeşlərdən birinin tribunadan Əhmədova xitabən "Rəşad Abdullayevi əvəzlə” deməsi baş məşqçinin xoşun agəlməyib. Tərlan bəy isə oyunu bir kənara qoyub klub işçilərinə və polislərə həmin fanatı "satıb”. Maraqlıdı, birdən Şüvəlandakı arena dolsaydı və hamı birağızdan "filankəsi dəyiş” qışqırsaydı, çalışdırıcı 3 mindən çox azarkeşi stadiondan uzaqlaşdıracaqdı? Bu nə məntiqdi? Azarkeş çox şey tələb edə bilər, baş məşqçinin işi oyunu təşkil etməkdi. Çalışdırıcı hər bir fanatın sözünə reaksiya versə, komandanı kim idarə edəcək? Düzdü, Əhmədov azarkeşin qeyri-etik ifadə işlətdiyinə görə bu cür addım atdığını deyib. Hərçənd belə olub-olmadığı dəqiqləşməyib. Lakin olay lap Tərlan bəyin dediyi kimi olsa da, azarkeşi tribunadan uzaqlaşdırmaq baş məşqçinin işi deyil. Axı bu kimi məqamlar onsuz da ölkə futbolunun ən böyük probleminə - azarkeşlərin stadionlardan uzaq düşməsinə bir qədər də rəvac verir. Dildə "Azərbaycan futbolunu sevirik, onun inkişafı üçün çalışırıq” deməklə iş bitmir. Kor-kor, gör-gör. Tərlan bəyin həmin reaksiyası ilə onsuz da barmaqla sayılacaq qədər az azarkeşi olan AZAL-ın durumu heç uyğun gəlmir.

 

Günahkar başqaları yox, rəhbərlikdi!

Tərlan bəy ilk dəfə deyil ki, bu cür məqamla diqqət mərkəzinə düşür. İstər ötən mövsüm, istərsə də cari "futbol ili”ndə AZAL-ın çalışdırıcısı tez-tez mübahisələrin mərkəzində olur. "Sumqayıt”ın baş məşqçisi Samir Abasovla "atışmalar” hər kəsin yadındadı. Elə çempionatın 11-ci turu çərçivəsində keçirilən AZAL – "Qəbələ” (0:0) matçında qonaqların çalışdırıcısı Roman Qriqorçukla Əhmədov arasında yaşananları xatırladaq. Hərçənd İntizam Komitəsi ukraynalını təhqirə görə cəzalandırsa da, Tərlan bəyə güzəşt edildi. Elə bunun nəticəsidi ki, bu gün Əhmədov azarkeşi də tribunada istəmir. Onun bu qədər aqressiv olmasının səbəbini isə anlamaq çətin deyil. Premyer-liqanın 13 turundan sonra AZAL-ın qələbəsinin olmaması hər şeyi deyir. Bundan başqa, rəhbərliyin kluba lazımi diqqət ayrımaması da göz önündədi. Bir halda ki, Tərlan bəy "rəhbərlik pul verməsə, öz hesabıma transfer edəcəm”, "sonuncu dəfə klub rəhbərliyini nə vaxt gördüyümü xatırlamıram”, "mənim udmağım üçün gərək "yuxarıdakılar” da nəsə etsin” deyirsə, artıq bu sözün bitdyi yerdi. Bəlkə də bu üzdən Əhmədov bu gün meydandan kənar davranışları ilə diqqət mərkəzinə düşür, kimlərləsə insident yaşayır. Ancaq o da qəbul etməlidi ki, komandanın hazırkı durumda olmasının günahkarı rəhbərlikdi, başqaları yox.

FARİZ

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar