30 may 23:19aktual

Aftandil Hacıyevin qarşısına hədəf qoyulmayıb

Aftandil Hacıyevin qarşısına hədəf qoyulmayıb
“Ötən mövsümlə müqayisədə büdcədə müəyyən artım olacaq”
Mövsümün gedişində sərgilədiyi oyunla heç də pis təsir bağışlamayan, buna baxmayaraq, turnir cədvəlini 7-ci pillədə tamamlayan “Səbail”də baş məşqçi dəyişikliyinin olacağını heç kim gözləmirdi. Yəni mövsümboyu Samir Əliyevlə klub rəhbərliyi arasında hansısa fikir ayrılığının olması hiss olunmurdu. Lakin çempionat bitər-bitməz masa arxasında əyləşən tərəflər Əliyevin gedişini labüd saydı. Və çox keçmədən yeni baş məşqçinin adına aydınlıq gəldi – Aftandil Hacıyev.
Məşqçilik fəaliyyəti dövründə 2016/17 mövsümündə “Qarabağ”ın əvəzedicilərini çempion etməsi ilə tanınan Hacıyevin sonuncu iş yeri də elə həmin əvəzedicilər idi. Bununla yanaşı, U-20-də və U-21-də Rəşad Sadıqova kömək edirdi. Bu, Aftandil bəy üçün premyer-liqada debüt olacaq. Maraqlıdı, o buna hazırdımı? Bu və digər suallara cavab tapmaq üçün səbəbkarla əlaqə saxladıq.
- Sizi təbrik edir, yeni komandanızda uğurlar arzulayırıq.
- Təşəkkür edirəm. Mən də sizə çalışdığınız sahədə uğurlar arzulayıram.
- “Səbail” rəhbərliyinin maraq dairəsinə düşməyiniz sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Açığı, iki gün ərzində baş verən proseslərin yekunu idi. Nə vaxtsa premyer-liqada çalışacağımı bilirdim və buna uyğun da təklif gözləyirdim. Lakin “Qarabağ”ın əvəzedicilərində, eyni zamanda yığmada çalışa-çalışa bu cür təklif almağım ani oldu, gözlənilməz idi.
- Zəng birbaşa klub rəhbərliyindən oldu?
- Bəli. Bildiyiniz kimi, məndən öncə də bir neçə həmkarımın namizədliyi irəli sürülmüş, onlarla danışıq aparılmışdı. Sadəcə, anlaşma əldə olunmamışdı. Oturduq, söhbət etdik, görəndə ki, düşüncələrimiz müəyyən mənada üst-üstə düşür, düşünmədən razılıq verdim.
- Bildiyimə görə, Samir Abasova kifayət qədər sərfəli maliyyə şərtləri irəli sürülüb. Lakin biləndə ki, “Sumqayıt”da çalışdığı köməkçilərini “Səbail”ə gətirə bilməyəcək, o bundan imtina edib. Maraqlıdı, siz öz məşqçi dəstənizlə gələcəksiz, yoxsa rəhbərliyin təklif etdiyi köməkçilərlə işləyəcəksiz?
- Əvvəla onu qeyd edim ki, Samir Abasovla müqayisə olunmaq istəməzdim. Premyer-liqada çox böyük təcrübəsi var və öz işi ilə bacarığını ortaya qoyub. Mən isə eltada debüt edəcəm. O ki qaldı sualın əsas tərəfinə, köməkçilərimi özüm seçəcəm. Bununla bağlı qarşıma hansısa qadağa qoyulmayıb.
- Kimlər olacaq?
- Hazırda bu məsələni götür-qoy edirəm. Nəzərimdə olan namizədlər var, lakin hələ tam qərar verməmişəm. Bir neçə günə bilinməlidi.
- Ola bilməz ki, 3-4 nəfərdən heç biri haqda qəti qərar verməyəsiz...
- Gözaltı etdiklərim var, sadəcə, ad çəkmək istəmirəm. Açığı, daha çox bu sahədə təcrübəsi olanlarla işləmək istəyirəm. Aralarında gənclərin olması da qaçılmaz deyil.
- Əsas sual: “Səbail”in, eləcə də sizin qarşınıza qoyulan hədəf nədi?
- Rəhbərliyin istəyi ilk növbədə sağlam, mehriban kollektivin formalaşdırılmasıdı. Seçəcəyimiz, güvənəcəyimiz futbolçulardan çox şey asılıdı. Ona görə də futbolçu seçiminə həssas yanaşacam, yanaşıram. Oyunu ilə yanaşı, insani keyfiyyətləri də prinsiplərimizə uyğun gəlməlidi.
- Hədəf nədi, hədəf?
- Qarşımıza xüsusi hədəf qoyulmayıb. Yəni “mütləq avrokuboklara vəsiqə qazanmalıyıq” deyə bir şey yoxdu. Bacardığımız qədər ən yaxşı nəticəni əldə etməyə çalışacağıq.
- Rahid Əmirquliyevlə Ağabala Ramazanovun transferi hədəfsiz komandanın planlarına uyğun gəlmir axı. Aydın məsələdi ki, büdcə artımı olacaq. Rahidlə Ağabala 3-5 minə oynamağa razılıq verəcək futbolçular deyil.
- Ötən mövsümlə müqayisədə büdcədə müəyyən artım olacaq. Amma artım nə qədər olacaq – bu haqda məlumatım yoxdu.
- Kəskin artım gözlənilir?
- Bu gün üçün bizi qane edə biləcək məbləğdə olacaq. Fikrimcə, maraqlandığımız futbolçuları heyətə qatmağa gücümüz çatacaq. Əsas diqqəti futbolçu sayına yox, keyfiyyətə ayıracağıq.
- Rahidlə Ağabalanın transferi sırf sizin istəyiniz əsasında gerçəkləşdi?
- Bəli. Hər ikisi azad agent statusuna sahib idi və bu imkandan istifadə etdik.
- “Qarabağ”dan ayrılan oyunçulardan sırf bu iki nəfəri “Səbail”də görmək istəyirdiz, yoxsa yalnız adları çəkilənlər gəlməyə razılıq verdi?
- Kimləri nəzərdə tutursuz, bilmirəm. Amma bizə lazım olanlar “Səbail”lə anlaşdı.
- Əfran İsmayılov, Arif Daşdəmirov, Elvin Yunuszadə...
- Büdcəmizi də nəzərə alırıq. Bu gün birdən-birə bu qədər yüksək ödənişli futbolçu ala bilmərik.
- Legionerlərlə bağlı planlarınız nədən ibarətdi?
- Limitin imkan verdiyi qədər, yəni təxminən 6 əcnəbi ilə anlaşa bilərik. İstədiyimiz futbolçuları tapa bilməsək, say bundan da az ola bilər. Çalışacağıq ki, yerli bazardan istədiyimiz futbolçuları əldə edək. Bu baş verməsə, legionerlərii nəzərdən keçirəcəyik.
- Gözaltı etdiyiniz yerli futbolçular arasında əsas yığmanın üzvləri var?
- Bu dəqiqə ən çətin işimiz yerli bazarda oyunçu seçimi etməkdi. Əksəriyyətinin klubu ilə müqaviləsi var, bir çoxu da mövsümün sonuna yaxın yeni komandası ilə danışıb, razılaşıb. Əsasən azad agent statusuna sahib olanlarla danışırıq. Ad çəkməyəcəm, amma keyfiyyətli futbolçular var.
- Mövsüm başa çatandan sonra müqaviləsinin müddəti başa çatan 10 futbolçu ilə yeni anlaşma əldə olunmadı. Onlardan bəzilərinin yenidən “Səbail”də olması mümkündü?
- Düz qeyd edirsiz, onlar göndərilməyib. Sadəcə, klubla anlaşma müddəti başa çatıb. Ola bilsin, bəziləri ilə yeni anlaşma əldə olunsun.
- Aftandil Hacıyev məşqçi kimi premyer-liqada işləməyə hazırdı?
- İstəyim və həvəsim var. Premyer-liqanın başlamasını gözləyirəm. Sonra necə olacağını zaman göstərəcək.
- Sələfiniz Samir Əliyevlə danışmısız?
- Samir Əliyevlə vaxtilə birgə futbol oynamışıq. Əvəzediciləri çalışdıranda dəfələrlə bir-birimizə rəqib olmuşuq. Münasibətimiz yaxşıdı. Ona görə də təklif alan kimi Samirə zəng etdim. Lakin həmin vaxt cavab vermədi. Sonradan öyrəndim ki, ölkə xaricindədi. Buna baxmayaraq, sonradan telefonda danışa bildik. Dost münasibətimiz qalır, bundan sonra lazım olsa, Əliyevin məsləhətlərindən faydalanacam.
- “Qarabağ”ın əvəzedici komandası ilə vidalaşdığınızı bildik. Bəs U-20 və U-21-də Rəşad Sadıqovla işbirliyinizin aqibəti necə olacaq?
- Paralel şəkildə həm klubda, həm yığmada çalışmaq mümkün olmayacaq. Çünki elitada debüt mövsümümdü, daha çox diqqətli olmalıyam. Artıq yığmalardan da ayrılmışam. Hətta bu gün axşam Makedoniya ilə oyunu kənardan izləyəcəm.
- Rəşad Sadıqovun aldığınız təklifə münasibəti necə oldu?
- Rəşad Sadıqovla söhbətim oldu. Mənim üçün daha yaxşı olmasını istəyir.
- Futbolçu kimi “Qarabağ”da oynamısız, məşqçilik fəaliyyətinə də burda başlamısız. Belə deyim, Qurban Qurbanov məktəbində dərs alanlardansız. Maraqlıdı, “Səbail”in oyun üslubu “Qarabağ”ınkına yaxın olacaq, yoxsa başqa planlarınız var?
- Hər məşqçi kimi mənim də öz oyun fəlsəfəm var. Ağlımda olanları futbolçulara yeritməyə çalışacam. “Qarabağ”ın oyun modelinə oxşaya da bilər, oxşamaya da. Buna siz jurnalistlər, azarkeşlər, futbol biliciləri qərar verəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar