30 may 23:07aktual

ÇL-in finalı azərbaycanlıların gözündə

ÇL-in finalı azərbaycanlıların gözündə
Qiymət artımı, problem yaradan ingilis azarkeşlər və mehriban polislər...
Mayın 26-da dünyanın gözü Kiyevdəydi. Zarafat deyil, mövsümboyu gərgin keçən Çempionlar Liqasının finalında “Real”la “Liverpul” üz-üzə gəlirdi. Meydanda yaşananlar haqda geniş şərhə ehtiyac yoxdu. Daha doğrusu, gördüklərinizi gördüz, bilmədikləriniz haqda başqa yazılarda məlumat alacaqsız.
İşin maraqlı tərəfi oyunu Ukraynanın paytaxındakı Olimpiya stadionunda izləyən 61561 nəfərin arasında azərbaycanlıların da yer almasıydı. AFFA prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Elxan Məmmədov, “Qarabağ”ın baş meneceri Asif Əsgərov, bir neçə həmkarımız və matça sıravi azarkeş kimi baxan soydaşlarımız da 90 dəqiqə ərzində başverənlərin canlı şahidi oldu.
Görüş canlı yayınlandığından meydanda başverənlərdən xəbərdarıq. Salahla Karvaxalın vaxtından əvvəl zədələnib meydanı tərk etməsi, Beylin mükəmməl qolu, ingilislərin qapıçısı Kariusun kobud səhvləri, oyunun sonlarında meydana azarkeşin daxil olması – bütün bunlarla bağlı ətraflı şərhə ehtiyac yoxdu. Maraqlı olan görmədiklərimizdi. Yəni oyunun pərdəarxası məqamları. Onlar haqda geniş bilgi almaq üçün isə stadionda olan həmyerlilərimizə müraciət etdik.
Asif Əsgərov: “Çempionlar Liqasında bir qrupa düşərik” deyib, zarafat edirdilər”
Asif Əsgərov yalnız qarşılaşmaya baxmağa getdiyini deyib, təfərrüata varmaq istəmirdi. Lakin çoxsaylı xahişlərimizdən sonra gördükləri haqda danışmağa razılıq verdi. Öncə həlledici oyundakı iştirakı və görüşləri haqda söz açdı: “Düzü, Kiyevə UEFA-nın dəvəti ilə gəlmişdik. Sağ olsunlar, təşkilatçılıq yüksək səviyyədə idi. Hava limanında qarşılanma, otelə yerləşdirilmə, stadiona giriş-çıxış – hamısı təqdirəlayiq idi. Çünki bu kimi işləri UEFA görmüşdü, əvvəldən hər şey hazırlanmışdı. Xüsusi şəxslər ayrılmışdı ki, hərəkət istiqamətləri barədə məlumatları onlardan alırdıq. “Çempionlar kəndində məskunlaşmışdıq. UEFA-nın qonaqları ilə eyni oteldə qaldığıma görə, təbii ki, qurumun prezidenti Aleksander Çeferinlə görüşmək imkanımız oldu. Belə deyim, ayaqüstü söhbətdə bəzi məsələlər ətrafında fikir mübadiləsi apardıq. UEFA-nın Avropa Klublar Birliyinin üzvü olduğumdan, əsasən bu komitədə yer alan tanıdığım insanlarla ünsiyyətdə olurdum . “Legiya”nın və “Seltik”in prezidentləri ilə söhbət etmək imkanım oldu. UEFA-nın əvvvəlki iclaslardan onlarla tanış idim, üstəlik, “Qarabağ” “Seltik”lə qarşılaşmışdı deyə, münasibətimiz vardı. “Çempionlar Liqasında bir qrupa düşərik” deyib, zarafat edirdilər. Daha bir xoş təsadüf yaşandı. Açığı, AFFA-nın baş katibi Elxan Məmmədovun Kiyevdə olduğunu bilmirdim. Stadionda bir-birimizi görüncə, görüşdük. Rövnəq Abdullayevin də burda olduğunu söylədi. Rövnəq müəllim yüksək səviyyəli görüşlərlə bağlı Kiyevə iki gün öncədən gəlibmiş. Elxan Məmmədovun dəvəti əsasında həm Rövnəq Abdullayev, həm də Elşad Nəsirovla görüşdüm. Ümumi mövzuda qısa söhbətimiz oldu”.
Əsgərov AFFA-nın baş katibi haqda da ağızdolusu danışdı: ”Bildiyiniz kimi, Elxan Məmmədov UEFA rəsmisidi, komitədə vəzifə daşıyır. Həmin komitənin sədri gələ bilmədiyinə görə Elxan bəy sədrin əvəzindən çıxış etdi, lazım olan məlumatları çatdırdı. Bir daha əmin oldum ki, baş katib UEFA-da güclü simadı. Ətrafdakılarla münasibətinə baxdıqda bunu hiss etmək çətin deyildi. Bu cür şəxslərin Azərbaycanı UEFA-da təmsil etməsi, əlbəttə, qürurvericidi. Elxan Məmmədovla söhbət edəndə, Qazaxıstan Futbol Federasiyasının baş katibi bizə yaxınlaşdı. Bildiyiniz kimi, iyunda yığmanın Qazaxıstanla oyunu var. Baş katib Məmmədovla söhbətdə bu görüşü məmnuniyyətlə gözlədiklərini deyib, maraqlı oyun alınacağını dilə gətirdi. Bu cür tədbirlərdə iştirak etməyimiz ölkəmizin və futbolumuzun daha çox tanınması tərəfindən vacibdi” .
Ölkəmiz Çempionlar Liqasının finalına olmasa da, indiyə qədər bir çox mötəbər yarışlara – “Avroviziya”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, oğlanlar və qızlar arasında dünya çempionatlarına evsahibliyi edib. Bu azmış kimi, 2018/19 mövsümündə Avroliqanın finalı, AÇ-2020-nin 4 qarşılaşması da ölkəmizdə baş tutacaq. Maraqlıdı, təşkilatçılıq baxımından ukraynalılar öndədi, yoxsa bizimkilər? Ya da Kiyevə səfər edən turistlər gördükləri mənzərədən, üzləşdikləri münasibətdən razı idi? Asif bəyi dinləyək: “Ümumi söhbətdən belə başa düşdüm ki, UEFA nümayəndələri əsasən azarkeşlərin yerləşməsindən narazı qalıb. Kiyev uzun müddətdi bu cür yarışlara evsahibliyi etmədiyinə görə şəhərin buna tam hazır olmadığını hiss etdim. Hava limanından şəhərin mərkəzinə gəlmək istəyən azarkeşlər nəqliyyata 100 avro vermələrindən narazı idilər. Otellərin qiyməti də süni artıma məruz qalmışdı. Hətta hostellər belə qiymətləri xeyli qaldırmışdı. Qalmağa yerlər kifayət qədər olmamışdı. Bildiyimə görə, ispanların Kiyevə gəlməsində də müəyyən çətinliklər yaranıb. Belədə biletlərin bir qismi qaytarılıb. Təbii, bu cür xoşagəlməz hallardan UEFA rəsmiləri də xəbər tuturdu. Azərbaycanlı olduğuma görə yox, gördüklərim əsasında deyirəm: ölkəmiz bu cür yarışlara daha məsuliyyətlə yanaşır, təşkilatçılıq daha da yüksək səviyyədə olur. Bunu deməklə çəkilən əziyyəti yerə vurmaq istəmirəm. Amma bizimlə ukraynalıların arasındakı fərq özünü göstərirdi. Həm də UEFA rəhbərliyi əlindən gələnin ən yaxşısını etməyə çalışmışdı. Ən vacibi, hansısa xoşagəlməz hallar yaşanmadı. Azarkeşlər rahat şəkildə stadiona daxil olub, çıxmağı bacardılar”.
Elsevər Məmmədov: “Ən ciddi nöqsan qiymətlərin süni artımı idi”
“Qafqazinfo”dan olan həmkarımız Elsevər Məmmədov isə jurnalistlərə yaradılan şəraitdən, ümumi medianın işindən bəhs etdi: “Media mənsubları üçün yaradılan şərait haqda qısa deyəcəm, hər şey mükəmməl idi. Oyundan bir gün əvvəl akkreditasiya vərəqələrini götürməyə gedəndə, rahat şəkildə prosedurlardan keçib lazım olan vərəqəni götürdük. Asiya, Şimali və Cənubi Amerika, Avropa, hətta Afrika ölkələrindən 1000-ə yaxın jurnalist Kiyevə təşrif buyurmuşdu. Bu dərəcədə sıxlığa baxmayaraq, hansısa problemlə üzləşmədik. Hətta bir maraqlı məqamı da qeyd edə bilərəm. Mətbuat konfranslarında iştirak etmək üçün ayrıca qeydiyyatdan keçmək lazım gəlirdi ki, təcrübəsizlik ucbatından bunu etməmişdik. Buna baxmayaraq, təşkilatçılar vəziyyəti anlayışla qarşıladı, oyundan bir gün əvvəlki mətbuat konfranslarında iştirakımıza şərait yaradıldı, hər iki komandanın məşqini izləyə bildik. Oyun günü də stadionun qarşısında sıxlığa baxmayaraq, rahat şəkildə stadiona daxil olub media sektorundakı yerimizi tutduq. Təzadlı məqam o idi ki, bizi erməni həmkarlarımızla eyni yerə salmışdılar. Üç erməni və üç azərbaycanlı jurnalist eyni sırada oturmuşdu.
Oyundan sonra futbolçularla danışmaq üçün “miks-zona”ya getmişdim. İstər “Real”ın, istərsə də “Liverpul”un futbolçuları ilə danışmaqda problem yox idi. Bütün futbolçular qarşımızdan keçirdi ki, lazım olanlarla danışa bilirdik. Sayımız çox idi deyə, bir futbolçu ilə 10-15 jurnalist danışırdı. Bizim üçün “Liverpul”lularla ünsiyyət qurmaq daha rahat idi. Çünki ingilis dili ilə bağlı problem yoxdu. Amma “Real”ın oyunçuları əsasən ispan dilində danışırdı ki, ona görə də onlara ispan və ya portuqal dilini bilənlər yaxınlaşırdı. Yerli jurnalistlərin çoxu ulduzlardan avtoqraf alır, şəkil çəkdirirdilər. Belə deyim, futbolçulara yaxınlaşmaq problem deyildi. Matçdan bir gün əvvəl Yaponiya televiziyasının əməkdaşları yekun nəticə ilə bağlı sorğu keçirirdi ki, biz – azərbaycanlı jurnalistlər də iştirak etdik, proqnoz verdik”.
Kiyevdə durum necə idi? Azarkeşlərin, başqa cür desək, turistlərin rahatlığı üçün hər cür şərait yaradılmışdı? Məmmədovun məlum mövzuyla bağlı fikirləri qarışıqdı: “Sırf oyuna hazırlıq və maraq baxımından deyirsizsə, ciddi nöqsan görmədim. Çünki bu işlə birbaşa UEFA rəsmiləri məşğul olmuşdu. Şəhərin mərkəzində “final şəhərciyi” azarkeşlərin ixtiyarına verilmişdi. Müxtəlif fan-şopları gəzdik, məlumatlarla tanış olduq. Hətta dünyaca ünlü Kafu da orda rastımıza çıxdı, futbol oynayırdı. Ən çox narahatlıq doğuran məqam iğtişaşın baş vermək ehtimalı idi ki, yüksək səviyyəli təhlükəsizlik tədbirləri nəticəsində xoşagəlməz hallar olmadı. Polislərin davranışını mütləq qeyd etməliyəm. Çılğın ingilis azarkeşlərin şıltaqlıqlarına baxmayaraq, polislər onlara qarşı nəzakətlə davranırdı. Gülərüzlə, mehriban şəkildə başa salıb, razı salırdılar. Hətta ingilislərin kafelərin birində problem yaratmalarına baxmayaraq, polislər onlarla gülərüzlə davranıb, vəziyyəti başa salmağa çalışdılar. Ən ciddi nöqsan qiymətlərin süni artımı idi. Bu özünü xüsusən də otellərdə və kirayə evlərdə aşkar göstərirdi. Fürsətdən istifadə edən yerli mənzil sahibləri günlük kirayə evlərin qiymətini 2-3 dəfə qaldırmışdılar. Bakıyla müqayisədə otel və evlərin qiyməti həddən artıq baha idi. Hə, sonda onu da qeyd edim ki, oyundan bir gün əvvəl, yerli vaxtla saat 16.00-da ulduzların yoldaşlıq görüşü təşkil olunmuşdu ki, meydana çıxanlar arasında Andrey Şevçenko, Raul Qonsales, Roberto Karlos, Stiven Cerrard, Rio Ferdinandı görmək olardı. Belə deyim, unudulmaz səfər kimi yadımda qaldı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar