“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerye klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Haiti millisinin üzvü “instaqram” səhifəsi vasitəsilə ölkəmizdə qalacağını vurğulayıb. Qeyd edək ki, İtaliya mətbuatı Geryenin karyerasını A seriyasında davam etdirməyə çox yaxın olduğu və menecerinin bu ölkənin klublardan biri ilə danışıq apardığı haqda xəbər yaymışdı. Lakin 29 yaşlı futbolçu “Qarabağ”la olan müqaviləsinə sadiq qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim “Qarabağ”la daha birillik müqaviləm var”.