30 may 12:39aktual

Yunis Hüseynov “Kəpəz”də qalmayacaq

Yunis Hüseynov “Kəpəz”də qalmayacaq
“Divizionda çalışmaq mənlik deyil”
Gəncənin Avropanın idman paytaxtı seçilməsi, stadionda aparılan təmir işlərinin davam etməsi gəncəlilərdə “Kəpəz”in elitada qalacağı, AFFA-nın “sarı-göylər”ə güzəşt edəcəyi ilə bağlı inam yaratmışdı. Lakin çərşənbə axşamı qəzetimizə açıqlama verən assosiasiyanın baş katibi Elxan Məmmədov şəhərin futbolsevərlərinin qanını qaraladacaq sözlərlə yadda qaldı. Baş katib İcraiyyə Komitəsinin və Lisenziya Komissiyasının qərarlarının dəyişməyəcəyini, “Kəpəz”in növbəti mövsüm birinci divizionda çıxış edəcəyini açıq şəkildə bildirdi.
Bəs görəsən, bütün bunlardan sonra hər açıqlamasında “biz də xəbər gözləyirik” deyən, “Kəpəz”in premyer-liqada qalacağına ümid bəsləyən baş məşqçi Yunis Hüseynov nə düşünür? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Yunis bəylə əlaqə saxladıq.
- Son günə qədər inanırdım ki, “Kəpəz” premyer-liqada qlacaq. Ancaq Elxan Məmmədov son açıqlamasında bir daha bildirib ki, “Kəpəz”in elitada qalmayacağı dəqiqdi. Bu sözlərdən sonra nə deyə bilərəm? Deməli, bütün suallara nöqtə qoyulub.
- “Neftçi” ilə oyundan əvvəl sizin Gəncənin icra başçısı Elmar Vəliyevlə görüşəcəyiniz deyilirdi...
- Cənab başçı ilə görüşümüz oldu.Müəyyən müzakirələr apardıq. Bir şəhər ki Avropanın idman mərkəzi seçilir, stadionunda təmir işləri aparılır, onun təmsilçisi premyer-liqada qalmalı idi.
- Baş məşqçisi olduğunuz komanda vaxtında nəticə qazanıb sonuncu olmasaydı, bu gün heç kimdən güzəşt ummazdız. Hər halda, “Kəpəz”in elitanı tərk etməsində sizin də günahınız var.
- Mən məsuliyyətdən qaçmıram. Ancaq bəzi məsələlər var ki, onu da nəzərə almaq lazım idi. Mən həmişə demişəm ki, biz növbəti mövsümün komandasını qururuq. Əslində fikrimiz belə idi ki, bu il bacardıqca məzmunlu oyun sərgiləməklə yanaşı, gələcək kollektivin özəyini yaradaq. Gələn ildən isə artıq iddialı komanda ilə yüksək yerlər uğrunda mübarizə aparaq. İşimizi də bunun üzərində qurmuşduq. Xatırlayırsızsa, komandanı götürdükdən sonra birdən-birə 12 futbolçu ilə vidalaşdıq. Şəhriyar Rəhimovla Şəhriyar Əliyevdən başqa əsas heyətin oyunçularını yola saldıq və əvəzində yeniləri düşərgəmizə dəvət etdik. Bu dəyişikliklərin hamısı 2018/19 “futbol ili” üçün nəzərdə tutulmuşdu. Ancaq görünür, kimlərsə başqa planlar cızıblar. Bu müddətdə hansı çətinliklərlə üzləşdiyimizi mən və köməkçilərimdən yaxşı bilən yoxdu. Elə xoşagəlməz hadisələrlə üzləşdik ki, yadıma düşəndə hələ də əsəbləşirəm.
- “Xoşagəlməz hadisələr” deyəndə nəyi nəzərdə tutursuz?
- Elə götürək futbolçularıma olan zəngləri. Kimlərsə bilərəkdən düşərgədə ab-havanı pozmaq üçün oyunçulara zəng vurub axmaq-axmaq sözlər deyirdilər.
- Bəlkə açıq danışaq. Nə deyiblər axı sizin futbolçulara?
- Deyirdilər ki, rəhbərlik sizi aldadır. Siz yarımillik müqaviləyə qol çəkdiyiniz halda, sənəddə həmin müddət bir il göstərilib. Futbolçu da gəlib mənə narazılıq edir, meydana çıxmayacağını deyirdi. Gecə saat 12-yə kimi onunla üzbəüz oturub bütün bunların yalan olduğunu söyləyirdim, qarşısına fakt qoyurdum ki, deyilənlər həqiqəti əks etdirmir. Bütün bunlar oyundan bir gün öncə yaşanırdı. Sizcə, əhval-ruhiyyəsi pozulan oyunçu ertəsi meydanda var qüvvəsi ilə mübarizə apara bilər? Və yaxud zədə amilini götürək. Elə bir oyun olmadı ki, baş məşqçi kimi optimal heyətdən istifadə edim. Hər dəfə 2 və ya 3 futbolçu sıradan çıxırdı. Zədəsi ciddi olanların xidmətindən yararlana bilmirdik, yüngül olanları isə iynə gücünə meydana buraxırdım. Ən gülməlisi o idi ki, futbolçu gecə yatdığı yerdə zədələnirdi. Bunu sözün həqiqi mənasında deyirəm. Möcüzə idi. Adam sap-sağlam yatmağa gedib. Səhər durub deyir ki, filan yerim ağrıyır. Həkimlər müayinə edirdilər və görürdülər ki, həqiqətən də belədi. Neçə illərdi futboldayam, heç vaxt belə qeyri-adi hallarla rastlaşmamışdım. Köməkçilərimlə birgə oturub söhbətləşəndə də başverənlərə məəttəl qalırdıq. Komanda mənim rəhbərliyim altında 14 oyuna çıxıb. Onlardan 10-da ən azı 1 xal qazanmalıydıq. Təəssüf ki, sanki bəxt də bizdən üz döndərmişdi. Real imkanları boşa verirdik. Əvəzində son dəqiqlərdə qapımızda heç nədən qol görürdük.
- Düşərgədə ab-havanı pozmaq üçün futbolçulara kimlərin zəng etdiyini bilmirdiz?
- Hardan bilim ki, onlar kimlərdi? Tanısaydım, həmin yaramazları öz əllərimlə boğardım.
- Artıq “Kəpəz”in birinci diviziona düşdüyünə heç kim şübhə etmir. Baş məqçi kimi klubda qalıb işinizi davam etdirəcəksiz, yoxsa missiyanızın başa çatdığını düşünürsüz?
- Birinci dəstədə çalışan məşqçilərin heç biri məndən inciməsin, hamısına böyük hörmətim var. Ancaq divizionda çalışmaq mənlik deyil. İşsiz olduğum müddətdə də dəfələrlə aşağı dəstə təmsilçilərindən elita klublarına yaraşan təkliflər almışam. Ancaq hamısına “yox” demişəm.
- Birinci divizionda çalımağı özünüzə sığışdırmırsız?
- Aşağı dəstə barədə o qədər xoşagəlməz söz-söhbət yayılır ki... Elə mühitdə işləmək istəmirəm. Ondansa, işsiz qalmaq daha məqsədəuyğundu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar