27 may 10:47aktual

"Qarabağ"ın uğuru özü üçün problemə çevrilib”

"Qarabağ"ın uğuru özü üçün problemə çevrilib”
Rəşad Sadıqov “milliləşdirmənin” əleyhinə deyil
U-20-nin baş məşqçisi Rəşad Sadıqov Makedoniya ilə görüşdən sonra brifinq keçirib. Gənc mütəxəssis "Qarabağ"la bağlı sualları da cavablayıb.
- İki fərqli hissə oldu. İlk yarıda daha yaxşı oynayan, ikinci hissədə isə daha çox müdafiəyə fikir verən Azərbaycan millisi...
- Müdafiəyə diqqət məcburiyyətdən irəli gəlirdi. Çünki rəqib sürəti artırmışdı. Əslində ikinci hissəyə də pis başlamamışdıq. Sadəcə, biz topa nəzarəti itirdikdən sonra rəqib daha böyük qüvvə ilə irəli atıldı və daha sürətlə çıxış etməyə başladı. Bu zaman daha çox müdafiə olunduq. Makedoniya çox yaxşı komandadı. Bu kollektivi çox yaxşı tanıyıram. Rəqib olduğu üçün tərifləmək istəmirəm, amma hazırda Avropanın 10-15 yaxşı komandasından biridi. İsveçrə və Belçika üzərində qələbə ilə Avropa çempionatının elit mərhələsinə çıxdıqdan sonra İngiltərəni də yeniblər. Mən belə rəqibə qarşı oynamağı xoşlayıram. İstəyirəm ki, uşaqlar bərkisinlər və görsünlər ki, rəqib necə sürətli, səliqəli oynayır. Bizim üçün yaxşı sınaq oldu. Mən komandamızdan daha yaxşı oyun gözləyir və düşünürəm ki, uğur əldə etmək, yaxşı nəticə qazanmaq istəyiriksə, artırmalıyıq.
- Makedoniyanı daha əvvəl üz-üzə gəldiyiniz Gürcüstanla müqayisə edərdiz...
- Fərqli rəqiblərdi. Makedoniya daha sürətli, daha mobil komandadı. Amma yenə bu fikirdəyəm ki, bu gün daha yaxşı oynaya bilərdik.
- Yığmada “milliləşdirilməyə” ehtiyac varmı?
- Söhbət təkcə U-20-dən getmir. Ümumiyyətlə, yaxşı futbolçu olsa və Azərbaycan yığmasında oynamaq istəsə, “milliləşdirilən” bir neçə oyunçudan yararlanmaqda problem görmürəm. Çünki bu gün buna ehtiyac var. 90 dəqiqə mübarizə aparırsan, bir səhv, bir boşluq hər şeyin üstündən xətt çəkir.
- Ötən oyunda da, bu dəfə də mərkəz müdafiəçilərinin səhvindən qol buraxdız. Hər iki matçda müdafiəçilər eyni idilər. Əvəzləməyə oyunçu yox idi, yoxsa yenə eyni futbolçulara şans vermək istədiz?
- Sırf mərkəz müdafiəçisinin səhvindən qol buraxdığımızı düşünmürəm. Çünki qol standart vəziyyətdən sonra vuruldu. Bu zaman hər bir futbolçu bir nəfəri güdürdü. Oturub təhlil edəcəyik, görək qol epizodunda hansı oyunçu rəqib futbolçunu gözləməli olduğu halda səhvə yol verdi. Tapşırıq olmuşdu ki, standart vəziyyətlərə səbəb olan qayda pozuntusuna yol verməyək. Rəqibin "ikinci mərtəbə"də yaxşı oynadığını bilirdik. Amma yenə boşluq verdik. Hələ danışmaq üçün tezdi. Uşaqların beynəlxalq təcrübələri çox azdı. Vaxt lazımdı ki, get-gedə öz üzərlərində işləsinlər. Ondan sonra baxacağıq ki, kim yaxşıdı, kim bacardı, kim artırdı və ya artırmadı. Bir-iki oyunla hansısa qənaətə gəlmək istəmirəm. Futbolçularımın potensialına inanıram. Düşünürəm ki, öz üzərlərində işləsələr, onlardan yaxşı futbolçular çıxacaq.
- Anton Krivotsyuk "Neftçi"də sol cinahda çıxış edir. Onu stopper kimi meydana buraxmaqla mərkəz müdafiəçisi mövqeyində yoxlamaq istəyirdiz?
- Əvvəllər də qeyd etdiyim kimi, Krivotsyuku daha çox stopper kimi düşünürəm. Çünki bu mövqedə problemimiz var. Antonun boy-buxunu, soyuqqanlılığı, oyun tərzi var. Başla yaxşı oynayır, sürəti pis deyil. Mən onu bu mövqedə görürəm. Ola bilər ki, hansısa oyunda solda da çıxış etsin.
- "Qarabağ"ı 9 futbolçu tərk etdi. Ən gözlənilməz gediş qapıçı İbrahim Şehiçin komandanı tərk etməsi oldu. Bu, nə ilə bağlı idi?
- Bu, Şehiçə gələn təkliflə bağlıdı. Sadəcə, artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın öz uğuru özü üçün problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdı. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiz.
- Gedənlərin yerini doldurmaq çətin olmayacaq?
- Ötən dəfə də qeyd etdim ki, bizim üçün ən çətin transfer dövrü olacaq. Komandada yenilənmə gedəcək. Gedənlər kimi, gələnlər də çox olacaq. Yeni gələnlərin hansı səviyyədə olacağı bilinmir. Ən çətin transfer dönəmi yaşayacağıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar