25 may 14:02aktual

“Qarabağ” bayrama bayram qatmışdı

“Qarabağ” bayrama bayram qatmışdı
Həftənin birinci günü “Azərsun Arena”da bayram ab-havası hökm sürürdü. “Qarabağ” daha bir uzun marafonun sonunda əziyyətinin bəhrəsini gördü. “Qəbələ” ilə matçdan sonra çempionluq kubokunu başı üzərinə qaldıran “köhlən atlar” həm də qızıl medallarına qovuşdu.
Ağdamlılar bu oyuna xüsusi hazırlaşmışdı. “Qarabağ” Cümhuriyyətin 100 illiyi ilə bağlı bir sıra işlər görmüşdü. Stadion dövlət bayraqları ilə bəzədilmişdi. Oyundan öncə hərbi orkestr himnimizi səsləndirdi. Bundan başqa, həm “Qarabağ”ın futbolçuları, həm də oyundan öncə oyunçuların əlindən tutub meydana çıxan uşaqlar üçün xüsusi formalar hazırlanmışdı. Uşaqlara verilən formaların üzərində “Qarabağ”ın loqosu, Cümhuriyyətin yaşına işarə olaraq 100 rəqəmi, “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” sözləri yazılmışdı. Futbolçuların formasında isə klubun loqosu, bayrağımızın rənglərinə uyğun “100” və ardıcıl çempionluqlara işarə edən “5” rəqəmləri, eyni zamanda “since 2014” (2014-dən bəri) yazılmışdı ki, bu da ardıcıl çempionluqların başladığı ili göstərirdi.
Onu da qeyd edək ki, klub jurnalistləri də diqqətdən kənarda qoymamışdı. Əvvəla, media nümayəndələrinin rahat şəkildə stadiona enib, mükafatlandırmanı izləməsi və işıqlandırması üçün xüsusi vəsiqələr hazırlanmışdı. Eyni zamanda “Qarabağ” jurnalistlər üçün təkcə çay süfrəsi açmamışdı, Ramazan ayı olduğundan “fast food” da təşkil edilmişdi.
Çempionluq kubokunun verildiyi anda isə diqqəti çəkən məqam Rəşad Sadıqovun hərəkəti oldu. “Qarabağ”ın kapitanı kuboku özü qaldırmadı, bunu Riçard Almeydanın etməsini istədi. Məlum olduğu kimi, Almeyda gedir və Rəşad geridə qalan 6 mövsümdə komandanın şərəfini qoruyan, uğurlarda önəmli pay sahibi olan Riçarda alqışlanası jest etdi.
Həmin oyundakı xüsusi məqamlarla bağlı “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov bunları dedi: “Bilirsiz ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində son oyunumuz idi. Kubokun finalında olmadığımızdan bu matçda bayram ab-havası yaratmaq qərarına gəldik. Fikir verdizsə, stadionumuz dövlət bayraqları ilə bəzədilmişdi, himnimizin səsləndirilməsi üçün orkestr dəvət edilmişdi. Bunlar hamısı klubun təşəbbüsü idi. Həm futbolçuların, həm də uşaqların formaları Cümhuriyyətin 100 illiyi ilə bağlı xüsusi hazırlanmışdı. Təşkilatçılıq da yaxşı səviyyədə keçdi. Rəşadın jestini də qeyd etməliyəm. Riçard 6 ildi komandanın şərəfini qoruyur, kapitanımız da məhz buna görə kuboku onun qaldırmasını istədi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar