25 may 00:54aktual

Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub

Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub
Amil Yunanov getdi, Aqil Məmmədov akademiyaya rəhbər gətirilir
Samir Abasovun yeni müqavilədən imtina etməsindən sonra “Sumqayıt” rəhbərliyi məşqçi axtarışına çıxıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, hazırda “kimyaçılar”ın rəsmiləri 3 namizəd arasında seçim edir. Onlardan ikisi yerli, biri isə əcnəbi mütəxəssisdi. Mənbəmiz onu da bildirdi ki, Samir Abasovun yenidən “ağ-göylər”in “sükanı arxasına” keçməsi də istisna olunmur. Geridə qalan mövsümdə “Sumqayıt”ı Avropa Liqasına daşıya bilməyən çalışdırıcı yaxın ətrafına “Zirə” ilə oyundan sonra əsəbi olduğundan tələsik qərar qəbul etdiyini, mətbuata isti başla açıqlama verdiyini bildirib. 40 yaşlı çalışdırıcı yaxın günlərdə yenidən rəhbərliklə görüşmək fikrindədi. İndi hər şey Riad Rəfiyevin mövqeyindən asılıdı.
Ötən sayımızda xəbər verdiyimiz kimi, mövsüm başa çatar-çatmaz “kimyaçılar”ın düşərgəsində “yarpaq tökümü” başlayıb. Baş məşqçinin ardından 2017/18 “futbol ili”ndə komandanın “vuran ayağı”, “Sumqayıt”ın mövsüm ərzində vurduğu 34 qoldan 10-nun müəllifi olan Amil Yunanov da düşərgəni tərk edib. Kluba yaxın mənbədən bizə ötürülən bilgiyə görə, rəhbərlik forvarda ayda 3500 manatlıq yeni, 2 illik anlaşma təklif edib. Ancaq forvard həmin məbləğin ikiqatına belə klubda qalmayacağını söyləyib. Onu da əlavə edib ki, artıq elitada çıxış edən klubların biri ona ayda 10 min manatlıq müqavilə təklif edib. Həmin klubun adını isə açıqlamayıb. Ehtimallara görə həmin klub ya “Zirə”, ya da “Keşlə”di. Yeri gəlmişkən onu da bildirək ki, “qartallar” hələ ötən yay hücumçunu rənglərinə bağlamaq üçün canfəşanlıq edib. Lakin həmin vaxt Yunanov karyerasını “Sumqayıt”da davam etdirməyə qərar verdi.
Dünən isə Rəşad Eyyubovla Bəxtiyar Həsənalızadə yeni müqavilələrinin detallarını müzakirə etmək üçün rəsmilərlə görüşüb. Rəşad yeni təklif barədə düşünmək üçün iki gün vaxt istəyib. Həsənalızadə də yaxın 3 gündə qərarını açıqlayacağını bildirib. Bəxtiyarın da “elçi daşı”nın üstündə oturanların olduğu bildirilir. Ucaboy mərkəz müdafiəçisinə “Səbail” ciddi maraq göstərir. Xatırladaq ki, bu günə kimi “kimyaçılar” yalnız kapitan Vurğun Hüseynovla yeni “izdivac bağlayıb”. 2013-cü ildən “kimyaçılar”ın şərəfini qoruyan Hüseynov daha iki mövsüm “gənclik şəhəri” təmsilçisinin uğurları üçün tər tökəcək. Rail Məlikovla Fərhad Vəliyevin də yaxın günlərdə yeni anlaşmaya qol çəkəcəyi gözlənilir.
Mövsümlərarası fasilədə əsas komanda ilə yanaşı, “kimyaçılar”ın Futbol Akademiyasında da əsaslı dəyişikliklərin olacağı gözlənilir. Artıq bunun ilk işartıları da görünməkdədi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, yeni “futbol ili”ndən akademiyaya Aqil Məmmədov rəhbərlik edəcək. Xatırladaq ki, 2013-15-ci illər aralığında əsas komandanı çalışdıran 46 yaşlı mütəxəssis geridə qalan mövsümdə “ağ-göylər”in U-19 komandasına rəhbərlik edib. Bundan başqa, akademiayada çalışan məşqçilərlə bağlı da dəyişikliklərin olacağı gözlənilir. Ötən mövsüm müxtəlif yaş qrupları üzrə komandaların AFFA-nın bayrağı altında keçirilən çempionatlarda zəif nəticələr göstərməsi Riad Rəfiyevi və klubun idman direktoru Zamiq Hüseynovu narazı salıb. Bu üzdən həm prezident, həm də idman direktoru məşqçi heyətində yeniliklər etmək qərarına gəlib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar