25 may 00:45aktual

Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş

Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş
“Vəziyyət o həddə çatmışdı ki, bilmirdim harda yemək yeyim”
Cari mövsüm ölkə xaricində təmsilçilərimiz az deyildi. Onlar müxtəlif ölkələrə səpələnmişdi. Ancaq yalnız biri titula sevindi. Mövsümün ikinci yarısında Kosovoya yollanan Amit Quluzadə “Drita”yla çempionluq sevinci yaşadı. Son turda səfərdə “Priştina”yla qolsuz heç-heçə edən “ağ-göylər” 67 xalla tarixində ikinci dəfə Kosovo çempionu oldu. Maraq üçün bu komandanın ilk dəfə 2002/03 mövsümündə titul qazandığını nəzərinizə çatdıraq. Cari “futbol ili”ni titulla başa vuran yeganə legionerimizlə əlaqə saxlayıb, geridə qalan mövsüm, Kosovodakı həyatı və gələcək planlarıyla bağlı söhbət etdik.
- Əvvəlcə çempionluğun taleyini həll edən oyun haqda məlumat verməyini istərdik.
- Hətta minimal hesabla uduzsaydıq belə, çempion olacaqdıq. Sonda turnir cədvəlində fərq 3 xalla ifadə olunsa da, “Priştina” ilə aramızda səviyyə fərqi çoxdu. Oruc tutduğum üçün baş məşqçi həmin gün məni oynatmadı.
- Sentyabrdan sonra komandan çempionatda uduzmadı. Rəqiblərlə arada aşkar səviyyə fərqi var idi?
- Çox maraqlı çempionatdı. Həm azarkeşi çoxdu, həm də sürpriz nəticələr çox olur. Oyunlarda qalib gəlsək də, çətinlik çəkirdik. Bizim üstünlüyümüz o idi ki, heyətdə daha öncə başqa komandalarda çempionluq sevinci yaşamış bir neçə futbolçu vardı. Onların təcrübəsi çempionluqda böyük rol oynadı. Hardasa 20 il əvvəl çempion olmuşdular. Məni gözləyirdilər də (gülür). Mənə də xoş oldu ki, “Drita”nın uzun müddətdən sonra əldə etdiyi çempionluqda rol oynadım.
- Çempionluğu necə qeyd etdiz?
- Sanki Avropanın öndə gedən ölkələrində olduğu kimi, şadyanalıq var idi. “Drita”nın təmsil etdiyi Gilyani şəhərinin mərkəzinə 20 minə yaxın insan toplaşmışdı. “Feysbuk”da da bununla bağlı video paylaşmışam. Səhərə kimi diskoteka oldu. Amma mən erkən ayrıldım.
- Titula görə mükafat vəd olunub?
- Bəli. Bir-iki günə məsələ həll olunmalıdı. Müqavilə ilə bağlı ilkin danışığımız olsa da, razılaşmamışıq. İclas olacaq və bundan sonra “Drita”da qalıb-qalmayacağım bilinəcək.
- Komandadakı mövqeyindən razısan?
- Burda hər şeydən rahatam. Ən çox xoşuma gələn azarkeşlər idi. Çox ölkədə olmuşam. Amma burdakı fanatlar möhtəşəmdi. Futbolla yatıb, futbolla qalxırlar. Təsəvvür edin, “Priştina” ilə səfər oyununda azarkeşlərimiz üçün 100 nəfərlik yer ayrılsa da, ora 7000 nəfər azarkeşimiz getmişdi. İçəri keçə bilməyənlər stadionun kənarından komandaya dəstək oldular. Özü də 4 saatlıq yol qət etmişdilər. Ancaq bir ay əvvəl yeni müqavilə söhbəti çıxanda klub mənə qarşı bir yanlışlıq etdi. Artıq qərarımı vermişəm. Klub rəhbərliyi ilə söhbətdən sonra cüzi ehtimal var ki, qərarım dəyişsin. Amma buna inanmıram.
- Belə çıxır ki, “Drita”da qalmırsan?
- Qalıb-qalmayacağımı yalnız mən bilirəm. Ancaq yenə də sabahı gözləyək. Xoşagəlməz şey haqda isə danışmaq istəmirəm.
- Yeni müqavilədə məbləğin artırılması nəzərdə tutulub?
- Bunlar klubla mənim aramda olanda məsələdi. Sadəcə, rəhbərliklə qeyd etdiyim söhbətdə sanki tələsdilər. Bəlkə də bir nəfərin səhvi oldu. Bunu mənfi qəbul etdim. Düzdü, sonradan üzrxahlıq edildi. Amma...
- İki Albaniya vətəndaşını istisna edək. Çünki eyni millətin nümayəndələridi. Onları saymasaq, “Drita”da yeganə legioner idin. Darıxırdın?
- Bütün komandalarda əcnəbi var idi. Ancaq burda yalnız mən idim. Mənim üçün darıxmaq deyilən bir şey yoxdu. Neçə ildi ölkə xaricində oynayıram. Niyə darıxmalıyam ki? Bu, mənim işimdi. Darıxmaq mənə uzaq hissdi.
- Bəlkə subay olduğun üçün belə problemlə üzləşmirsən?
- Sözsüz, valideynlərim üçün darıxıram. Bizdə “uşaq gedib neyləyəcək” deyimi var. Braziliyalı, argentinalı, fransalı Azərbaycanda necə oynaya bilir? Onların da ailəsi var da. Bu mövzuda səhv fikirləşirik.
- Legioner həyatı yaşamağın əsas məqsədi “artırmaqdı”. Kosovoda oynamaq sənə nə verdi?
- Burda oynamağımın müsbət tərəfi çox oldu. Birincisi, Kosovo çempionatında daha çox – 12 komanda mübarizə aparır. İkincisi, heç bir oyunumuzu boş tribunalar önündə keçirməmişik. Ən azı 4-5 min azarkeş olub. Mənim üçün çox gözəl təcrübə oldu.
- “Drita” premyer-liqada çıxış etsəydi, neçənci yeri tutardı?
- İlk dəfədi ki, çempionatları müqayisə etməkdə çətinlik çəkirəm. Bildiyiniz kimi, daha öncə Yunanıstan, Türkiyə və Portuqaliyada legioner həyatı yaşamışam. Həmin çempionatlarla premyer-liqanı müqayisə etmək olurdu. Amma burda bir az qəlizdi. Belə deyim, bəzi cəhətlərə görə bizim, bəzilərinə görə isə Kosovo çempionatı daha üstündü. Məsələn, bizdə daha çox legioner oynayır. Ancaq azarkeş, stadion kimi amillərə görə Kosovoda vəziyyət daha yaxşıdı.
- Orda dillə bağlı problemlə yaşadın?
- Yox, çünki ingiliscəm yaxşıdı. Hara gedirəmsə, bu dildən istifadə edirəm.
- Evdə qalırdın, ya bazada?
- Şəhərin mərkəzində yaxşı şəraiti olan mənzildə qalırdım. Bazamıza da yaxın idi. Ümumiyyətlə, Gilyani kiçik şəhər olsa da, şirin, maraqlı yerdi. Havası da bizdəki kimidi.
- Maşınla təmin etmişdilər, yoxsa taksidən istifadə edirdin?
- Maşın verməmişdilər. Lazım olanda taksiylə gedib-gəlirdim. Bəzən avtomobili olan futbolçular gəlib aparırdı. Açığı, ərazi kiçik olduğundan piyada çox yerə getmək olur. Restoran və başqa yerlərə getmək üçün 5 dəqiqə vaxt lazımdı. Piyada gəzmək, 5 dəqiqəlik yolu maşınla 1 dəqiqəyə getməkdən daha yaxşıdı.
- Boş vaxtlarını necə keçirirdin?
- Azarkeşlər harasa dəvət edirdi. Yadıma düşmüşkən, bir şeyi deyim. Burda məni çox isti qarşıladılar. Bəlkə də bu müsahibəni oxumayacaqlar. Ancaq bunu deməyi özümə borc bilirəm. Restorana getməyə adam utanırdı. Çünki pul verirdin, heç kim götürmürdü. Marketə gedirsən ki, bir şey alasan, yenə eyni şey. Vəziyyət o həddə çatmışdı ki, bilmirdim harda yemək yeyim. Mənə qarşı çox isti münasibətləri var idi. Buna görə onlara təşəkkür edirəm.
- Maliyyə ilə bağlı sıxıntı yaşadın?
- Yalnız bir ayın maaşı qalıb. Həm də bir məsələyə aydınlıq gətirmək lazımdı.
- Başqa yerdən təklif var?
- Daha yaxşı olacağına ümid edirəm. Hamıya gözləməyi məsləhət bilmişdim. Bir-iki ölkədən maraqlanan olub. Amma konkret danışıq olmayıb. Çünki tələsmirəm. Yay transfer dönəmi uzundu. Bəlkə elə burda qaldım.
- Çempionlar Liqası səni özünə cəlb etmir?
- Təbii ki, cəlb edir. ÇL-də oynamaq hər futbolçunun arzusudu. Ancaq hər şeyə real baxmaq lazımdı. “Drita” maksimum bir mərhələ keçər. Bu da klub üçün böyük uğur sayılar.
- Rəhbərlik elit turnir üçün heyəti legionerlərlə gücləndirməyi düşünmür?
- Açığı, burda legionerlərlə bağlı problem var. Daha öncə də ölkə xaricində oynadığımdan burda özümü qəbul etdirə bildim. Futbolçuların 90-95 faiziylə yaxşı münasibətim var. Çünki oyunçularla, məşqçiylə və azarkeşlərlə necə davranmalı olduğumu bilirəm. Ancaq Kosovoda daha çox yerli futbolçuların oynamasını istəyirlər. Amma rəhbərlik fikrini dəyişib, əcnəbiləri transfer edə bilər. Bunu zaman göstərər.
- Qurban Qurbanov yığmanın başına keçdikdən sonra əksər yerli futbolçulara dəvət göndərib. Gələcəkdə sən də millidən dəvət gözləyirsən?
- Qurban müəllim “Qarabağ”la böyük uğurlar qazanmış məşqçidi. Məsləhət bilsə, məmnuniyyətlə gələrəm. Bilməsə də, özümü daha çox göstərməliyəm. Daha yaxşı çıxış edim ki, yığmaya çağırılım. İndi əla formadayam. Milliyə qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Arif Əsədovun rəhbərliyi altında “Neftçi” ilə ilk dəfə çempion olmuşdun. 7 ildən sonra ikinci çempionluğu Kosovoda əldə etdin. Sənin üçün bu titullar arasında hansı fərq var?
- Çempionluq gözəl hissdi. Hakimin final fitindən sonra əllərin yanına düşür, hər şey bitdi, sevin nə qədər sevinirsən. “Neftçi” məni futbola bəxş edən klubdu. Bunu gizlətmirəm, həmişə qəlbimdə “Neftçi”yə sevgi olub. O vaxt Araz Abdullayev, Mirhüseyn Seyidov və Tərlan Quliyevlə birgə qısa vaxtda əsas komandaya cəlb olunmuşduq. Çempionluqda çəkdiyin əziyyətin bəhrəsini görürsənsə, çox şad olursan. Burda da əziyyətim az olmayıb. Məşqdən evə gəlmişəm, yemək verənim olmayıb. Bu üzdən “Drita”yla çempionluq da mənim üçün çox önəmlidi.
- Ölkəmizdən təklif almısan?
- Yox. Heç bir klubla danışıq aparmamışam.
- Vətənə nə vaxt qayıdacaqsan?
- Klub rəhbərliyi ilə danışdıqdan sonra nə vaxt qayıdacağımı müəyyənləşdirəcəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar