23 may 12:06aktual

Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib

Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib
Premyer-liqada daha bir mövsümün sonuna gəlib çatdıq. 9 ay davam edən marafon azarkeşlərə həm sevindirici, həm də kədərli anlar yaşatdı. Ağdamlı futbolsevərlər sevimli komandalarının ardıcıl 5-ci çempionluğunu bayram etdi, ölkənin ən köklü klubu “Neftçi” uğursuzluğa dur deyib, bir neçə ildən sonra mükafatçılar sırasına düşdü, ölkənin ən böyük ikinci şəhərinin təmsilçisi olan “Kəpəz” isə elita ilə vidalaşdı ki, bu da klubun azarkeş ordusunu üzdü. 2017/18 “futbol ili”ni ürəkağrısı ilə xatırlayanlar sırasına sumqayıtlıları da əlavə etmək olar. “Gənclik şəhəri”nin təmsilçisi tarixi ərzində heç vaxt bu qədər avrokuboklara yaxın olmamışdı. Mövsümboyu baxımlı oyunla könülləri fəth edən “kimyaçılar” son turlarda heç də özünə bənzəmədi. Samir Abasovun yetirmələri son 5 turda “əyləci basdığından” rəqiblərin onları ötməsinə imkan verdi. Halbuki 5 oyunda qazanılacaq bir qələbə “ağ-göylər”i çox uzaqlara apara bilərdi...
Artıq Samir Abasov “kimyaçılar”la yollarını ayırdı. Baş məşqçi perspektiv görmədiyi yerdə çalışmağın mənasız olduğunu anlayıb, bu addımı atmağı lazım bildi. Heç şübhəsiz, mövsümün “sürpriz komandası”nda “yarpaq tökümü” davam edəcək. İlboyu özünü yaxşı tərəfdən göstərən futbolçular daha iddialı, daha yaxşı müqavilə şərtləri təklif edən klublara üz tutacaq. Artıq xeyli vaxtdı ki, “Sumqayıt”ın oyunçularına başqa klubların “elçi düşdüyü” ilə bağlı mətbuatda xəbərlər dolaşır. Onlardan biri də “kimyaçılar”a qoşulandan sonra yenidən əvvəlki günlərini xatırlatmağa başlayan, bunun da məntiqi nəticəsi kimi milliyə dəvət alan Cavid İmamverdiyevidi. 2017/18 “futbol ili”ndə “ağ-göylər”in lideri olmağı bacaran İmamverdiyevə maraq daha böyükdü. 2019-un yayına qədər “Sumqayıt”la müqaviləsi olan yarımmüdafiəçiyə yerli klublarla yanaşı, Avropadan da maraq var. Kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, Portuqaliyadan gələn menecerlər 27-ci tur çərçivəsində baş tutan “Sumqayıt” – “Qəbələ” matçını stadionda canlı izləyib, Cavidin oyununu bəyəniblər. Mənbəmiz onu da bildirdi ki, Pireney yarmadasından gələn qonaqlar İmamverdiyevi Portuqlaiya çempionatında çıxış edən ortabab klublara təklif edəcəklər. Hansısa klub yarımmüdafiəçinin xidmətində maraqlı olsa, “Sumqayıt” rəhbərliyi liderinə görə danışıqlar masası arxasına keçməyə hazırdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar